“Məmurlarımız bir gecəlik ziyafətə “uf”x9d demədən yarım milyon dollar xərcləyir”x9d
“Tarixçilərimiz iş görmək əvəzinə ermənini söyməklə məşğuldur”x9d
“Hər şey əldə edən vəzifəli şəxslər indi də elm sahəsinə daxil olmaq istəyir”x9d
Cəmil Həsənli: “Avropa Parlamentinin qəbul etdiyi qərar
siyasi qərardır”x9d
Roma papasının 1915-ci il
olaylarını XX əsrin ilk soyqırımı adlandırması, bunun ardınca Avropa
Parlamentinin qondarma erməni soyqırımı iddialarını tanıması Azərbaycan və
Türkiyə ictimaiyyətində ciddi narazılıqla qarşılanmaqdadır. Vətəndaşların bir
çoxu baş verənləri Azərbaycan və Türkiyə dövlətinin yürütdüyü səriştəsiz və
qeyri-çevik siyasətin məntiqi nəticəsi hesab etsə də, bu ölkələrin siyasi rəhbərliyi
baş verənləri Avropanın xristian həmrəyliyi mövqeyindən çıxış etməsi ilə əlaqələndirir.
Xüsusilə də Azərbaycan rəsmiləri Qərbdə qondarma erməni soyqrımının tanınması
istiqamətində atılan addımların arxasında həlledici amil kimi məhz xristian təəssübkeşliyi
faktorunun dayandığı qənaətindədir.
Maraqlıdır, doğrudanmı
çağdaş dünyamızda orta əsrlər dönəminin səlib yürüşlərində olduğu kimi, bütün
siyasi qərarlar yalnız dini faktor əsasında müəyyənləşdirilir? Doğrudanmı Qərb
ölkələri dini həmrəylik nümayiş etdirməyi milli-dövləti maraqları müdafiə etməkdən
daha üstün hesab edir? Erməni diplomatiyasının uğurunu xristian həmrəyliyi
amili ilə izah etmək Azərbaycan və Türkiyə hökumətinin öz uğursuzluğuna bəraət
cəhdi hesab edilə bilərmi? Həmçinin, madam ki, Qərb bütün qərarlarını xristian
həmrəyliyinin maraqları baxımından qəbul edir, o zaman xristianlığın mərkəzi
hesab edilən Vatikandan tutmuş ayrı-ayrı avropalı diplomat və siyasilərə
milyonlar sərf etmək, onları kürü ilə bəsləmək nəyə lazımdır?
Bu və bu kimi suallara
aydınlıq gətirmək üçün Moderator.az saytı və “Hürriyyət”x9d qəzeti olaraq Milli
Şura sədri, görkəmli tarixçi, professor Cəmil Həsənliyə müraciət etdik.
-Cəmil bəy, istər Azərbaycan, istərsə də Türkiyə
hakimiyyəti Avropa Parlamentinin qondarma erməni soyqırımı ilə bağlı qərarını Qərbin
xristian təəssübkeşliyi ilə əlaqələndirir. Sizcə doğrudanmı Avropa
Parlamentinin məlum qərarına təsir göstərən həlledici amil məhz xristian təəssübkeşliyi
olub?
-İnkar etmək olmaz ki,
Avropa Parlamentinin aldığı bu qərarda xristian həmrəyliyi amilinin müəyyən
rolu olub. Amma bu, aparıcı amil deyil. Həm Türkiyə, həm də Azərbaycan öz tənbənliyinə,
əfəlliyinə bəraət qazandırmaq üçün bu cür mənasız, əhəmiyyətsiz tezislərdən
yapışır. İddia edir ki, baş verənlərin kökündə xristian həmrəyliyi dayanır. Əgər
bu, həqiqətən də xristian həmrəyliyi ilə bağlıdırsa və Azərbaycan rəsmiləri də
bunu başa düşürlərsə, o zaman xristianlığın mərkəzi olan Vatikana bu qədər sərmayə
sərf etmək nəyə lazım idi? Axı 2-3 ay və ya bundan bir qədər də əvvəl Azərbaycan
Vatikanda bir sıra layihələri maliyyələşdirdi. Az qala Vatikanın zirzəmilərini
də biz təmir etdik. Əgər rəsmilər anlayırsa ki, bu cür qərarlar xristian həməyliyi
əsasında qəbul edilir, o zaman həmin mərkəzlərə bu qədər vəsait sərf etmək nəyə
lazımdır? Axı Vatikana sərf edilən hər bir manata Azərbaycan xalqının ehtiyacı
var. Azərbaycan o qədər də gəlişmiş ölkə deyil ki, onun pullarını oturuşmuş,
böyük maliyyə resursu olan bir din dövlətinin müxtəlif proyektlərinin təmirinə sərf
edilsin. Azərbaycanın hələ də bir çox yerlərində şagirdlər vaqon-siniflərdə dərs
keçir. Bu, məsələnin bir tərəfi. Bu məsələnin digər tərəfləri də mövcuddur ki,
onlara da diqqət yetirmək olduqca vacibdir.
