Əvəz Zeynallı: “Vatikan yarandığı gündən türk millətinin düşmənidir”x9d
Bir müddət
öncə əfv sərəncamı ilə azadlığa çıxan sabiq vicdan məhbusu Əvəz Zeynallının
hüquqi müstəvidə problemleri hələ də bitmək bilmir. Belə ki, məhkəmə hökmü və hətta
onun həbsdə olduğu müddətdə verilmiş məhkəmə qərarlarından kəsilmiş cərimələr
gündəmdədi və baş redaktordan bu cərimələrin ödənilməsi tələb olunur. Bu arada,
“Xural”x9d qəzetinin məhkəmə qərarından müsadirə olunmuş əmlakının da geriyə
qaytarılması ilə bağlı anlaşılmaz olaylar yaşandı. Bütün bu məsələlərə onun
münasibətini öz dilindən eşitmək, həmçinin son vaxtlarda Azərbaycana da birbaşa
dəxli olan bir sıra ictimai-siyasi poseslərə Əvəz Zeynallının münasibətini öyrənə
bilmək üçün, Moderator.az saytı və "Hürriyyət" qəzeti
olaraq sabiq vicdan məhbusuna bəzi suallarla müraciət etdik.
Əvvəli burda (//moderator.az/index.php?xeber=75483
)
-Əvəz bəy, sizcə
bizim əfv olunmağımız, hakim zehniyyətin yanlış etməsinin etirafıydı, yoxsa,
“gedin ağıllı olun”x9d, istəsək tutarıq, istəsək buraxarıq anlamına gələn mesaj
idi?
-Burda bütün hallarda həm
o var, həm də o biri. Amma mən, bütün hallarda İlham Əliyevin əfv fərmanını
kölgəyə salmaq istəmirəm və hesab eliyirəm ki, o, sıradan bir dövlət başçısı
deyil, bu dövləti idarə eliyir, Heydər Əliyevin oğludur və sair. Prezident
bilir ki, 9 il iş verilən adamı 3 ildən, və ya 4 il verilən adamı il yarımdan
sonra əfv eləmək niyə və necə mümkündü. Yəni onun ciddi əsasları var ki, bunu
eliyə bilir. Heç kim müəyyən mənada ciddi suçu və günahları olan adamları, ən
azından belə tezliklə əfv eləməz. Ayrıca da, biz içəridə olanda da gördük ki, bəlli
müddəti keçməmiş, Azərbaycan həbsxanalarından məhkəmə qərarı ilə çıxmaq qeyri-mümkündür,
o da ki, ola 5-6 il. Ona görə də mən hesab eləmirəm ki, burda məsələyə birtərəfli
yanaşma olmalıdı. Eyni zamanda mən dövlətin də geri çəkildiyini düşünmürəm. Mənə
elə gəlir ki, biz öz günahsızlığımızı, heç bir suç işləmədiyimizi İlham Əliyevə
3 ilə sübut eləyə bildik. Ayrıca onu da deyim ki, beynəlxalq təşkilatların,
medianın, yerli hüquq-müdafiə təşkilatlarının, ölkədəki bir çox siyasi
qurumların hanmısının əməyi var bizim azadlığa çıxmağımızda. Biz hamımız
onlarla bir yerdə İlham Əliyevin diqqətinə gətirə bildik ki, məsələn, bu
adamlar günahsızdır. O ki qaldı, kimi nə vaxt tutmaq istəyib, nə vaxt buraxmaq
istəməklərinə bu, günün-günortasında bizi heç bir əsaslı səbəb olmadan, küçənin
ortasında qandalayaraq, aparıb öz vətəndaşına 9 il iş verən hakimiyyətdir.
Ona görə də, mənim bu gün
də heç bir şübhəm yoxdu ki, Azərbaycan hakimiyyəti istədiyi adamı, istədiyi
vaxda və istədiyi yerdə tuta bilər, istədiyi adamı şərləmə gücü var. Azərbaycanda
çox böyük bir şərbazlar ordusu yaranıb, 9-10 milyomluq əhalinin təxminən otuz
faizini bunlar üzə durmağa öyrədiblər. Biz də bunu artıq uzun illərdi ki,
müşahidə etməkdəyik. Bu mənada, bunların əllərinin üstündə əl olmadığını
düşünürəm, amma, bu o demək deyil ki, biz mübarizədən imtina eləməliyik, çəkinməliyik.
Zatən mübarizədən imtina etmədiyimiz, çəkinmədiyimiz üçün də, bütün medianı,
bütün teleefirləri götürüblər. Bizə isə
bir həftəlik qəzetin səhifələrində yazacaq qədər yer buraxmayıblar.
-Əvəz bəy, hərçənd ki, uzun zaman keçib, amma siz Türkiyəni
görübsünüz, ordakı cəmiyyətə də bələdsiniz. Bu son günlərdə, həftələrdə, tutaq
ki, Roma Papasının soyqırımla bağlı çağırışı, ardınca da Avropa Birliyinin daha
da irəli gedərək, faktiki olaraq “erməni soyqırımı”x9dnı tanımaq anlamına gələn
açıqlamalarla çıxış etməsi, nə ilə bağlıdır? Tükiyə hakimiyyətinin siyasətimi yanlışdı,
yoxsa, elə onların dediyi kimidi və bütün dünya bizə qənim kəsilib, gözləri
götürmür, bizə paxıllıq edirlər, bizi əzməyə bəhanə axtarırlar və sair ...?
-Vallah, gəlin mən bəribaşdan
bir şeyi deyim. Azərbaycanda indi qəribə bir rəy mövcüddür ki, Ərdoğan türkiyəni
dəyişib, ya da dəyişir, nə bilim Türkiyə də bizim kimi olacaq, orda da
diktatura yaradılır, daha nələr. Amma bir şeyi hamı bilməlidi ki, türk milləti,
Ərdoğanları, Əcəvitləri, daha kimləri, kimləri, o cümlədən də diktator olmaq istəyən
şəxsləri də, səxsiyyətləri də görüb, həm də dəfələrlə. Mən hesab eləmirəm ki,
Ərdoğan Türkiyəni dəyişəcək, ya da dəyişə biləcək. Amma eyni zamanda da,
Ərdoğan Türkiyəyə, türk millətinə, Türkiyənin milliyətçi qüvvələrinə və fikrinə
vurduğu ağır yaraların o qədər ciddi fəsadları var ki, onları aradan qaldırmaq
ola bilər bir az çətin olsun. Bu arada, Vatikan məsələsi də heyrətli və gözlənilməyən
bir şey deyil. Yəni, Azərbaycanda insanların və qurumların həm rəsmi, həm də
qeyri-rəsmi mövqeyini o qədər tez-tez dəyişirlər ki, Azərbaycan xalqı da yəqin
bütün düya da elə belədir deyə düşünür. Vatikan 1000 ilin, 2000 ilin
Vatikanıdır və yarandığı, qurulduğu gündən bu günə qədər türk millətinin düşmənidir.
Vatikan səlib yürüşlərinin memarıdır, Vatikan yaranışından türk millətinin yer
üzündədə silinməsi planlarının memarıdır, nə dəyişib ki ? Azərbaycan hakimiyyəti
deyil ki, keçən dəfə onu desin, bu dəfə
də bu birini. Bu, Vatikandır və Vatikan heç dəyişmədi və heç dəyişməz ki.
Vatikanın sütunları əbədiyyətə qədər türk millətinə nifrət, qəzəb, kin və düşmənçilik
üzərində ucaldılacaq. O ayrı bir məsələdir ki, böyük qüvvələr, dünyanı idarə edən
gizli hökumətlər, qruplar və qurumlar Vatikanla iş birliyi içərisindədilər. Həmçinin
də, türk millətinin içərisindən, rəsmi, ya da qeyri-rəsmi qurumlardan kimləri
alırlar, hansı qurumları özlərinə işlədirlər, Türkiyənin öz içərisində, türk
milləti arasında hansı işləri görür, hansı fəsadları yayırlar ki, bu da məsələnin
başqa bir boyutudur. Amma yenə də deyirəm, 2000 illik Vatikanda heç nə dəyişmədi
və bu Vatikanın erməniləri dəstəkləyəcəyindən, hətta ciddi şəkildə müdafiə edəcəyindən
savayı kim nə gözləyirdi ki,?.. İşin o tərəfini, bizim Vatikanla əməkdaşlıq edənlərimiz
fikirləşməliydilər. Eləcə də, bunu Türkiyənin Vatikanla əməkdalıq edənləri,
gedib Roma Papası ilə görüşən Fətullh Gülənlər fikirləşməliydilər. 15-20 ildir
ki, Fətullah Gülən Roma papasıynan oturub-duran çox az adamlardan biridi. Və o,
həm də Roma papasının açıq dəstəyini alan bir adamdır. Demək istədiyim budur
ki, Roma papasının bu addımında qəribə heç nə yoxdur. Sadəcə, mən bircə şeydən
rahatam ki, Türkiyədəki türk milləti (mənim bayaqdan bəri türk milləti deyimim
Türkiyəyə və bu olkənin xalqına aiddi ”“ Ə.Z. ) nə təslim olmaz, nə türk dövlətçiliyini
kimsəyə verməz, nə də Atatürkdən imtina eləməz. Yəni Atatürkün dövləti və
Atatürkün əsgərləri, mən belə hesab eləyirəm ki, kifayət qədər güclüdü. Amma
burda da zatən poblem Atatürklə bağlıdır. Diqqət eliyin, Roma papasının
açıqlaması da, Avropa Birliyinin, Avropanın digər qurumlarının bütün fəaliyyətləri
ona yönəlib, Türkiyədə qalan və hələ də yaşayan, ayaqda olan son quruma
qarşıdı. Bu saldırıların hamısının hədəfləridə dayanan əsas məsələ də budur. Bəs
