Xarici siyasət üzrə ekspert prezidentlərin Praqa görüşünü şərh etdi

Hazırda oxunan: Xarici siyasət üzrə ekspert prezidentlərin Praqa görüşünü şərh etdi

44982

Azərbaycan prezidenti İlham Əliyev Çexiyanın paytaxtı Praqada səfərdədir. Bu səfər Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramı üzrə sammiti çərçivəsində reallaşmaqdadır.

Moderator.az bu sammit və umumiyyətlə Şərq tərərfdaşlığı proqramı bağlı bir necə sualla  Milli Şura Sədr aparatının üzvü və xarici siyasət üzrə ekspert Yeganə Hacıyevaya müraciət edib.

 -Yeganə xanım, öncəliklə sizdən izləyicilərimiz ücün  Şərq Tərəfdaşlığı proqramı haqqında  qısa məlumat vermənizi xahiş edirik.

 -Şərq Tərəfdaşlığı proqramı Avropa Birliyinin 6 postsovet ölkələri ilə əməkdaşlıq proqramıdır. Bu proqram 2009- cü il may ayından başlamışdır. Avropa Birliyi ilə Azərbaycan,  Moldova, Ukrayna, Belarus, Ermənistan və Gürcüstannın iqtisadi və siyasi yaxınlaşması, bü ölkələrin Avropa Birliyi standartlarına yaxınlaşması və  ya bu standartlara yaxın ortaq standartların formalaşmasına xidmət edən bir proqramdır.Əslində bu proqram özlüyündə  Avropa Birliyinə üzvlük ehtiva etmir, lakin bu istiqamətdə müəyyən bir pillə rolunu oynayır. Proqram bir necə istiqamət üzrə fəaliyyət nəzərdə tutur. Bu, demokratiya, ölkələrin Avropa Birliyi  və bir -biri ilə iqtisadi və siyasi yaxınlaşması, regional və enerji təhlükəsizliyi məsələləri v.s üzrə fəaliyyətlərdir.

 -Şərq Tərəfdaşıq proqramının son sammiti Vilnüsdə baş tutmuşdur. Son sammitdən sonra Ukraynada məlum hadisələr baş vermişdir, bunların fonunda  sammitin proqramındakı məsələlər həddindən artıq maraqlıdır.Sammitdə kimlər iştirak edəcək və nələr müzakirə olunacaq?

-Sammitdə Avropa Birliyini Avropa Qonşuluq və Genişlənmə Siyasəti üzrə ali kommissar Ştefan Füle təmsil edir. Ukrayna və Belarusdan başqa digər dövlətlər isə prezidentlər səviyyəsində təmsil olunurlar.Ukrayna prezidentinin səlahiyyətlərinin icraçısı Turçinov ölkəsində baş verən proseslər üzündən sammitə qatılmayıb, Belarus isə sammit öncəsi Avropa Birliyi ilə əməkdaşlıq istiqamətində ilıq mesajlar versə də sammitə prezident səviyyəsində qatılmadı.

 -Sammitin proqramı haqqında nisbətən ətraflı məlumat almaq istərdik.

 -Sammitin proqramının əlbəttə ki, əsas mövzusu Ukraynadır. Rusiyanın təzyiqləri fonunda Ukrayna,  bü ölkədəki mövcud vəziyyət, Avropa Birliyi və Ukrayna münasibətləri və əməkdaşlığının  detalları və bu prosesə Şərq Tərəfdaşlığı proqramının digər iştirskçilarını  cəlb edilməsi perspektivləri v.sair müzakirə olunacaq. Həmçinin Rusiyanın Ukraynaya müdaxiləsi fonunda Gürcüstan və Moldovanın təcili qərar verdikləri Avropa Birliyi ilə  dərinləşdirilmiş əməkdaşlığın detalları müzakirə olunacaq. Bu görüşlər ikili və üçlü formatında keciriləcək. Ümümiyyətlə isə son baş verən geopolitik proseslərin fonunda bu ölkələrlə Avropa Birliyi əməkdaşlığının perspektivləri və formaları  v.sair müzakirə olunacaq.

-Yerli və beynəlxalq mediada sammit çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinın görüşü haqqında məlumatlar yayılmışdı. Bu ğörüşün nəticələri haqqında fikirlərinizi bilmək istərdik.

 -Bəli, belə bir görüşün keciriləcəyi haqqında informasiyalar var. Prezidentlərin sonuncu görüşündən sonra qoşunlarının təmas xəttində gərginliklər artmışdır. Görüşün ana xəttini fikirimcə bu məsələ təşkil edəcək. Ümümiyyətlə isə son 5 ayda qoşunların təmas xəttindəki gərginliklərin artması haqqında rekord sayda xəbərlər almışıq. Xüsusilə Ukraynada Maydan hərəkatının aktiv günlərində gərginliyin  artmasını və bu haqda xəbərlərin hər iki ölkə mediasında geniş yer almasını izləmişdik. Bəzən bu xəbərlər hər iki ölkədə elə sinxron ardıcıllıqla baş verirdi ki, sanki bunun idarə olunan bir proses olması haqqında insanda şübhələr yaranırdı. Rusiyanın bu konfliktin yaranmasında və inkşafında  rolunu  nəzərə almaq lazımdır. Xüsusilə Ermənistan faktiki olaraq Rusiyanın total iqtisadi və siyasi nəzarəti altındadır, Rusiyanın bu ölkədə hərbi bazası yerləşir.Rusiya faktorundan başqa isə Azərbaycan və Ermənistan hökümətlərinin konfliktin həllində atdığı addımlar imitasiya xarakterlidir. Ümümiyyətlə isə Dağlıq Qarabağ konflikti təəssüf ki, artiq 20 ildir bu iki hökümətlər tərəfindən demokratiyanın, insan haqlarının, sivil cəmiyyətin və bütövlükdə dövlətin siyasi -iqtisadi inkşafını əngəlləmək yolunda  kard-blanş olaraq istifadə olunmaqdadır. O üzdən mənim prezidentlərin görüşlərinin konfliktin həllində müsbət bir irəliləyiş ücün rolu ola biləcəyi kimi bir gözləntim yoxdur.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin