Qabil Hüseynli: “Ermənistan Türkiyədən çəkinmir”

Hazırda oxunan: Qabil Hüseynli: “Ermənistan Türkiyədən çəkinmir”

30935

Türkiyə XİN-nin rəhbəri Əhməd Davudoğlunun Bakı səfəri Ermənistanda ciddi narahatlığa səbəb olub. 

Bununla bağlı Moderator.az saytına açıqlama verən politoloq Qabil Hüseynlinin sözlərinə görə, Ermənistanın narahatlığı rəsmi Yerevanın Türkiyədən bir dövlət kimi çəkinməsi ilə bağlı deyil. Ekspertin qənaətincə, Rusiyanın himayəsinə sığınan Ermənistan sadəcə olaraq Türkiyənin Dağlıq Qarabağ probleminin həlli prosesində iştirakını arzulamır: 

Rusiya tərəfindən hərtərəfli himayə olunan Ermənistan Türkiyədən çəkinmir. Sadəcə olaraq, prosesin beynəlmiləlləşməsi və xristian dünyasının əlinə keçməsi faktı Ermənistanı tam təmin edir. Ermənistan bu məsələyə hansısa müsəlman ölkəsinin müdaxilə etməsindən ehtiyatlanır. Ermənistan ehtiyat edir ki, bu, mövcud situasiyanın onun əleyhinə dəyişməsinə səbəb ola bilər. Türkiyə ilə bağlı bütün narahatlıqlar bununla bağlıdır”.

 

Seymur Əliyev


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin