“Bəzi yazarlar kitablarını söyüş hesabına satdırmaq istəyir”x9d

Hazırda oxunan: “Bəzi yazarlar kitablarını söyüş hesabına satdırmaq istəyir”x9d

77903

Azərbaycan ədəbiyyatının mövcud vəziyyəti, gənc və yaşlı ədəbi nəsil arasındakı ziddiyyətlər, yeni ədəbi əsərlərdə söyüş və kobud ifadələrin həddindən artıq çoxluğu və s. son dövrün ən çox müzakirə edilən ədəbi problemləri sırasındadır.

Bu və bu kimi məsələlərlə bağlı fikirlərini öyrənmək məqsədi ilə Moderator.az saytı olaraq  görkəmli yazıçı Əkrəm Əylisliyə müraciət etdik.

 

-Əkrəm müəllim, Azərbaycan ədəbiyyatının mövcud vəziyyəti ilə bağlı fikirlərinizi bilmək istərdik. Ədəbiyyatımızın hazırkı durumu sizi qane edirmi? Son vaxtlar ciddi ədəbi hadisə sayılacaq hansısa əsərə şahid olmusunuzmu?

 

-Azərbaycan ədəbiyyatının hazırkı vəziyyəti bir tərəfdən məni qane edir, bir tərəfdən isə yox. Əslində həyat həmişə belədir. Zaman dəyişdikcə, ədəbiyyata münasibət də müəyyən qədər dəyişir. Amma bu dəyişiklik köklü, ciddi dəyişiklik olmur. Ədəbiyyat hər gün yaranmır. Böyük ədəbiyyat böyük fasilələrlə yaranır. Azərbaycan ədəbiyyatının tarixinə nəzər salsaq buna şahid ola bilərik. Füzulidən Vaqifə qədər olan dövrə nəzər salsaq görərik ki, onların ikisi arasındakı zaman kifayət qədər böyükdür. Biz Füzulidən sonra Vaqifin üstünə gəlir, onun üzərində dayanırıq. Halbuki, ortada çoxlu yazanlar olub. Amma onlar tarixdə qalmayıb. Hər yazılan ədəbiyyatda qalmır. Külli miqdarda yazılar olur, amma onlardan yalnız bəlli bir qismi ədəbiyyatda qalır, özünə yer edə bilir.

 

-Sizcə gənc ədəbi nəslin yaradıcılığı nə dərəcədə qənaətbəxşdir?

 

-Bugünkü gənc yazarların, eləcə də jurnalistlərin yazılarına nəzər salsaq görərik ki, bədbinlik üçün əsas yoxdur. Onlar çalışır, yeni fikirlər ortaya qoyurlar. Ədəbiyyat mühitinə azad təfəkkür gətirirlər. Onlardan birdən-birə dahiyanə əsərlər yaratmağı tələb etmək doğru deyil. Bu, mənası bir tələb olardı.

 

-Məşhur yazıçılardan birinin belə bir deyimi var: “söyüşün başladığı yerdə ədəbiyyat bitir”x9d. Sizcə doğrudanmı söyüşün başladığı yer ədəbiyyatın sonudur?

 

-Söyüşün başladığı yerdə sadəcə ədəbiyyat deyil, hər şey bitir. Söyüşün başladığı yerdə dostluq bitir, yoldaşlıq bitir, ailə münasibətlərində gərginlik yaranır. Söyüş heç vaxt heç kimə xeyir gətirməyib. Söyüş acizlik və gücsüzlük əlamətidir.

 

-Son illər Azərbaycan ədəbiyyatında da söyüşə maraq həddindən artıq artıb. Sizcə ədəbi əsərlərdən söyüşdən kütləvi istifadə hallarının artması nə ilə bağlıdır? Ümumiyyətlə, əsərdə söyüşdən istifadə etməlidirmi?

 

-Əgər o sözü, yəni hansısa söyüşü işlətmək zəruridirsə, həmin sözü başqa bir sözlə əvəz edəndə mətləb alınmırsa, o zaman həmin sözü işlətmək olar. Indiyə qədər yadımdadır. Sovet dönəmində mənim “Adamlar və ağaclar”x9d kitabımdan bir sözü çıxartmaq istəyirdilər. Əsərdə belə bir epizod var idi. Uşaqlar adı pis çıxan bir qadının arxasınca qaçırlar. Onlar qadının arxasınca qaça-qaça ona “qəhbə”x9d deyə səslənirlər. Qadın isə əslində pis qadın olmur. Bu sözü redaktor “fahişə”x9d sözü ilə əvəz etmək istəyirdi. Amma hər kəs bilir ki, uşaq bunu belə deyə bilməz. Uşaq yalnız bu sözü deyə bilər. Buna görə də yazıçı məcburdur ki, həmin sözü olduğu kimi saxlasın. Çünki onu dəyişəndə lazımi effekt alınmır. Belə olanda artıq onu yazmağa dəymir. Hazırkı ədəbiiyatımızda bəziləri söyüşə daha çox meyl göstərir. Onlar bununla diqqəti özlərinə çəkməyə çalışırlar. Həmin müəlliflər bununla əsərlərini oxutdurmağa cəhd edilər. Onların əsərində söyüş işlətmək zərurətdən irəli gəlmir. Bu, məqsəd olur. Onlar düşünürlər ki, qoy daha çox söyüş işlədim, cəmiyyət maraq göstərsin, mənim kitabımı alsın. Bu, olduqca mənfi bir haldır. Bu, hər şeydən öncə həmin yazıının acizliyinə dəlalət edir. İstər yaşlı, istərsə də cavan yazıçı olsun, fərq etməz. Əgər bir söyüşü işlətməyə hansısa əsərdə ehtiyac varsa, bu söyüş həmin obrazın mahiyyətini açmağa kömək edirsə, o zaman həmin sözü işlətmək lazımdır. Çünki belə olmasa, o zaman obrazın mahyyəti qaranlıq qalacaq. Əslində bu kimi məsələlərin geniş müzakirəsinə ehtiyac var. Cavanlarla görüşmək, bu kimi məsələlərlə bağlı onlarla fikir mübadiləsi aparmaq lazımdır.

 

-Rus və dünya ədəbiyyatında necə, söyüşə münasibət necədir?

 

-Bugünlərdə müasir rus yazıçılarındna birinin əsərini oxudum. əsər demək olar ki, söuyüşdən ibarət idi. Bizimkilər də bu cür şeyləri təqlid edirlər. Dünya ədəbiyyatında, böyük ədəbiyyatda isə bu cür hallara rast gəlmək mümkün deyil. Kim görüb ki, böyük ədəbiyyatda söyüş olsun? O adamların ki, dilindən Kafka düşmür, Markes düşmür, Kamyu düşmür, onlar gedib həmin şəxslərin əsərlərinə baxsınlar. Görsünlər ki, onlaırn əsərlərində bir dənə də olsun yersiz söyüş varmı? Əgər söyüşsüz ötülşmək mümkündürsə, bunu eləmək alzımdır. Yox əgər onun qalması həqiqətən də zəruridirsə, o zaman söyüş qalmalıdır.

 

-Gənc və yaşlı ədəbi nəsil arasında bəlli bir müddətdir ki, gərginlik yaşanmaqdadır. Sizcə bu gərginliyin səbəbi nədir?

 

-Məsələ ondadır ki, gənclərə yuxarıdan aşağı baxmaq olmaz. Biz bunu öz cavanlığımızda görmüşük. Bizə yekəxana baxanların axırını da görmüşük. Lakin bu bir həqiqətdir ki, bizdə bəzən cavanlara həqiqətən də yuxarıdan aşağı baxırlar. Guya həmin şəxslər indiki cavanların yaşında böyük işlər görüblər. Indiki cavanlar isə guya heç bir iş görə bilmir. Yaşlıların gənc nəslin təmsilçilərinə qarşı sərgilədikləri yekəxanalıq, onlarda yaşlı nəslin nümayəndələrinə qarşı nifrət yaradır. Gəcnlikdə yaşlı nəslə qarşı obyektiv münasibət formalaşdırmağa imkan vermir.

 

Seymur Əliyev

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin