Keçmiş nazir sələfinə və Ali baş Komandana səsləndi

Hazırda oxunan: Keçmiş nazir sələfinə və Ali baş Komandana səsləndi

36018

Həmin vaxt birinci istefa ərizəm Əbülfəz bəyin stolunun üstündə idi. Sözüm keçmədi. Dedi söz vermişəmsə etməliyəm. Başqa bir epizod deyim. Ruslar bizə oqnemyot vermişdilər, hansı ki, onlar konteynerlərdə olur. Həmin konteynerləri mənə verən adam demişdi ki, onlar xüsusi olaraq nömrələnir, ona görə də xahiş edirəm onları istifadə etdikdən sonra konteynerləri qaytarsınlar. Bunu da belə sənədləşdirməliydilər ki, guya hərbi təlim keçirildi, silahlardan istifadə olundu və konteynerlər yerinə qaytarıldı. Nəcməddin Sadıqovsa Pənah Hüseynin göstərişiylə onları geri qaytarmaqdan imtina etdi. Məcbur olub gedib Nəcməddini çox pis şəkildə qısnadım ki, sən neynəyirsən, sən necə zabitsən ki, bizə bu cür edilən köməyi beş qəpiklik edib problem yaradırsan? Ondan sonra qaytardı. Bundan sonra artıq Nəcməddin başqa havalar çalmağa başladı. Ona general verməyə müvəqqəti də olsa mane olduğumdan istifadə edən Prezident Aparatındakı qüvvələr bundan istifadə edərək Nəcməddini tamamilə mənə qarşı kökləyə bildilər. Hətta onun evinə get-gəllər intensivləşdi və arada onu daxili işlər naziri də qoymaq həvəsinə düşdülər. Xülasə, ona söz verdilər ki, sən qısa müddətdə Baş Qərargah rəisi olacaqsan, ardından da müdafiə naziri. Bunu mən dəqiq bilirəm və bu, rəsmən Əbülfəz bəyin komandasının Nəcməddinə verdiyi sözdür. Kİmsə bunu təkzib etmək istəsə sübutlarımı bu günədək saxlamışam, gəlsinlər elə bu redaksiyada üzləşək. Fevral ayının 4-də Gəncədə “Üçtəpə” adlanan yerdə Azərbaycanda qalan yeganə rus qoşunlarınınn bazasına-104-cü rus desant diviziyasının bazasına getmişdik, həmin bazanın əmlakının alınıb Azərbaycana təhvil verilməsiylə bağlı Rusiya Hava Desant Qoşunlarının komandan müavini, general-leytenant Çildarovla danışıqlar aparırdıq. Bu zaman Surət Hüseynov təcili gəldi ki, bəs ermənilər hücum edərək Çildıranı götürüblər. Elə bil başıma qaynar qazanla su töküldü və şoka düşdüm bir anlıq. Bu o dövr idi ki, erməniləri Xankəndinin bir neçə kilometrliyinədək qısnamışdıq, İrəvanda da ermənilər oturaq mitinqlərə başlayıblar. Əsas tələb də budur ki, acından, soyuqdan qırılırıq, bizə Qarabağ-zad lazım deyil. Belə bir vaxtda bu cür strateji nöqtə necə verilə bilər? Elə ordan da təcili durub getdim həmin istiqamətə. Bəlli oldu ki, bilavasitə Nəcməddinin əmriylə Çıldırandakı ön xətdə olan briqadanın qərargah maşını ordan çıxarılır. Döyüşçülər də mövqedən qayıdıb gəlib görürlər ki, mobil maşın yoxdur. Döyüşçülər də məcbur olub Çıldıranı qoyub çıxırlar. Bu günədək heç kim bu xəyanətləri araşdırmaq istəmir. Mən gəlib həmin ön xətdə döyüşçüləri səfərbər edərək fevralın 9-a, Fərəc Quliyevin məhşur bəyanatına qədər orda oturdum. Nəticədə biz yenidən Mehmanəni, Drambonu, Vaquazı geri aldıq, Çıldıranın ətrafında mühasirə halqası yaratdıq.Həmin dövrdə də yenə mənə köməklik edən qüvvələr oldu. Amma məni yenidən Bakıya çağırdılar. Gəldim prezidentin yanına, onun kabinetində səhv etmirəmsə fevralın 11 və ya 12-də əməliyyat müşavirəsi keçirildi. Qısa müddətdən sonra-fevralın 17-də, mənim 50 yaşım tamam olan gündə istefa verdim. Elə bir qurğu qurulmuşdu ki, məhz ad günümdə istefa verməyə məcbur oldum. İnanın ki, heç kimə qarşı şəxsi ədavətim olmayıb və bu gün də yoxdur. Amma adama deyərlər ki, məni kənarlaşdırmaq istəyirsinizsə bunu ləyaqətlə edin də. Onsuz da dəfələrlə istefa ərizəsi ilə müraciət etmişəm də. Sadəcə məni yandıran odur ki, niyə orduya o qədər məhəbbətin, inamın olduğu həmin dövrdə məni ləkələmək istədiniz? Axı Surət Hüseynovu mən yox, siz özünüz gətirmişdiniz.Nəticədə Dadaş Rzayev gəldi və Ağdərədəki əsas mövqelərimiz əldən getdi. Təzədən “Həyat yolu” adlanan Ağdərə-Kəlbəcər yolu bağlandı. Bütün bu uğursuz əməliyyatlara isə həmin dövrdə komandanlıq edən Nəcməddin Sadıqov idi. Elə bu ərəfədə dalbadal uğursuzluqlara imza atan Nəcməddinə general rütbəsi verdilər. O Kəlbəcərin verilməsində də əsas günahkardı və boşaldılma əməliyyatına birbaşa rəhbərlik edib. Mən bu günədək anlamıram ki, niyə hər şey gün kimi aydın olduğu halda kəlbəcərlilər susur?