niyə Vatikan indi dilə gəlib? Çünki indi Türkiyəni ən zəif zamanında
yaxalayıblar. Ərdoğan bir tərəfdən,
xaricdəki digər güclər də bir tərəfdən uzun illərə dayanan fəaliyyətləri
ilə Türkivəni heydən salıblar və ona görə də, hədəfdə heç Türkiyə hökuməti də
deyil, əsas hədəf Atatürkdür. Vatikanla birgə, Türkiyəni sevməyən bütin qüvvələrin
bu fəaliyyətlərinin tək məqsədi, indi Türkiyədə var olan dövləti dimdik ayaqda
tutan Atatürk sütununu qırmaqdı və özləri də əmindilər və bilirlər ki, əgər,
Atatürk sütunu qırılarsa, Türkiyənin özü də qırılar. Ama bir daha deyirəm, türk
milləti sağlamdı və mən hesab eliyirəm ki, səksən milyonluq türk milləti bu
qüvvələrin də, Vatikanın da hədəfə yetmələrinə imkan verməyəcək. Bu arada bunu
da birmənalı bilməmiz lazımdı ki, Allah eləməmiş, Türkiyənin yıxılması Azərbaycanın
ümumiyyətlə yox olması deməkdi və buna görə də, Azərbaycanın hakimiyyəti də, xalqı
da bu ağır zamanda və ağır savaşda qardaş Türkiyənin yanıda olmalı və faktiki
olaraq ölüm-dirim mücadiləsi verməlidir. Əslidə, indi, “BİR MİLLƏT İKİ DÖVLƏT”x9d
deyiminin sınaq zamanıdır.
-O zaman papadan dərhal sonra Avropa Birliyini də
bu cür bir addım atması, belə deməyə əsas
verirmi ki, əslində bu qurumun özü də, Vatikandan yola çıxmış qatarın
vaqonlarından biridi?
-Təbii ki, Avropa
Birliyinin də, bütün xristian dünyasının da, böyük mənada Amerikanın özünün də,
mənəvi iqamətgahı da, düşünən başı-beyni də Vatikandır. Avropa Birliyi Türkiyəni
illərdi öz sıralarına qəbul etməməklə, açıq şəkildə ortaya qoyublar ki, Avropa Birliyinin özü daha çox xristian
klubudur, nəinki millətlərin bərabər şəkildə birgə yaşayıb inkişaf edə biləcəyi
bir məkan. Mən burada Avropa birliyi ilə Vatikanın durumunu da tam eyniləşdirmirəm.
Çünki bütün hallarınnan Avropa Birliyi demokratik bir qurumdur və bəşər
tarixinin ən böyük uğurlarından biridir. Amma mövzu Türkiyəyə, türk millətinin
üzərinə gəlincə, bu birlikdən qeyri-adi heç nə gözləməyinə dəyməz.
-Avropadan söz düşmüşkən, Azərbaycanda keçiriləcək
Avropa oyunlarına münasibətiniz necədir, bir az konkret cavab istiyirəm, yəni
olarmı-olmazmı ?
-Bizdə indi dollar bu qədər
bahalaşıb və ümümi gedişatdan da görsənir ki, bu bahalaşma artan xətlə davam edəcək.
Azərbaycan insanlarının yarıdan çoxu müflis durumda, evlərinə çörək aparmaq
iqtidarında belə deyillər. İnsanların işlə təminatı sıfırın altında,
yaradıcılıq imkanları, rəqabət nmkanları, bazar imkanları yox, bu ölkədə normal
işləyən heç bir yer yox, ayaqda olan tək bir qurum da yoxdu. Ozaman biz nə
günümüzə səkkiz milyardı Avropa oyunlarına qoymalıyıq? Hələ ondan sonra da
İslam oyunları gəlir, hələ bu beynəlxalq forumlar, hələ digər mənasız yerlərə
böyük xərcləmələr və sair. Baxın, ABŞ-ın prezidentləri vəzifəni tərk edəndən
sonra dövlətə borclu qalırlar. Onlar prezidentlik fəaliyyətindən sonra
memuarlar yazırlar, gedib işləyirlər ki, dövlətin borcunu ödəyə bilsinlər. ABŞ
prezidentləri Ağ Evdə qonaq qəbul etmələrinin belə pulunu ödəyirlər. Vəziyyət
belə ikən Azərbaycan dövlətinin harasına yaraşır ki, bu millətin düşürüldüyü bəlli
durumda Avropa oyunları keçirib milyardlarını çölə töksün. Hələ mən mənəvi
durumlardan danışmıram, bizim təhsilimiz sıfır, tərcümə ədəbiyyatımız yox, biz
dünyanı tanımırıq və sözün həqiqi mənasında, Azərbaycan xalqı hələ də Biləcəridən
o tərəfə çıxmayıb. Dubayın, ya da İstambulun bazarlarına gedib alver eləmək çox
asandır. Yəni bu dövlət hansı gündədi ki, neftin də ucuzlaşdığı bir zamanda, səkkiz
milyard manatını Avropa Yay Oyunları adı ilə faktiki dənizə tökür. Hələ indi də
bəlli olur ki, bu nə olimpiada kimi olimpiadadı, nə oyun kimi oyundu, ümumiyyətlə
prosesin özü nə oyundu bilinmir. Bu Azərbaycan xalqının gələcəyinə yönəlmiş qəsddi.
