“General İlhüseyn Hüseynov dedi ki, Heydər Əliyevlə aramız çox soyuqdur, amma…”xa0

Hazırda oxunan: “General İlhüseyn Hüseynov dedi ki, Heydər Əliyevlə aramız çox soyuqdur, amma…”xa0

274400
26 il öncə bu günlərdə Azərbaycan ən ziddiyyətli, ən mürəkkəb və ən təlatümlü çağlarını yaşayırdı.xa0 1991-ci ilin payızından bəri bütövlükdə Dağlıq Qarabağı, Xankəndini, Xocalı, Şuşa, Laçın və Kəlbəcər rayonlarını itirmiş hüquqi cəhətdən müstəqil, “körpə” dövlətçiliyə malik respublika daha böyük ərazilərini itirmək təhlükəsi ilə yanaşı, ümumiyyətlə, parçalanma, yaxud federallaşma və dövlətçilikdən məhrum olma təhdidləri altında idi. xa0Müəyyən ölkədaxili vəxa0 xarici güclərin səyləri nəticəsində 4 iyunxa0 Gəncə olaylarından sonra ölkədəkixa0 proseslər xalq kütlələrinin etirazları ilə körüklənərək elə bir məcraya yönəldildi ki, cəmi 11 gün sonra - 1993-cü ilin 15 iyununda mərhum prezident Heydər Əliyev Naxçıvandan Gəncəyə, oradan da Bakıya – hakimiyyət başına qayıtdı.xa0 Və elə onun Prezident olduğu dövrdə də 15 iyun 1993-cü il Azərbaycan tarixinə rəsmən Milli Qurtuluş Günü kimi yazıldı. Ancaq son 3 onilliyin hadisə və proseslərinin təhlilləri göstərir ki, xa0həmin tarixi günün təşəkkül tapmasında, yəni Heydər Əliyevin hakimiyyətə qaydışında təmənnalı, yəni yalnız vəzifə kürsüsü, xalqın sərvətlərini çapıb-talayaraq oliqarxlara çevrilmək arzusu ilə can-fəşanlıq edənlərlə yanaşı, o gün üçün xa0səmimi-qəlbdən, Azərbaycanın parçalanmadan, dövlətçiliyimizin məhvdən qurtulması məqsədi ilə çalışan, əziyyət çəkənlər də xeyli olub...

Yeni Azərbaycan Partiyasının yaradıcılarından olan, sabiq deputat Maksim Musayev Moderator.az əməkdaşı ilə geniş söhbətində bəhs edilən dövrün ilginc məqamlarından söz açıb...xa0


