“Azərbaycanda hakim korpusunun formalaşması ilə bağlı hansısa nöqsanların olması barədə iddiaları qəbul etmirəm. Bu düzdür ki, yazılı test imtahanında yüksək nəticə göstərənlər var amma onlar sonda hakim ola bilmir. Hakim olmaq təkcə test imtahanının nəticəsi ilə müəyyən olunmur. Görünür, həmin şəxslər ikinci mərhələni uğurla başa vura bilmirlər”. Bu sözləri Moderator.az-a açıqlamasında Bakı Apellyasiya Məhkəməsinin sədri, Hakimlərin Seçki Komitəsinin rəhbəri İman Nağıyev bu barədə suala cavabında söyləyib. Onun sözlərinə görə, hakim korpusunun müəyyənləşdirilməsi prosesi tam şəffafdır: “Bu prosesdə Avropa Şurasından da müşahidəçilər qatılır. Bu gün elə hakimlər var ki, vaxtilə müxalifət partiyalarında olublar. Yəni ki, heç kəsə əqidəsinə görə fərq qoyulmur”.
Qumru





























































































