“Hamının marağı var idi S.Əlibəylinin həbsində...”x9d

Hazırda oxunan: “Hamının marağı var idi S.Əlibəylinin həbsində...”x9d

66768
Moderator.az ötən ilin sonunda prezident İlham Əliyevin əfv sərəncamı ilə azadlığa qovuşmuş Sərdar Əlibəylinin "Millətim" qəzetinə müsahibəsini oxuculara təqdim edir:

“Millətim”x9din qonağı prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığına qovuşmuş “Nota p.s”x9d qəzetinin baş redaktoru Sərdar Əlibəylidir. “Millətim”x9d qəzeti olaraq müdafiə etdiyimiz 4 şəxsdən üçünün azadlığa qovuşması bizi hədsiz sevindirir. S.Əlibəylinin haqsız həbsi bizi daima narahat edib və qəzetimizdə bu mövzunu hər zaman diqqətdə saxlamağa çalışmışıq. Nəhayət ki, Sərdar bəy azadlıqdadır və ilk müsahibəsini də onun üçün doğma olan “Millətim”x9də verməyi məqbul hesab etdi.


-Sərdar bəy, azadlığa belə tez qovuşacağınıza inanırdınızmı?

-Mən şablon danışmağı sevməyən bir insanam. Azadlığa tez qovuşmaq dediniz amma, mən belə hesab etmirəm. Çünki mənim həbs edilmə səbəbim bugün də mənə bəlli deyil. Mən hesab edirəm ki, 1 gün, 1 saat belə həbsdə qalmağım mənim üçün itirilmiş çox vaxtdır. İkincisi, tanınmış jurnalist deyirsiniz, vallah mən bu ifadələrdən çox qaçıram. Çünki tanınmış jurnalistlər bizdə çoxdur. Filan qədər əməkdar jurnalistlərimiz var, yüzlərlə tərəqqi ordeni almış jurnalistlərimiz var, şöhrət ordeni alanlarımız var, ev alanlar var, pul alanlar var... Nə bilim, hər şey alanlar var. O mənada tanınmış olasaydım mənim də nəyimsə olardı. Mənim nəyim olubsa, elə jurnalist olana qədər olub. Mən özümü bir yol adamı bilirəm və bu yolun üstündə həbsin, hətta daha ağır fəsadların da olacağının fərqindəyəm. Mən həbsə də artıq böyük bir faciə kimi baxmıram. Çünki o yol ki, mən gedirəm bu millətimizin yoludur və bu yolun üstündə həbsxana varsa, “div”x9d varsa, “dəyirman daşı”x9d varsa, bizim də işimiz bunlarla savaşıb ölmək, ya da bir yolunu tapıb yanından keçib getməkdir. Allah hara kimi yazıb, ora kimi gedərik insallah. 

-Sərdar bəy, həbsinizin motivi bizim üçün qaranlıq qalmaqdadır. Hədsiz gülünc ittihamlarla həbs olunduğunuzu bilirik. Yəqin ki, il yarım müddətində bu haqda düşünməyə zamanınız oldu. Həbsinizin əsil səbəbi nə idi?

-Mənim həbsimin əsil səbəbini “medal”x9dlı, “orden”x9dli, tanınmış jurnalistlər çox yaxşı bilirlər. Ancaq yazmaq istəmirlər, yazmadılar da. Bunu vurğulamağınızı xahiş edirəm. Özlərini Azərbaycan mətbuatının öndəri sayan jurnalistlərdən və qəzetlərdən bu qədərini gözləmirdim. Bütün hallarda həbsimin səbəbi bəllidir. Mənim yazdığım yazılarla, qaldırdığım məsələlərlə, işlətdiyim ifadələrlə,qaldırdığım problemlərlə, cəmiyyətə təsir imkanlarına görə ozlərini öndər qəzet sayanların toplam yaradıcılıqları tən gələ, ya gəlməyə. Əslində həbsimin səbəbi də o idi. Hamının marağı var idi S.Əlibəylinin həbsində. İstər hakimiyyət olsun, istər müxalifət olsun. Artıq internet elə bir səviyyəyə gəlib ki, adamları cəmiyyətdən gizlətmək mümkün deyil. Bizim taleyimiz “Azadlıq”x9d, “Müsavat”x9d qəzetlərinin əlində deyildi ki, bunlar istəsə bizi cəmiyyətə tanıtsın, istəməsələr cəmiyyətə qaranlıq qalaq. O zaman tək yol o qaldı ki, bizi ortadan müvəqqəti də olsa qaldırmaq, bütün işlərimizi pozmaq. Nəticə etibarı ilə də görürsünüz, bu gün mənim əlimdə nə kompyuterim var, nə internetim var. Həbsimin səbəbi budur. S.Əlibəylinin yazıları və yazıların internet vasitəsilə cəmiyyətə yayılma əmsalı. Ona görə də məni həbs etdilər. 