-Amma Oqtay Əsədov parlamentin tribinasınnan bəyan
elədi ki, bu oyunları istəməyənlər ermənidən də pisdir...
-Vallah bizdə
parlamentdi, Oqtay Əsədovdu, nə bilim, Artur Rəsizadədi, prlament üzvlərinin əksəriyyətidi,
yəni bu adamlar gərəkdir ki, beynəlxalq siyasətdən, papadan, Vatikandan və
sairdən danışmasınlar. Bu bilirsinizmi nəyə bənzəyir, bir dəfə elə parlamentdə
biri durub demişdi ki, Jak Şirak qudurub. Bunlar məsələyə o qədər məhəlli
baxırlar ki... Amma indi durub O. Əsədovdan soruşsan, heç Vatikanın mənasını
biləsi deyil. Yəni bunlar tacir-tüccar yığınıdır, gəliblər bu ölkəni idarə eləyirlər.
Vallah yenə də deyirəm ki, gərəkdir ki, bunlar belə məsələlərə heç bir rəy
bildirməsinlər. Belə məsələlərə rəy bildirəcək kontingenti olmalıdı Azərbaycanın.
O da çox qəribədi ki, Azərbaycanda adına politologiya, siyasətşünaslıq deyilən
elmi də o vəziyyətə salıblar ki, ümumiyyətlə, ya hər kəs hər şey haqqında
münasibət bildirir, ya da ümumiyyətlə hər məsələnin öz əhli yoxdur. O. Əsədov papaya,
Vatikana necə münasibət bildirə bilər? İndi Azərbaycanda dəbdir, müxalif
fikirli, sərbəst düşüncəli adamları ermənilərnən müqayisə eliyirlər. Baxın, mən
demirəm ki, biz bu olimpiya adlandırılan oyunların qarşısında olmalıyıq, mən
demirəm ki, Azərbaycanda beynəlxalq forumlar keçirmək ziyandı. Mən sadəcə onu
deyirəm ki, Azərbaycanda bu qədər problemlər varkən, iqtisadiyatımız bu qədər tənəzzül
içində çırpınırkən, əhalimizin yarıdan çoxunun ac və səfil olduğu bir durumda,
səkkiz milyard dolları boş yerə havaya sovurmaq bizim gələcəyimizə qəsddi.
Bizim artıq neft fondunda pulumuz qalmayıb, yoxdur. Yəni Azərbaycan xalqının gələcəyini
belə oğurlamaq, bu cür bihudə şeylərə həsr eləmək yanlışdır. Bizim məclis
indiki durumu ilə hal əhli deyil. Bunu Elşad Abdullayev çox rahat sübut elədi
ki, bu məclisdə ya kimsə kimsənin qohumudur, ya da gedib pullarını verib ordan
özlərinə kreslo alıblar. Ona görə də bu məclisin nəyisə müzakirəyə çıxarması, nəyəsə
münasibət bildirməsi, nəyəsə irad tutması, hətta nəyisə təqdir etməsi belə, həmişə
ironiya doğurur, gülüş hədəfinə çevrilir və ciddi səslənmir. Məlumdur ki, indi
bu ölkəni idarə eləyən bir nəfər var , o da hörmətli İlham Əliyevdir və onun nə
dediyi olur. Bu səbəbdən də, belə məsələlərin hamısına İlham Əliyevin özünün
münasibət bildirməsi gərəkir. Yay Olimpiya Oyunlarına O. Əsədov niyə münasibət
bildirir ki? Deyilməli nəsə varsa, onu da İlham Əliyev deməlidi. Çünki yumurta
15 qəpik oldu, İlham Əliyev deyənnən sonra 11 qəpiyə düşdü və dörd ildi ki,
yuxarı qalxmır. Deməli, buna da özü münasibət bildirməlidi.


































































