-Baş verənlər fonunda diqqət çəkən digər məqamlar
hansılardır?
Məsələ ondadır ki, bu gün
bizim xristian həmrəyliyində suçladığımız Avropa sosializmin böhranından sonra
Kosovada müsəlmanlar üçün vuruşdu, Avropanın mərkəzində bir müsəlman dövləti
yaratdı. Yəqin ki, bu gerçək hər kəs tərəfindən xatırlanır. Yenə həmin
xristianlar, yenə həmin Avropa idi. Sual olunur, niyə bu xristianlar müsəlmanların
maraqlarına uyğun olaraq döyüş əməliyyatları apardılar və müsəlmanlar üçün dövlət
yaratdılar? Bəs onda Avropanın bu addımı nə ilə, hansı məntiqlə izah
olunmalıdır? Bu nümunə özü də göstərir ki, məsələ xristianlıqda deyil. Sadəcə
olaraq, biz işləmək istəmir. Mənasız tədbirlərə, ziyafətlərə yarım milyon
dolları “uf”x9d demədən xərcləyirik. Istər Türkiyənin, istərsə də Azərbaycanın
milli maraqlarına, köklü mənafeylərinə bağlı olan məsələlərin təbliğində bir iş
görmək istəmirik. Biz istəyirik ki, həm Avropa bizimlə hesablaşsın, həm də heç
nə eləməyək. Bu gün bunların baş verməməsi
üçün 1915-ci həqiqətlərini ortaya qoymaq lazım idi. Bir iş görmək lazım idi.
Avropa Parlamenti ilə işləmək lazım idi. Avropada kim əlini kitabxanalara
atırsa, ermənilərin uydurma soyqırım iddiaları ilə bağlı onlarla kitab əlinə
götürür. Doğrudur, son vaxtlar Türkiyə bu məsələ ilə bağlı müəyyən addımlar
atıb. Bunu inkar etmək olmaz. Lakin bu, yetərli deyil.
-Azərbaycanın Qarabağ həqiqətlərini tanıtmaq
istiqamətində atdığı addımlar necə, yetərlidirmi?
Xeyr. Buna nə ad vermək
olar ki, bugünə qədər Qarabağla bağlı xaricdə nəşr olunan fundamental bir nəşr
yoxdur. Akademik bir nəşr mövcud deyil. Bir ziyafətə yarım milyon dollar xərcləyənlər
həmin vəsaitin onda biri hesabına dünya kitabxanalarını bu nəşrlərlə doldura
bilərlər. Nəysə haqqında fikir bildirəndə, bir şey yazanda Qərbdə, etibarlı nəşriyyatlarda
nəşr olunmuş bir çap materialı mövcuddursa, ona hökmən baxırlar. Bəs Azərbaycan
nə edir? Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin baş redaktorluğunda bu
kitabları nəşr etdirir. Hansı ki, bu cür kitablara Qərbdə heç bir etibar,
etimad yoxdur. Heç bir normal mərkəz o kitabları qəbul eləməz. Normal tarixi tədqiqatlar
aparılmalıdır. Bu vəzifəli şəxslər hər şey əldə ediblər, indi elm sahəsinə də
daxil olmaq istəyirlər. Halbuki, uğur əldə etmək üçün normal tədqiqatlar
aparılmalı, bu tədqiqatların nəticəsi dünyaya çıxarılmalıdır. Bu tarixi həqiqətlərin
bütün dünyaya yaılması təmin edilməlidir. Mən dəfələrlə demişəm ki, qondarma
erməni soyqırımı iddialarının nə qədər əsassız olduğunun isbatı Rusiya mənbələrindədir
və bu həqiqətləri, bu etirafları ortaya qoymaq lazımdır. İndi bəyan edirlər ki,
biz arxivlərimizi açırıq, Ermənistan da açır. Ermənistan arxivində heç nə
yoxdur. Ermənistan o dövrdə dövlət deyildi və arxivi də yox idi. Indi Ermənistan
durub nəyi açacaq? Həmin dövrdə Osmanlı dövlətinə qarşı vuruşan tərəf Rusiya
idi. Osmanlıya qarşı cəbhə açmışdı. Rus zabitləri, rus diplomatları, Rusiyanın
o dövrkü xüsusi xidmət orqanları baş verənlərlə bağlı öz müşahidələrini,
reallıqları Peterburqa göndərirdilər. Onların içərisində erməni vəhşiliklərini
ortaya qoyan, türklərə qarşı törədilən qəddarlığı , talançılığı, soyğunçuluğu
açıb göstərən yüzlərlə çox qiymətli sənədlər var. Bu sənədlər bu vaxta qədər
işlənməli, ortaya çıxarılmalı idi. Avropanın əsas dillərində bu əsərlər çap
edilməli idi. Avropa və dünyaya bu əsərlər yayılmalı idi ki, Qərb başqa cür qərar
verməkdən utansın.
