Moderator.az-ın müsahibi Azadlıq Partiyasının sədri Əhməd Orucdur. Saytın əməkdaşının yarızarafat-yarıciddi suallarını Əhməd Oruc da yarızarafat cavablandırıb:
- Əhməd bəy, bir sıra partiya sədrləri sizin haqqınızda mətbuatda olan olmaz ifadələr işlədir. Bu ittihamlar seçkilərdən əvvəl də var idi, indidə. Siz inək saxlamısınız və müxalifətdə sizin haqqınızda bu cür imicin formalaşmasının arxasında sizcə nə durur?
-Mənim inəklərim indi də var. Yaxşı süd verirlər. Haramzadələr üçün halal dolanmaq həmişə eyib sayılıb. Konkret hansısa partiya sədri mənim inəklərim haqda pis danışıbsa bunu paxıllıqdan edirlər. Onlar bilir ki, mənim inəklərim onlardan çox üstündür. Həm əxlaqına, həm də faydalılığına görə.
- Son vaxtlar müxalif partiyalar qurultay keçirməkdə zorlanırlar. Sizin partiya necə, qurultay keçirməyi düşünmür ki?
- Yaxın müddətdə qurultay keşirilmək haqda qərarımız yoxdur.
- Bir sıra müxalif liderlər iddia edir ki, İsa Qəmbər başqanlığı deputatlığa dəyişmək niyyətindədir. Sizin belə fikriniz yoxdur?
- Mən hesab etmirəm ki, indiki iqtidar dönəmində İsa bəyi parlamentə buraxacaqlar. İndiki iqtidar dönəmində parlamentdə bu hakimiyyətdən mahiyyətcə fərqli olmayanlar təmsil olunur. Mahiyyətcə mənimlə bu iqtidardakılar arasıda ciddi fərq var. Məndə haram heç nə yoxdur, onlarda isə halal.
-Əhməd bəy, sizcə Azərbaycan muxalifətinin liderlərinin Fransua Ollandla görüşündən sonra düşərgədə nəsə dəyişəcəkmi?
- Əvvəla, mənim inəklərimlə yanaşı Olandın görüşü haqda sual verdiyinizə görə sizə inəklərim adından təşəkkür edirəm. Amma görünən odur ki, heç nə dəyişməyəcək. Çünki bizim müxalifət bir-biri ilə didişməyə daha çox üstünlük verir.
Ülkər Musazadə


































































