-Həbsxana həyatında sizi ən çox nə narahat etdi?

-Mən Penitensiar Xidmətin Təcridxansının, 14 saylı Cəzaçəkmə Müəssisəsinin rəisləri başda olmaqla bütün əməkdaşlarına şəxsən mənə olan münasibətlərinə görə dərin təşəkkürümü bildirirəm. Təbii ki, məhbuslara da mənə olan münasibətə görə dərin təşəkkürüm var amma, bu heç də o anlama gəlmir ki, həbsxanalarda vəziyyət yaxşıdı. İslahat filan deyirlər, mən orda islahat görmədim. Bunlar mövcud sistemlə bağlı problemlərdi, məni də narahat edən bu idi. Mən bu sistemi bilən insanam. Zaman-zaman bu sistemin içində də olmuşam. İndiki məhkumların əməkdaşlarla münasibəti, əməkdaşların məhkumlarla münasibəti 80-cı, 70-ci illərdə, hətta 50-ci illərdə necə idisə, eləcə də qalıb. Məndə bundan çox narahat idim. Adətən həbsxanalarda “bunt”x9d və yaxud başqa bir qalmaqallı hadisə olan kimi həbsxana rəhbərliyini dəyişirlər və bütün günahları da onların üzərinə atırlar. Əslində bu gün həbsxanalarda insanlıq baxımından, humanizm baxımından az-çox nəsə qalıbsa, o da həbsxana rəhbərliyinin, əsasən də rəislərin hesabına qalıb. Sistemlə bağlı o qədər problemlər var ki, onu rəis istəsə belə çözə bilməz. 

-Sərdar bəy, “Millətim”x9din baş məsləhətçisi Ramiz Tağıyev də həbsdən azad olunduqdan sonra Kurdəxanıda yerləşən Bakı İstintaq təcdirxanasını 3 ulduzlu otelə bənzətmişdi. Çoxları bununla razılaşmadı. Bu gün də orda saxlanılan məhbusların bəziləri müəssisədə işgəncə, təzyiq olduğunu söyləyir. Siz fərqli fikir söylədiz...

-Mən kimlərə nə təzyiq olur, olmur deyə bilmərəm. Əgər hakimiyyət tərəfindən kiməsə təzyiq olunması göstərişi verilərsə, müəssisə rəhbərləri gözüyumulu bununla razılaşar. Bu aydın məsələdir. Amma mən bəzi şəxslərin onlara qarşı işgəncə verildiyini söyləməsinin həqiqət olduğunu deməyə çəkinirəm. Əgər siyasi məhbuslara qarşı münasibət rəhbərliyin öz insafına qalıbsa, onlara qarşı çox yaxşı münasibət var.

-Birmənalı olaraq söyləyə bilərik ki, R.Tağıyev də, Sərdar Əlibəyli də bu iqtidarı ən sərt tənqid edən şəxlərdən olublar. S.Əlibəylinin yazılarını oxuyanlarda belə qorxu yaranırdı ki, bu yazını yazmaq olar, yoxsa yox. Əgər işgəncə verilirdisə, niyə məhz sizlərə bu uyğulanmayıb? Rastlaşmısınızmı,sizə qarşı hansısa işgəncə faktı ilə?

-Mən bir daha deyirəm, bunların tək bir istəyi olub ki, S.Əlibəyli müəyyən müddət oyundan kənarda qalmalıdı. Mənim qəzetlərim fəaliyyətini çoxdan dayandırıb, saytımı dağıdıblar, internet xəttim bağlıdır. Yəni bunların mənim sistemimi pozmaqdan başqa maraqları yox idi. Ona görə mən düşünmürəm ki, siyasi məhbuslara işkəncə olsun. Mənim 1 saat, 1 gün, 1 ay həbsdə olmağım özü mənəvi işGəncədir. Baxır işGəncəyə kim hansı prizmadan baxır. Mənim heç tanımadığım adamlar zəng vurub telefonda hönkür-hönkür ağlayır. Mənim haqqım yox idi ki, həbsə düşüb onları bu qədər göz yaşına boğum. Cəzaçəkmə müəssisəsində real vurmaq, döymək, təhqir etmək kimi hərəkətləri mən görmədim. İstər Bakı İstintaq Təcridxanasında, istər 14 saylı cəzaçəkmə müəssisəsində mənə qarşı yaxşı mənada nə edilməli idisə, hamısını etdilər. 

-Siz ancaq jurnalistika ilə məşğul olmusunuz, siyasi partiyalarla heç bir bağlılığınız olmayıb. Bir şəbəkə mövcuddur və bunu inkar etmək mümkün deyil ki, Azərbaycanda müxalifətçilik monopoliyası var, özlərini azad hesab edən mətbuatın monopoliyası var. Niyə həbs edilməmişdən öncə bu şəbəkələr sizi öz sıralarına qəbul etmədilər?

-Doğrudur, bir zamanlar o cərgələrə həsədlə baxdığımız olub. Amma mən yazar olaraq çox xoşbəxtəm ki, bunların sırasına qoşulmadım, bu dəyirmanda üyünmədim. Onlarla, yüzlərlə gənc və yaxud yaşlı insanları onlar bu dəyirmanda üyüdüb məhv ediblər. Bunu bütün Azərbaycan bilir. Azad mətbuat deyirsiniz, mən hətta “Millətim”x9d qəzeti daxil olmaqla Azərbaycanda öz qəzetim qədər azad qəzet tanımıram. Niyə tanımıram? Yəni hər kəsin öz marağı var. Məsələn, Ramiz Tağıyevin də siyasi marağı var, partiya sədridir. Mümkün mərtəbədə qəzet çalışmalıdır ki, partiyanın, dolayısıyla R.Tağıyevin siyasi maraqlarına yardımçı olsun. Bu mənada sizləri qınamaq olmaz. Amma mən həmişə demişəm ki, özlərini azad mətbuat adlandıran qəzetlər Azərbaycanın bir çox nüfuzlu adamlarını məhv ediblər, xalq düşməni ediblər. Mən yaxşı ki, onlarla olmadım. Bunun səbəbi də bəlli idi. Mən onlar haqqında zatən yazmışam. Bunlar istər ölkədaxilində, istər xaricdən dəstək alırlar. “Müsavat”x9d, “Azadlıq”x9d və yaxud “Bizim Yol”x9d, hətta S.Əlibəylinin qarşısını almaq çox çətin deyil.Bunların niyə bu hala düşdüklərini anlamaq istəyənlər “Sion müdriklərinin protokolları”x9dnı oxusunlar. Orda hər şey yazılıb. Bu gün həmin qəzetlər sionizmin 100 il əvvəl çəkdiyi çərcivəni işləyirlər. Çox yaxşı ki, mən onların yanında olmamışam.


“Məmləkətin, millətin ortaq problemləri var. Bu müstəvidə mən hər cür danışığa, razılaşmaya hazıram. İstər müxalifətlə olsun,istər hakimiyyətlə olsun, millətin və dövlətin maraqları naminə hər cür əməkdaşlığa hazıram”x9d

-Belə görünür ki, istəsəniz də o şəbəkə sizi qəbul etməyəcəkdi...

Ardı var...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin