Müsavat Partiyasından istefa verənlərin və çıxarılanların sayı durmadan artır. Görəsən, narazıların liderləri bu qüvvəni bir yerə yığıb yeni bir partiya yaratmaq fikrinə necə baxırlar?
Moderator.az-ın suallarını cavablandıran Müsavat Partiyasının qurucularından olan Vurğun Əyyubun mini-müsahibəsini təqdim edirik:
-Partiyadan ayrılanlar
üçün çox üzgünəm. Amma hələ ki, partiya yaratmaq kimi bir düşüncəm yoxdur. Bu
barədə təkliflər səslənsə də, elə bir qərarımız yoxdur. Təbii ki, partiyadan
ayrılan dostlarımızın bir yerə toplana bilməsi üçün bir qurum haqqında
müzakirələr aparırıq.
-Yaradılması nəzərdə tutulan qurum ictimai təşkilat olacaq?
-Bəli, hələ ki,
ictimai təşkilatdan söhbət gedir.
-Bunu perspektivdə
yeni bir siyasi qurumun ilk siqnalı kimi başa düşmək olarmı? Hər halda "hələ ki..." deməyiniz istər-istəməz bu ehtimalı ağla gətirir.
-Bu həyatdır,
gözlənilməzliklərlə doludur. Nə qədər bizim proqnozlaşdıra bilmədiyimiz
hadisələr varsa, ehtimalar da olacaq!






























































