-Avropa və Qərb dünyası niyə 1915-ci il olayları ilə
bağlı əsl həqiqətləri araşdırmağa səy göstərmir?
-Heç kəsin borcu deyil
ki, gəlib türk dilini, Azərbaycan dilini öyrənsin və 1915-ci il olayları ilə
bağlı xüsusi bir tədqiqat aparsın. Avropa Parlamentinin qəbul etdiyi qərar
siyasi qərardır. Onlar tarixçilərin işlərinə müdaxilə eləyiblər. Onlar tarixçilərin
həll etməli olduğu problemi “həll ediblər”x9d. Tarixi hadisələrin, mübahisələrin
bu formada həlli yolverilməzdir. Heç bir halda buna getmək olmaz. Tarixi
mübahisələr tarixçilər arasında olmalıdır. Artıq Avropa Parlamenti buna siyasi
məzmun, siyasi xarakter verdi. Heç bir halda bu obyektivliyi, 1915-ci il
olayları ilə bağlı gerçəkliyi əks etdirmir. Məsələn, qərarda deyilir ki,
1915-ci ildə, yaxud I Dünya müharibəsi illərində Osmanlı imperiyasında ermənilərə
qarşı həyata keçirilən soyqırımı nəticəsində bir milyon yarım erməni qələ
yetirilib. Haıbuki, dünya müharibəsi ərəfəsində sultanın sifarişi ilə bir
fransız təşkilatı, hansı ki, onlar əhalinin sayımı ilə məşğul idi, Osmanlı
imperiyasında əhali sayımını həyata keçirmişdi. 1914-cü ilin I yarısında əhali
sayımının nəticələri elan olundu. Orada qeyd olunurdu ki, Osmanlı imperiyası ərazisində
bir milyon 259 min erməni əhalisi yaşayır. Yaxşı, əgər müharibə başlayanda Osmanlı
imperiyası ərazisində bir milyon 259 min erməni yaşayırdısa, necə ola bilər ki,
milyon yarım erməni qırılsın? Məsələnin ən dəhşətli tərəflərindən biri məhz
bununla əlaqədardır.
-Erməni vəhşilikləri ilə bağlı Rusiya arxivlərində
qiymətli sənədlərin mövcudluğunu vurğuladınız.
Həmin sənədlər və ya o sənədlərdən bəzi nümunələr haqqında məlumat verə
bilərsinizmi?
-Mən sizə Şərq cəbhəsində
xidmət edən insanların öz gözləri ilə gördükləri bəzi hadisələri sadalaya bilərəm.
Bunlardan biri böyük yazıçı Lev Tolstoyun qızı Aleksandra Tolstoy idi. Müharibə
başlayan o, könüllü olaraq Qafqaz cəbhəsində şəfqət bacısı kimi fəaliyyətə
başladı. Müharibədən çox sonra, o, gördükləri ilə bağlı öz xatirələrini qələmə
aldı. Həmin xatirələr 1979-cu ildə Kanadada nəşr olundu. Həmin kitabın rus dilində adı belə idi: “Дочь”x9d (Большевики против дочери
Льва ТолÑx81того!) Yəni “Qız”x9d(Bolşeviklər Lev Tolstoyun qızının əleyhinə”x9d.
1992-2001-ci illərdə iki dəfə bu kitab Rusiyada çap olundu. Kitabda Aleksandra
Tolstoy Vanda gördüyü hadisələrdən bəhs edir. O yazır ki, “türklərlə ermənilər
arasında düşmənçilik əsrlərlə davam edib. Hər iki tərəfdən qəddarlıq olub.
Lakin burada, Vanda biz ermənilərin qeyri-insani davranışını, qəddarlığını görməli
olduq. Danışırdılar ki, ermənilər qadınların döşlərini kəsir, onların
ayaqlarını, əllərini qırırlar. Bu, qeyri-insani qəddarlığın qurbanlarını mən şəxsən
gördüm”x9d.