-Maksim müəllim, bildiyimizə görə, siz 1992-cü ilinxa0 mayında Heydər Əliyevin prezidentliyə namizədliyinin irəlixa0 sürülməsi üçün yaş senzi əngəlini aradan qaldırmaqdan ötrü Ali Sovetin fövqəladə sessiyasının çağırılması məqsədi ilə lazım olan 130 deputat imzasının toplanmasında da böyük fəallıq göstərmisiz. Hətta Xalq şairi Bəxtiyar Vahabzadə və o vaxtkı ilk Milli Təhlükəsizlik naziri olmaqla yanaşı, deputat da olan “KQB” generalı İlhüseyn Hüseynovun da imzalarını siz almısınız…
xa0
-Bəli, o vaxt yoldaşlar mənə təklif etdi ki, Bəxtiyar Vahabzadə və bir də MTN rəhbəri İlhüseyn Hüseynov xeyli “çətin” adamlardır, bəlkə onlara sən yanaşasan…Doğrudan da”KQB” generalı İlhüseyn Hüseynova heç kəs cəsarət edib yaxınlaşmırdı. Üstəlik, sən demə,xa0 bu onun Heydər Əliyevlə münasibəti soyuq imiş. Onda mən bunu bilmirdim. Başladım parlament iclaslarında İlhüseyn müəllimə yaxınlaşmaq üçün məqam axtarmağa. Fasilələr zamanı onu izləyirdim. Bir gün gördüm ki, parlamentin foyesində çəkdiyi siqaretin kötüyünü zibil qabına atmağa gedir. Mən də yavaş-yavaş onun arxasınca getdim. Gözlənilmədən arxaya çönüb rusca dedi ki Musayev, nə məni hədəf almısan. Əlavə etdi ki, bilirəm sənin mənə ciddi sözün var. Mən dillənmədim. Dedi ki, Bakılı qutabı, düşbərəsi yemisən. Özü də mənim əvəzimə cavab verdi ki, xeyr, yeməmisən.xa0 Və təklif etdi ki, sabah gündüz saat 2-də gələrsən mənim evimə. Oranı deputatlardan heç kəs tanımır, amma səni qəbul edəcəm. Soruşdum ki, siz harada olursunuz. Dedi ki, Mərkəzi poçtun qarşısındakı binada. Eyvanım şüşəbənddir.xa0 Saat 2-də oraya çıxıb iki qullab siqaret çəkəcəm. Onda bilərsən ki, səni qəbul etməyə hazıram. O boydaxa0 MTN rəhbəri ilə görüşün nəticəsini düşünə-düşünə xeyli həyəcanla gəldim həmin binanın qarşısında bir az gözlədim. Saat 2 radələrndə doğrudan da İlhüseyn müəllim şüşəbənd eyvana çıxıb bir-iki qullab siqaret çəkdi. Qalxdım ikinci mərtəbəyə ki, qapının ağzında gözləyir. Məni içəri dəvət etdi, əyləşdik. Çox sadə, köhnə təmirli, nimdaş mebelli bir mənzildə yaşayırdı.xa0 xa0Başladı həyatından, işindən xeyli danışdı, mənə sənədlər, fotolar göstərdi.xa0 Ona sual verdim ki, siz hər adamı qəbul etmirsiz, nə əcəb, məni qəbul etdiniz və özünüz haqda ətraflı danışdınız. Cavab verdi ki, səni mən çoxdan yoxlamışam... Və heç mən gəlişimin səbəbini demiş, özü dedi ki, gətir kağızına qol çəkim. “Bilirəm, neçə gündür, adamlara qol çəkdirirsən. Düzdü, mənim Heydər Əliyevlə münasibətim olduqca soyuqdur...” İlhüseyn müəllim bu soyuqluğun səbəblərini də izah etdi. Ancaq kağıza imza atmaq məqamı gələndə bir anlığa üzümə baxıb dedi: “Amma indi respublikaya Heydər Əliyev lazımdır...” Və başladı onun rəhbər kimi müsbət keyfiyyətlərini sadalamağa... Söhbət əsnasında İlhüseyn müəllimə söz verdim ki, sizi Heydər Əliyevlə görüşdürəcəm. Dedi ki, inanmıram görüşə...
Müraciətə qol çəkdirəndən sonra durub getməkxa0 istəyirdim ki, dedi, hara durursan, bəs axı mən sənə bakılı düşbərəsi, qutabı söz vermişəm. Süfrə arxasında dedi ki, amma oğlum Arifə qol çəkdirmə, dünyanın işini bilmək olmaz... Onun oğlu həm indiki Xətayi rayonunun prokuroru idi, həm dəxa0 deputat idi.

-Bəs Bəxtiyar Vahabzadəyə necə imza etdirdiniz?

-Bəxtiyar Vahabzadəyə öncədən zəng etdim və Yazıçılar Evindəki mənzilinin qarşısına getdim. Özü düşübxa0 aşağı gəldi. O vaxt mənim bir “Niva” markalı maşınım var idi. Bəxtiyar müəllim gəlib qabaqda oturub dedi ki, gətir görüm mən nəyə qol çəkirəm. Cavab verdim ki, vəziyyət belədir. O da dedi ki, indiki vəziyyətdə Heydər Əliyev mütləq Azərbaycana lazımdır.xa0 Və müraciətə qol çəkdi. Heydər Əliyev hakimiyyətə gələndən sonra Bəxtiyar müəllimlə dəfələrlə görüşlərimiz olub. Bəzi məsələlər, xüsusilə, kadr seçimi ilə bağlı narazılıqlarını bildirirdi. Xülasə, İlhüseyn müəllimlə, Bəxtiyar Vahabzadəyə qol çəkdirəndən sonra asanlıqla digər 14 deputata qol çəkdirdim. Çünki onların imzasını görən kimi hamısı ürəklənib imza atırdı...

-Heydər Əliyev hakimiyyətə gələndən sonra İlhüseyn Hüseynovu görüşdürə bildinizxa0 onunla?

-Bəli. İyunun ortaları olardı. Mən özüm İlhüseyn müəllimi maşınla evindən gətirdim və parlamentin binasında Heydər Əliyevlə görüşdürdüm. Həmin gün generalların görüşünə görə Ali Sovetin iclası yarım saat gec başladı...

-Bəs nə barədə söhbət ediblər, görəsən?

-Düzü, mən bilmədim, generallar təkbətək görüşdü... Çıxandan sonra İlhüseyn müəllim də heç nə demədi...

Söhbətləşdi: Sultan Laçınxa0xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin