AMİP sədri Yusif Bağırzadə Moderator.az-a müsahibə verib:
-Yusif bəy, bu gün ölkədə müxalif siyasi təşkilatların
siyasi məhbusların hüquqlarının müdafiəsi ilə bağlı müxtəlif komitələr yaransa
da, sizin partiya bunların heç birnin yanında yer almadı. Bunun
səbəbi nədir?
- Biz belə hesab edirik ki, Azərbaycanda məhkəmələr
kifayət qədər müstəqildir və hər bir şəxs siyasi fəaliyyət göstərməzdən də öncə
Azərbaycan vətəndaşıdır. Bir ölkə vətəndaşı kimi də ilk olaraq ölkə
qanunvericiliyinə və konstitusiyasına tabe olmalıyıq. Hər
hansı bir əmələ görə məhkəmənin qərarını gözləmək lazımdır. Məhkəmə nə qərar
verəcək. Məhkəmə qərarından sonra Apellyasiya Məhkəməsi, Ali Məhkəmə var. Burada da məsələ öz müsbət həllini tapmazsa
Avropa Məhkəməsi var.
Bu instansiyalar pillə-pilə keçilməlidir. O baxımdan biz indidən bu həbsləri
siyasiləşdirməyi düzgün saymırıq. Hətta bu həbslərlə bağlı başlanan siyasi
kampaniyalar məhkəməyə təzyiq kimi qiymətlənidirilməlidir. Ona görə də AMİP
olaraq biz bu tərdbirlərdə iştirak etmirik.
-Baxmayaraq ki, bəzi müxalifət partiyaları bu
prosesə qoşulsa da, yenə də birlik nümayiş etdirə bilmir və nəticədə bir neçə
müdafi komitəsi yaranıb. Buna necə baxırsınız?
-Hər bir
siyasi təşkilat öz qərarında müstəqildir. Ona görə də bi AMİP
olaraq digər siyasi təşkilatların tutduğu yola və fəaliyyət istiqamətinə irad
tuta bilmərik və bunu düzgün addım hesab etmirik. Biz bunu başqa bir müstəqil təşkilatın
daxili işinə müdaxilə kimi qiymətləndiririk. Əgər söhbət AMİP-dən gedirsə, onu
deyə bilərəm ki, burada iştirakımız məcburi deyil və iştirak etməməklə də bağlı
arqumentimizi yuxarıda izah etmişəm. Biz hesab edirik ki, bu həbsləri siyasiləşdirmək
düz deyil. Əksinə həbdsdə olan şəxs haqqındakı məhkəmə qərarına mənfi təsir edə
bilər.
-Bəs
qarşılıqlı itihamlara necə baxırsınız. Axi AMİP-də bu
ittihamlara tuş gəlib?
-Bir daha
təkrar edirəm ki, biz artıq fəaliyyətinə görə digər siyasi fəaliyyətinə və qərarına
görə suçlamaq ənənəsindən əl çəkməliyik. Hər bir təşkilatın öz
dəsti xətti var və ona hörmətlə yanaşmaq lazımdır. Necə ki, biz digərlərinin fəaliyyətinə
hörmətlə yanaşırıqsa, digərlərindən də özümüzə qarşı hörmət tələb edirik. Və
hesab edirəm ki, siyasi təşkilatlar bundan sonrakı fəaliyyətində bu prinsipi əsas
götürməlidrilər.
-Yusif bəy bu gün Naxçıvanda Azərbaycan,
Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşü keçirildi. Siz
bu görüşü necə dəyərləndiririsiniz?
-Regionda
kifayət qədər ciddi proseslər gedir. Bu gün Azərbaycan Ermənistandan
fəqrli olaraq hər hansı hərbi siyasi blokun üzvü deyil. Amma ərazi bütövlüyümüz
pozulub, torpaqlarımız işğal altındadır. Eyni zamanda mütəmadi olaraq dövlətçiliyimizə
də təhdidlər olur. Bu baxımdam mən Azərbaycan-Türkiyə-Gürcüstan strateji müttəfiqliyini
əhəmiyyətli hesab edirəm və bu əməkdaşlığı inkişaf etdirməliyik. Ona görə də bu
görüş alq;şlanmalıdır. Bütün bu dediklərimi nəzərə alaraq deyə bilərm ki, biz hər
zaman Türkiyənin hərbi gücündən yararlanmalıyıq və üç ölkə arasında strateji əməkdaşlıq
daha da dərinləşdirilməlidir.
- Yəni
görüşün Naxçıvanda görüşün keçirilməsinin simvolik mənası var?
- Bəli. Bu
görüşün Azərbaycana qarşı təhdid yolunu seçən regionun bəzi ölkələrinə, o cümlədən
Ermənistana bir mesajdır.



































































