-Susmayıblar. Ancaq onları eşidən oldumu?

-Məncə onun üstünə getmək və tökülən nahaq qanların, itkilərin hesabını sormaq lazım idi. Nə isə, 94-cü il gəldi və məni Heydər Əliyevlə düşmən etdilər, MTN-nin təcridxanasında oturmuşam. 94-cü ilin mart ayının sonları, aprelin əvvəlləri idi. Cinayət işini aparan istintaqçılar qrupuna bir nəfər yeni müstəntiq təyin etdilər. Mən onun adını deməyəcəm, onu zərbə altında qoymaq istəmirəm. Amma Zakir Həsənova və Ali Baş Komandana lazım olarsa, dəhşətli faktların açılmasını və həqiqətin üzə çıxmasını istəyərlərsə mən həmin adamı da çağırtdıraram. Özü də onu o məqsədlə işə cəlb etmişdilər ki, mən istintaq materialları ilə tanış olduğum dövrdə kənardan kimsə kömək edə bilməsin. Onun da istintaq materiallarından mütləq mənada xəbəri yoxdur. Amma təbii ki, məcbur olub mənimlə birgə oturub 51 cildlik, 11 min səhifəlik materialla istər istəməz bu da tanış oldu. Təxminən bir ay keçəndən sonra o da kifayət qədər işlə tanış olduqdan sonra qayıtdı ki, Rəhim müəllim, səni nəyə görə tutublar? Dedi ki, mən dəqiq deyirəm ki, bu işi məhkəməyə götürməyəcəklər. Dedim gözüyumulu götürəcəklər. Dedi ki, yox ey, zərrəcə vicdanı və orta təhsili olan adam oxuyanda görəcək ki, burdakı faktlara görə sənə Milli Qəhrəman düşür. Dedim ki, mənə güllələnmə verəcəklər, sən narahat olma. Həmin dövrdə həmin müstəntiq gəlib dedi ki, məndə konkret sənədlər var və Nəcməddin Sadıqov tezliklə həbs olunacaq. Konkret adlar da çəkdi ki, Prezident Aparatında filankəslərə həmin sənədləri də vermişəm, hamı şoka düşüb. Üstündən bir neçə gün sonra dəli kimi gəldi ki, verdiyim sənədləri oğurlayıblar. Deyir təkrar onlara bir sənəd də hazılayıb verdim. Bundan sonra daha mənim həmin müstəntiqlə əlaqəm kəsildi, bilmədim o iş necə oldu. Nəhayət 2005-ci ildə mən həbsdən çıxandan sonra o bu yaxınlarda rəhmətə getmiş vəkilim Həqiqət Hüseynova ilə bizə gəldi. Bildirim ki, artıq sistemdə işləmir, başqa işlə məşğuldur, yenə söhbət həmin yerə gələndə dedi ki, Rəhim müəllim, Nəcməddinin himayədarı kimdirsə Prezident Aparatında da ondan qorxdular. And içdi ki, həmin sənədlərlə o adam təkcə Ağdərənin yenidən işğal olunmasında və Kəlbəcərin necə verilməsində iştirakına görə birbaşa güllələnməyə getməliydi. Mən burdan yeni nazirə və cənab Ali Baş Komandana səslənirəm, bu adam Azərbaycan dövlətçiliyi üçün təhlükədir. Mən bu adamın Azərbaycandakı sərvətini demirəm, yəqin bilirlər, onun Rusiya ərazisindəki və Mahaçqala, Dərbənd ətrafındakı obyektlərindən xəbəriniz varmı? Əsgərin əyninin paltarı, qarnının çörəyi hesabına milyardlara sahib olan adam bu gün Baş Qərargah rəisi necə olur? Belə adamın zabit şərəfi olarmı? Mən tam məsuliyyətimlə deyirəm ki, onun zabit şərəfi yoxdur. Ondan soruşsunlar ki, vaxtilə filtrli siqaret almağa pul tapmayan bu adam biznes fəaliyyətiylə məşğul olmadan bu boyda sərvətə necə sahib oldu? Bu adamın orda oturmağa haqqı yoxdur. Mən böyük ümidlər bəslədiyim nazirə və prezidentə bir vətəndaş, bu yolda can qoymuş bir döyüşçü, keçmiş nazir kimi bunu  deyirəm.  

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin