AMEA prezidenti akademik Akif Əlizadə Moderator.az-a müsahibə verib. Həmin müsahibəni oxuculara təqdim edirik:
-Akif müəllim, xahiş edirik AMEA-da həyata keçirilən islahatların
gedişi barədə məlumat verəsiniz.
-İstəyirik ki, Elmlər Akademiyasında aparılan islahatlar köklü olsun və bu islahatlar müxtəlif istiqamətləri özündə əks etdirsin. O istiqamətləri ki, bir neçə illərdir nəzarətsiz qalıb və o istiqamətlərdə bir qədər canlanma yaradaq. Bütün bunlar AMEA Rəyasət Heyətinin prioritet fəaliyyət istiqamətləridir ki, davam etdirilir. Və mən bu gün bir daha məmnuniyyətlə qeyd etmək istəyirəm ki, AMEA cənab prezidentimizin hərtərəfli dəstəyi və qayğısını hiss etdiyindən, bu istiqamətdə addımlarımızı cəsarətlə atmağa imkan verir. Bunlar nədir? Belə ki, biz qərara gəlmişik ki, daha büdcədən elmin maliyyələşdirilməsi üçün ayrılan vəsaiti akademiyanın institutlarına birbaşa deyil, xüsusi müsabiqəli proqramlar tərtib olunsun və bu elmi proqaramlara maliyyə dəstəyi ayrılsın. Bu nə deməkdir? Əgər əvvəl büdcədən elmə ayrılan vəsait insitutlara verilirdisə, indi isə həmən institutlarda proqramlar təşkil olunacaq və o proqramlar maliyyələşdirliləcək. Bu cür proqlamların maliyyələşdirilməsi alimlərdə müəyyən stimul yaradacaq. Bu eyni zamanda alimlərimizin beynəlxalq müstəvidə tanınmasına da öz müsbət töhfəsini verəcək.
- AMEA-dakı islahatlar akdemiyanın gəncləşməsinə və gənc
alimlərə olan diqqətə necə təsir göstərib?
- Bayaq dediyim ki, müsabiqəli elmi-təqdiqiqat proqamlara
xüsusi maliyyənin ayrılması elə gəncləri stimullaşdırmağa yönəlib. Bu
layihələrdə iştirak edən gənclər öz maddi imkanlarını yaxşılaşdıra bilirlər.
Belə ki, əgər institutda çalışan alimin və ya mütəxəssisin əməkhaqqısı 200 manat təşkil
edirdisə, xüsusu proqramların və layihələrin maliyyələşməsi nəticəsində onlar
1200-1500 manat pul qazanacaqlar. Bu birincisi, ikinci əsas məsələ isə ondan
ibarətdir ki, gəncləri stimullaşdırmaq məqsədi ilə mütəmadi olaraq müsabiqələr elan edirik.
Onların elmi məqalələrinin dünyanın indeksi məhşur olan elmi jurnallarında çapına
çalışırıq. Bütün bunlar stimullaşıdırıcı amillərdir. Bundan əlavə olaraq gənc
alimlərin sosial vəziyyətinin daha da yaxşılaşdırılması,onların məzillə təmin
olnması və istirahətlərinin təşkili istiqamətində də işlər görülür. Gənc alimlərin
mənzillə təmin olunması üçün akademiya yataqxanası yerində tikilən binada bizə
bir blok verilib. Artıq ölkə başçısı və Bakı Şəhər İcra Hakimiyyəti ilə razılıq əldə
olunub. Burada bizə 5-60 mənzil veriləcək ki, biz də bunları əsasən gənc alimlərə
verəcəyik.
-Gənc alimlərin mənzillə bağlı ölkə başçısına bir müracitiniz olmalı
idi. O məsələ nə yerdədir?
- Artıq danışıqlar aparılıb və ölkə başçısı bizə söz verib
ki, elm adamları üçüm mənzil tikintisinə yer ayrılsın. Necə
ki, incəsənət adamları üçün bir ərazi ayrıldı və orada "ArtSity" şəhərciyi
salındı. Indi də bizə belə bir yer ayrılacaq və orada elm adamları üçün elm şəhərciyi
salınacaq. Ümid edirəm ki, bu layihə də tezliklə reallaşacaq. Və o şəhərcik də
salınan zaman əsasən gənclərə, xüsusən də 30-50 yaş arasında olan evsiz alimlərin
mənzillə təmin olunmasına üstünlük veriləcək.
-Bəs
kadr islahatları nə yerdədir?
- Dediklərim
elə kadr islahatlarının tərkib hissəsidir. Amma kadr
islahatlarının da başqa istiqamətləri də var. Mən danışsam çox vaxt aparacaq.
Indi biz yeni bir istiqamət tapmışıq. Bu da ondan ibarətdir ki, xaricdə olan Azərbaycanın
elm diasporundan ölkəmizin elm potensialını artırmaq. Biz müəyyən etmişik ki,
hazırda dünyanın müxtəlif ölkələrində 500-dən artıq azərbaycanlı elmlər
doktoru, professor elm ocaqlarında çalışır.
Mən bu yaxınlarda, daha doğrusu, oktyabrın 28-də Almaniyada bu
ölkədə çalışan 30-dan artıq azərbaycanlı alimlə görüş keçirəcəyəm. Bu görüşdə mən
orada çalışan alimlərimizin yardımı ilə Azərbaycandakı gənc alimlərin yetişməsinə
öz töhfələrini vermələrinə çalışacam. Yəni onlar perspektivli azərbaycanlı
gənclərdən fəlsəfə doktorları hazırlasınlar. Bundan əlavə olaraq akademiyada bir
laboratoriya yaratamaq və xaricdəki alimlərimizi mütəmadi olaraq bura dəvət etməyi
planlaşdırırıq. Bax belə planlar var. Düzdür, bu məslədə bir az geciksək də yenə çalışmaq
lazımdır və onların xidmətindən istifadə etməliyik.
-Akademiyada
ixtisarların aparılması gözlənilirmi?
- Biz
ixtisar aparmaq istəsək də, bu sahədə müəyyən problemlər var. Çünki
Əmək Məcəlləsi belə ixtisarlar aparmağa imkan vermir. Buna baxmayaraq biz yenə
də ixtisarlar aparmaq üçün yollar arayırıq. Amma elə etmək istəyirik ki, bu
ixtisarlar zamanı nə alimlərimiz əzab çəksin, nə də ki biz. Odur ki, bu yolda
axtarışdayıq.
-Akademiyada
magistraturaya qəbul məsələsi gündəmə gəlib. Bu qəbul mexanizmi necə və hansı
prinsiplərə uyğun həyata keçiriləcək?
-
Magistratura problemi artıq həll olunmaqdadır. Və biz indi
magistraturaya qəbul ixtisaslarını müəyyən etmişik və bu haradasa 47 ixtisas
üzrə olacaq. Biləsiniz ki, akademiyaya magistratura qəbulu ali məktəblərdəki
magistraturaya qəbul kimi və o prinsiplər əsasında aparılmayacaq. Bizə heç o
cür magistratur pilləsi də lazım deyil. Bizə xüsusi ixtisaslar üzrə, xüsusən də
Azərbaycan elmi üçün vacib olan sahələr üzrə magistr ixtisasları lazımdır.
Misal üçün, dilçilik sahəsi üzrə biz xüsusi dillərə üstünlük verəcəyik. Məsələn
qədim yunan, latın
və erməni dillərinə. Hansı ki, ölü dil hesab olunurlar. Bax akademiyada magistr
pilləsinə qəbul bu prinsiplər əsasında aparılacaq.



































































































