Görkəmli sənətkarımız, xalq artisti Rasim Balayev Moderator.az-ın bir neçə sualını cavablandırıb:
-Rasim müəllim, bu gün əvvəlki nəsildən fərqli olaraq incəsənət adamları profesionnallqıdan daha çox maddiyyata, yəni pul qazanmağa üstünlük verirlər. Bu isə peşəkarlıqdan daha çox bayağılığa gətirib çıxarır. Səhnələri peşəkarlardan daha çox diletantlıq zəbt edib. Nəticədə ortaya normal bir əsər də çıxarmaq olmur...
- Əsl sənətkar hər zaman sənət haqqında düşünüb, maliyyə ikinci planda olub. İnanın, vaxtı ilə biz maliyyə haqqında düşünmürdük, deyirdik ki, təki çəkiliş olsun. Mən özüm məsələn “Qatır Məmməd”x9d filmindəki çəkilişimə görə pul almadım. Buna baxmayaraq dedilər ki, ancaq film çəkilməlidir. Bizim vaxtımızda daha çox mənəviyyata üstünlük verilirdi. Ancaq bu gün mənə də rol versələr ilk olaraq maddi tərəfini soruşmalı olacağam. Qazancım nə olacaq. O vaxt isə başqa cür idi.. Bilmirəm o sovet dönəmindən gələn bir məsələ idi, yoxsa yox. Deyə bilmərəm. İnsanları maddiyyat o qədərdə maraqlandırmırdı. Təki çəklilim...
-Siz necə hesab edirsiniz, bu gün aktyorun aylıq gəliri nə qədər olmalıdır ki, normal yaşasın?
- Mən mühasibatçı olmadığımdan nəsə deyə bilmərəm. Amma elə pul almalıdiır ki, dolana bilsin. Bir var mütəmadi olaraq çəkilişlərə çəkilmək, birdə ki var, ildə bir dəfə çəkilmək. İldə bir dəfə filmə çəkilən adam ən azı 20-30 min dollar qazanmalıdır ki, dolansın. Məsələn, mən Rusiyada və digər xarici ölkələrdə oluram və oradakı sənət yoldaşlarımla bu istiqamətdə söhbət edirəm. Rusiyada elə də məhşur olmayan aktyor ildə görürsən 100 -120 min dollar qazanır. Tanınmış aktyor isə gününə 20 min dollar tələb edir.
-Siz vaxtı ilə SSRİ məkanında tanınan aktyorlardan olmusunuz. Və o zamanlar Rusiyada və bir sıra respublikalarda çəkilişlərdə olmusunuz. SSRİ dağılandan sonra heç olubmu ki, sizi çəkilişə dəvət etsinlər?
-Bəli, olub. Bir vaxtlar dəvət oldu. Rusiyada İqor Royzman adlı trejissor var, o çəkdiyi beş seriyalı filmə dəvət etdi və orada iştirak etdik. Düzdür, o filmdə Azərbaycandan mən, Fəxrəddin Manafov və Həmidə Ömərova da çəkilib. Həmin rejissor sonra Çingiz Abdullayevin “Dronqo”x9dsunu çəkdi və mən orada prokuror rolunu ifa etdim. Sonra isə bizə bəlli olmayan səbələrdən çəkilişlərə dəvət almadıq. Bir gün F. Manafov dedi ki, bəs Moskvada olanda həmin rejissorla görüşdüm və film çəkilişlərinə dəvət almamağımızın səbəbini soruşdum, dedi ki, məndən olsa heç bir problem yoxdu. Sadəcə bizim bir erməni prodüsser var, o deyir ki, Bakıdan çəkilişə adam çağırma. Vəssalam.
-Rasim müəllim, bu gün komediya janrında bir sıra tamaşalar çəkilir. Bu tamaşalar və oyunçuların səviyyəsi sizi qane edirmi?
-Yeganə olaraq onu deyə bilərəm ki, Coşqunla Rəfael haqqında fikir bildirə bilərəm. Onlar həqiqətən istedadlı uşaqlardı. Ancaq onların yaxşı ssenari yazanı yoxdu. Onlar üçün gərək xüsusi ssenarilər yazılmalıdır ki, istedadlarını tam ortaya qoya bilsinlər.
Onların əsas problemi daha çox qadın rolunu ifa etməsidir. Düzdür, aktyora öz məharətini göstərmək üçün qadın rolunu bir neçə dəfə ifa etmək olar, amma bu davamlı olanda bir az şit alınır. Bir şey ki, əndazəni aşdı, o adama ləzzət eləmir. Buna baxmayaraq bir daha təkrar edirəm, bu ikisi istedadlı uşaqlardır.

































































