O, xatirələrin digər bir
yerində yazır ki, ermənilər şəhərin (Van nəzərdə tutulur) bütün türk məhəllərini
oda yaxıb yer üzündən sildilər. Belə ki, tez alışsın deyə hər evə ayrı-ayrı od
vururdular. Eyni zamanda, Vanda müşahidə ediyi hadisələrə toxunaraq qeyd edirdi
ki, əsir alınmış türklərin diri-diri basdırılması kimi faktları mən öz gözlərimlə
görmüşəm.
Baxın, 1979-cu ildən nə qədər
vaxt keçir. Bu cür qiymətli faktlar olan bir kitab, yaxud kitabdan müəyyən seçmələr,
yaxud Rusiya arxivlərindəki bu qəbildən olan yüzlərlə etiraflar ortaya
çıxarılmır, dünyaya yayılmır. Bunlar dünya çapına çıxarılması gərəkən məlumatlardı.
2013-cü ildə ermənilər genosidin yüz illiyi ilə
bağlı beynəlxalq təşkilat komitəsi yaratdılar. Bu təşkilat komitəsi ona görə
yaranmadı ki, əllərini yanlarına salıb gözləsinlər. O təşkilat komitəsi
yaranmışdı ki, iş görsünlər. Onların gördüyü işin nəticələri isə bu gün göz
qabağındadır. Getdilər papaya çıxdılar. Biz papanın rəhbərlik etdiyi Vatikanın
ofislərini təmir etməklə məşğuluq, amma onlar papaya etiraf elətdirdilər ki, bu
soyqırımı olub. Bu yanaşma tərzi dəyişməlidir. Bununla heç hara getmək olmaz. Indi
isə başlamışıq öz tənbəlliyimizi, əfəlliyimizi müxtəlif bəhanələrlə ört-basdır
edək. Deyirik ki, Qərbdə xristian həmrəyliyi var, o var, bu var və s. Biz öz zəifliklərimizi
bu kimi bəhanələrlə kompensasiya etməyə çalışırıq. Sadəcə olaraq, bu adamlar iş
görmək bacarığı olmayan adamlardır.
-Bəs Qərbi Azərbaycan dost etmək məqsədi ilə sərf
edilən milyonlar niyə bəhrə vermir?
-Bu, yanlış siyasət,
yanlış davranışdır.Elə bilirlər ki, ona-buna 5-10 manat pul vermələ hər şey
yoluna düşəcək. Bu, yol deyil. Bununla heç nəyə nail olmaq olmaz.
-Cəmil bəy, bəzi rəsmilər qondarma erməni
soyqırımının sürətlə tanınmasının günahını tarixçilərdə görür, onların erməni
yalanlarına qarşı lazımi mübarizə sərgiləmədiyini iddia edirlər. Sizcə əmək
haqqı adı altında qəpik-quruş alan, maddi ehtiyac içərisində boğulan, normal fəaliyyət
imkanından məhrum olan Azərbaycan tarixçilərindən dünya miqyaslı hansısa iş tələb
etmək nə dərəcədə doğrudur?
-Birincisi, sizə deyim
ki, Azərbaycan tarixçilərinin böyük bir hissəsi dünya miqyaslı iş görmək
qabiliyyətinə malik deyil. Bunu etiraf etməliyik. Azərbaycan tarixçilərinin
böyük əksəriyyəti məsələdən çıxış yolunu ermənini söyməkdə görür. Bununla heç
hara getmək olmaz. AMEA-nın Tarix İnstituna bu işləri görməkdən ötrü kifayət qədər
böyük maliyyə vəsaitləri ayrılıb. Bu gün ortalıqda nə var? Faktiki olaraq bu
yüzilliklə bağlı Tarix İnstitu nəyi çıxarda bildi ortalığa? Avropada, Amerikada
hansı əsərləri, hansı kitabları çap etdirə bildi?
Onlar ortaya nə çıxartdı
ki, Qərb onları çap eləmədi? Amma ağızlarını açan kimi ermənilərin ünvanına ən
nalayiq söyüşləri söyməyə başlayırlar. Bunu efir vasitəsi ilə yaymağa səy göstərirlər.
Bu, mübarizə forması deyil. Dünya belə şeyləri qəbul eləmir. Yazdıqlarının üzərinə
də milli təhlükəsizlik nazirliyinin adını qoyurlar. Bununla da tarixi araşdırmalara
dövlət rəsmilərini, təhlükəsizlik orqanını şərik edirlər. Bu əsərlərə də dünya
elmi dairələrində heç bir etimad olmur. Bu, böyük bəladır. Bir tarixçi milli məsələ
ilə bağlı bu nəşrlərə gətirib vəzifəli şəxslərin imzasını qoyacaqsa, o nəşrlərə
heç bir etimad olmayacaq. Biz bunu başa düşməliyik. Azərbaycan arxivləri bu işi
görmək üçün kifayət deyil.
