İnsan Qismən amneziyaya istinad edərək öz həyatının tarixçəsindən həbsxana həyatını mümkün qədər tez silib atmaq istəyir... Həbsxana adlanan, illərin, ayların bir-birini kədərli şəkildə əvəzlədiyi üzücü zaman kəsiyini yaddaşdan kəsib atmaqla həbsxanaya qədər və həbsxanadan sonrakı illəri necə mümkün qədər tez bir-birinə calayasan?
Bilirsinizmi, həbsxananı unutmağa nə mane olur? Sındırılmış talelər! Bu, insan həyatının necə qısa olduğu, sonsuz olmadığı haqda hissləri geri qaytarır! Ancaq həbsxanada başa düşürsən ki, sənin həyatının necə uzun olacağını ancaq Allah həll edir. Sən isə ancaq onun eninin necə olacağına qərar verə bilirsən!

2007-ci il idi. Mənim MTN-in istintaq təcridxanasındakı kameramın balaca nəfəsliyindən Günəşin batdığını və Ayın çıxdığını güclə seçə bilirdim, vaxtın hesabını, ayları, həftələri və günləri itirmişdim, ancaq olub keçənlər və gələcək haqda düşünürdüm. Adama elə gəlirdi ki, real Azərbaycandan zorla ayrılmış tənha məhbusun ruhunu və qəlbini heç nə riqqətə gətirə bilməz. Ancaq ən qəddar həbsxanada keçirdiyim bütün bu aylar ərzində əfsanəvi Azərbaycan OMON-unun komandiri Nizami Şahmuradovun faciəsi məni qəlbimin dərinliklərinə qədər sarsıtmışdı. 1995-ci ildə Cavadov qardaşlarının qiyamının yatrırılımasından sonra adi sərkərdəni və Allahın ağlasığmaz tale verdiyi, təbiətcə çox güclü adam OMON-un rəhbərliyinə gəldi. Və elə həmin OMON siyasi avantüraya və qiyamçıların ümidsizliyinə meyl edib tarixin qəssab baltası altında qaldı. OMON-çuların mütləq əksəriyyəti dəmir barmaqlıqlar arxasına düşdü- bu hərbi birliyin üç məşhur döyüşçüsündən başqa. Rövşən Cavadov həlak oldu, Mahir Cavadov ölkədən qaçdı, Nizami Şahmuradov isə itkin düşdü.
Və budur, mistik şəkildə yoxa çıxmasından düz 12 il sonra Şahmuradov günlərin birində Bakının mərkəzində peyda olur. Bakının köhnə qəbiristanlığında, “Qurd qapısı”x9dında. Orada onun qoca anasını dəfn edirdilər. Anasını dəfn edəndən və sonuncu övladlıq borcunu yerinə yetirəndən sonra Şahmuradov birbaşa qəbiristanlıqdan Milli Təhlükəsizlik Nazirliyinə zəng etdi. Və təslim oldu. 2007-ci ildə baş vermiş bu əhvalat o vaxt məni dərindən sarsıtmışdı. Mən onun haqqında öz kameramda tamamilə təsadüfən öyrəndim. Ya qəlbimin bütünlüklə cızıldığından və yaralandığından, ya müdafiəsiz və silahsız insana duyduğum simpatiyadan, ya da öz anamdan ayrı düşməyimdəm idi. Ancaq nəticədə mən bu qəlb titrədən əhvalat haqda çox tez-tez xatırlayırdım.
Şahmuradov təslim oldu və onu MTN-in həmin təcridxanasına yerləşdirdilər. O, divarın o tərəfində, qonşu kamerada oturmuşdu... Sonra bizim yollarımız talelərimiz kimi ayrıldı. Qara “voronok”x9dlarda bizi müxtəlif zonalara aparıb atdılar.

Və budur, bir neçə gün əvvəl mən Şahmuradovun oğlundan olduqca həyacanlı məktub aldım. Xahiş edirdi ki, onun atası ilə görüşüm. Görüş haqda razılaşdıq. Və yanvarın 16-da, axşam saatlarında redaksiyamıza saçları ağarmış, yorğun və qırışmış sifəti olan iricüssəli adam daxil oldu. Ancaq ilk görüşdən yaranan gərginlik cəmi bir neçə dəqiqə sonra aradan qalxdı, biz uzaq keçmişə qayıtdıq, ölkəmizin və həyatımızın arxada qalan illərini vərəqlədik. Bu günkü Azərbaycana nəzər salanda adama elə gəlirdi ki, sanki bu tarix heç olmayıb...
Keçmişi xatırlayanda o, yenidən yaşamağa və gülümsəməyə başlayır. Adama elə gəlir ki, onun həyatı əslində arxada qalıb və o, sadəcə olaraq həyatını yenidən yaşayır. Bəli, bəli...
-Məni 4 il 2 aydan sonra prezidentin əfv fərmanı ilə azadlığa buraxdılar. Yeri gəlmişkən mən hər dəfə seçkilərdə İlham Əliyevə səs verirəm. Ona görə yox ki, belə lazımdır, ona görə ki, səs verə biləcəyim başqa heç kim yoxdur. 2000-ci ildə isə zonda Mehriban Əliyevaya səs vermişdim. Mən həmişə əsgər olmuşam. İçdiyim anda sadiq qalmışam. Və heç vaxt hakimiyyətə qarşı çıxmamışam.
-Bəs 1995-ci ilin mart qiyamı?xa0”“mən dərhal ona bu əlverişsiz və əzablı sualı verirəm. Ancaq Şahmuradov məni əmin edir ki, OMON-a polkovnik Əbil Rzayevin vaxtında daxil olmuşdu. Şahmuradov o vaxtkı daxili işlər naziri Məhəmməd Əsədov haqda çox uzun-uzadı, hörmət və dərin ehtiramla danışır. Belə məlum olur ki, N.Şahmuradov onun şəxsi mühafizəçisi olub, başqa döyüşçülərlə birlikdə onu Qarabağın qaynar nöqtələrinə bütün səfərlərində müşaiyət edib. O, qəfildən M.Əsədovun şəklini çıxarıb göstərir. O vaxtkı daxili işlər naziri Şahmuradovun kumiridir. “O, çox qorxmaz adam idi. Özünü hansı riksə atdığını nəzərə almadan birbaşa erməni kəndlərinə girirdi. Və üstəlik bizdən tələb edirdi ki, onu rahat buraxaq, addımba-addım izləməyək və imkan verək ki, insanlarla birbaşa ünsiyyət qursun. Bu, bir növ düşüncəsizlik idi...”x9d
Yenidən 1995-ci ilin mart hadisələrinə qayıdıram. Axı həmin sonuncu və qanlı döyüşdən az əvvəl məhz Şahmuradov Prezident Aparatında prezident Heydər Əliyevlə danışıqlar aparmışdı.
-Mən Prezident Aparatına getdim. Prezidentin kabinetində Heydər Əliyev özü idi, İlham Əliyev, Akif Muradverdiyev, Bəylər Əyyubov və başqaları da vardı. Orada biz razılaşdıq ki, OMON silahı yerə qoyur və bizim bölmənin əsasənda OMON veteranları İttifaqı yaradılır. Biz İlham Əliyevlə birlikdə kabinetdən çıxdıq. Başa düşürsünüz də, mən öz fikirlərimi o qədər də yaxşı ifadə edə bilmirəm, əsgər adamam. Yol boyu İlham Əliyevdən xahiş etdim ki, Heydər Əliyevlə təkrar danışaq və bu qarşıdurma dinc yolla başa çatsın. Mən belə ümid edirdim ki, döyüşçülərimiz silahı yerə qoyacaqlar. Ancaq elə həmin gecə atışma başladı, qan axıdılmasının qarşısını almaq artıq mümkün deyildi...
N.Şahmuradov həmçinin Rövşən Cavadovun yaralandıqdan sonra qəsdən öldürüldüyünə dair şübhələrə də son qoyur: “Bütün bunlar axmaqlıqdır. Güllə Rövşənin arterial venasına dəyimişdi və o, dərhal komaya düşdü. Uşaqlar danışırdılar ki, qanaxmanı heç cür dayandırmaq mümkün olmurdu”x9d. R.Cavadovun şəxsiyyətinə qiymət verməkdə N.Şahmuradov xeyli xəsislik edir, öz döyüş yoldaşlarının səhvlərini etiraf etməkdən qorxmur: “Rövşən mənim OMON komandiri olmağımı istəmirdi. Baxmayaraq ki, nazir İsgəndər Həmidov özü məni bu vəzifəyə təyin etmək qərarını bildirmişdi. Ancaq R.Cavadov təyinatı əngəllədi. İncidim və OMON-u tərk etdim. Məni mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsinə keçirdilər”x9d. Əvəzində Şahmuradov milli qəhrəman Yuri Kovalyovun, qorxmaz Riyad Əhmədovun şücaətlərindən həvəslə danışır.

-Bəs bilirdinizmi ki, Riyad Əhmədov indiki milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumudur, bacısının əridir?
-Yox, bilmirdim. Düzünü deyim ki, bilmirdim. Ancaq mən ikinci belə qorxmaz, cəsur adam görməmişəm.
N.Şahmuradovun sözlərinə görə, məhz Yuri Kovalyovun faciəli ölümündən sonra OMON-un o vaxtkı komandiri Abil Rzayev istefaya getməyi qərara alıb: “O, əməliyyatın iflasa uğramasından şok keçirmişdi, ermənilər bizim uşaqları seçmişdilər və maşında güllələmişdilər. Abil Rzayev isə bunu özünə bağışlaya bilmirdi”x9d. Sonra A.Rzayev Sumqayıt polisinin rəis müavini olub, pensiyaya çıxıb və sonra vəfat edib. OMON komandiri postu xeyli müddət boş qalıb, Rövşən Cavadov təyinat alana qədər.
-Bəs həmin illərdə Mahir Cavadovla hansısa əlaqələriniz, təmaslarınız vardımı?
-Mənim onunla heç bir əlaqəm yox idi və ola da bilməzdi. Bəyəm mən xaricə qaça və bir çox OMON-çular kimi siyasi sığınacaq ala bilməzdim? Əlbətdə bilərdim. Axı mən 12 il ərzində Bakıda gizlənmişəm. Ailəmə baş çəkmişəm, bacardığım kimi işləmişəm, ancaq gizlənmişəm. Başa düşün, mən zabitəm. İnsan öz dövlətinə və öz ölkəsinə arxalanmalıdır. Mən Azərbaycandan ayrı həyatımı təsəvvür edə bilməzdim.
Fantastika! Ağlasığmazdır ki, bu adam Bakının mərkəzində ola-ola hüquq-mühafizə orqanlarından necə gizlənib. Və 12 il ərzində! Bizim güc strukturlarımızın bu cür yüksək əməliyyat-axtarış fəaliyyətinə malik olduğu bir vaxtda. Bu, necə mümkün ola bilər?! Bütün söhbətimiz zamanı mən Şahmuradovdan bu mövzuda azacıq da olsa ipucları əldə etməyə çalışıram. Ancaq əbəs yerə! O, ancaq bu etirafla kifayətlənir: “Başa düşün, mən uzun müddət Qarabağda döyüşmüşəm. Diversiya, kəşfiyyat əməliyyatları həyata keçirmişəm, əməliyyat işi də görmüşəm. Bu, böyük məktəb idi. MTN-də də heç cür buna inana bilmirdilər. Məni xeyli sorğu-suala tutdular, axı onlar da buna inana bilmirdilər. Ancaq Qarabağ bizə çox şey öyrətdi”x9d.
Və mən bunu soruşmaqdan özümü saxlaya bilmirəm ki, o, nəyə görə məhz MTN-ə təslim oldu, başqa güc strukturlarına yox.
-Hər şeyi hesablamışdım. DİN-də məni məhv edərdilər. Bu təzyiqə mən dözə bilməzdim, çünki bizə, keçmiş OMON-çulara qarşı ən böyük qəzəbi, kini bu strukturda bəsləyirdilər. Bax ona görə də xüsusi xidmət orqanlarına təslim olmağı qərara aldım.
Ancaq İlham Əliyevin əfv fərmanı sayəsində həbsdən azad olması onu çətin taleyinin yeni sınaqlarından xilas etməyib. Nizami Şahmuradov azadlıqda arzuolunmaz adama çevrilib. xa0Qarabağ döyüşçüsünün, sizlərin, bizlərin azadlığı uğrunda döyüşmüş adamın bu sözlərinə xa0lazım olmayan xa0vaxtda lazım olmayan yerdə olduğuna görə onu bağışlaya bilməyənlər də laqeyd qala bilməz.
-Mən bir tikə çörəksiz qalmışam. Heç yerdə məni işə götürmürlər. Xidməti pensiyadan məhrum ediblər, baxmayaraq ki, fəxri fərmanlarım, xidmət illərinə görə təşəkkürnamələrim var. Dəfələrlə prezidentə məktub yazmışam, ona çatdırmağa çalışmışam ki, bu dörd məlum hərf-OMON hələ də məni xəyalət kimi təqib edir. Kimsə məni işə götürməyə hazırlaşan kimi həyatımı qaraldan bu dörd hərf ortaya çıxır. Axı 20 il vaxt keçib! Bu, artıq tarixdir. Əgər mən cinayət törətmişəmsə belə, hərçənd ki, heç bir cinayət törətməmişəm, cəzamı da çəkmişəm. Həyatımdan 17 il silinib. Məni əzmək nəyə lazımdır?! Ailəmizin yeganə dolanışıq mənbəyi oğlumdur. O yazıq da bizi yedirdə bilmək üçün səhərdən axşama qədər əlləşir. Həyat yoldaşım kor olub. Cəmi 52 yaşı var. Ancaq uzun illərin sınağı öz işini gördü-o, diabet xəstəliyi qazandı və görmə qabiliyyətini itirdi! Əgər məni heç yerdə işə götürmürlərsə bu ölkədə necə yaşayım? Bəlkə siz deyəsiniz?! Mənzilimi satdım, Abşeron qəsəbələrindən birinə köçdüm. Burda qalsaydım heç dolana bilməzdim. Axı biz ailəmizin bütün ehtiyatlarını xərcləmişik. İndi dolanmağa, yaşamağa heç nəyimiz qalmayıb. Dostların yardımı ilə yaşamaq isə mənlik deyil-məni belə tərbiyə etməyiblər!!!

Nizami Şahmuradova-keçmiş həbsxana qonşuma, Qarabağ döyüşçüsünə və küncə sıxılmış döyüşçüyə nə deyə bilərdim?...Diqqətlə ona baxıram. İlahi, onun bir salamat dişi də qalmayıb, polisdən gizlənəndə hamısını kəlbətinlə özü çıxardıb. Axı o, həkimə də müraciət edə bilməzdi! Necə?...
Siqareti siqaretə calaya calaya acı hisslərlə onu dinləyirəm. O, arada gülümsəyir. Mən isə yox. Ona nə deyim axı? Necə kömək edim? Harayımı necə çatdırım? Eşidəcəklərmi?...Dözülməz ağrıdır!!!xa0
virtualaz.org


































































