Bir müddət öncə mən erməni
vəhşiliyi ilə bağlı bir aaraşdırma apardım. Hansı ki, heç kim mənə buna görə bir
manat pul verməyib. Öz hesabıma getmişəm, Moskvada Rusiya Dövlət Hərbi Arxiv
tarixindən bu materialları toplamışam. Bu məqaləni yazmışam. Məqalə “THE
CAUCASUS & GLOBALIZATION”x9d jurnalında İsveçdə rus və ingilis dillərində çap
olunub. (//contact.az/docs/2015/Want%20to%20Say/033000110977ru.htm#.VTN9vVXtmkp ). Nə dövlət, nə hansısa elmi idarə, nə elmi fond
buna görə mənim nə yol xərcimi veriblər, nə orda qalmaq xərcimi ödəyiblər. Mən
bunu öz hesabıma eləmişəm. Bu mənim peşə borcumdur. Bir türk kimi bunu Türkiyə
qarşısında öz vicdan borcum hesab edirəm. Bizim məqsədimiz həqiqəti ortaya
çıxartmaq, erməni yalanını ifşa etmək idi. Bu yalanlar ayrı bir millətə qarşı
yönəlmiş olsa da, biz həqiqəti deməkdən çəkinməməliyik. Tarixçinin biri mən. Edə
bildiyimi eləmişəm. Yarım milyoni bir axşamlıq ziyafətə xərcləyənlər zəhmət çəksinlər
bu məqaləni yaysınlar də. Praşura halında çap edib yaysınlar. Tarixilərdən
narazılıq və şikayət edənlər faktiki olaraq özləri heç bir iş görmək fikrində
deyillər. Gərəksiz bir şeydən ötrü milyonlarla dollar xərcləməyə hazırdırlar.
Amma milli işimiz, milli problemlərimiz, milli qayğılarımızla bağlı heç nə etmək
istəmirlər. Indi yüz il tamam olanda ayılıblar ki, sən demə yüz illik var imiş
və ermənilər bundan təbliğat vasitəsi kimi istifadə edəcək. Axı bu soyqırım məsələlərinin
belə böyük çapda gündəliyə gəlməsi tarix etibari ilə Türkiyəyə qarşı yönəlibsə,
günümüzün tələbləri baxımından da Azərbaycana qarşı yönəlib. Bu təbliğatın
altında Azərbaycan torpaqlarını işğal etmiş erməninin məzlum obrazı yaradılır. Ona
haqlılıq donu geyindirilir. Ona görə də bu məsələ nə qədər Türkiyəyə aiddirsə,
bir o qədər də Azərbaycana aiddir.
-Cəmil bəy, Azərbaycanda məşhur tarixi şəxsiyyətlərin,
qəhrəmanların adlarının kafe və restoranlara qoyulması tendensiyası da müşahidə
edilməkdədir. Necə hesab edirsiniz, dövlət və xalq qarşıısnda müstəsna xidmətləri
olan bu şəxsiyyətlərinin adlarının kafe və restoran tərəfindən “əbədiləşdirilməsi”x9d
həmin qəhrəmanları təbliğ, yoxsa təhqir etmək deməkdir?
-Hesab edirəm ki, bu adi
bir məişət hadisəsidir. Mən düşünmürəm ki, burada hansısa uzaqgörən bir məqsəd
olsun. Ola bilsin ki, kafe sahibinin içində bəlkə də bir şey var. Amma o, bu
hissin ifadəsini düzgün şəkildə istiqamətləndirə bilmir. Bakıda açılan kafe-restoranlara
Qarabağ adı qoymaqla Qarabağı xilas eləmək olmaz. Bu, mənasız yanaşmadır. Kimsə
bu yolla Qarabağın qaytarılacağına ümid bəsləyirsə, bu, sadəcə olaraq xülyadır.
Ona görə də ucuz yanaşmadan uzaq olmaq lazımdır. Hesab edirəm ki, tarixi şəxsiyyətlərin,
az-çox tarixi xidməti olan adamların xatirəsi bir az ayrı fomada yad edilməli,
fərqli şəkildə əbədiləşdirilməlidir. Bu, daha doğru olar.
Seymur Əliyev
































































































