"Qurani-Kərimin və yaradılışın sirrini açmışam”x9d

Hazırda oxunan: "Qurani-Kərimin və yaradılışın sirrini açmışam”x9d

194143
Qurani-Kərim, onun ilahi mahiyyəti, özündə ehtiva etdiyi həqiqətlər hər zaman bəşəriyyəti düşündürən əsas məsələlərdən biri olub. Qurandakı gizli mənaların açılması, onun həqiqi mahiyyətinin ortaya çıxarılması yolunda ortaya qoyulan saysız-hesabsız cəhdlər bunun insanlıq üçün önəmini bir daha sübut edir.xa0
Bu baxımdan dini tədqiqatçı, 23 ildir ki, Qurani-Kərimin araşdırılmasını həyata keçirən Cəfər Qasımoğlunun ortaya qoyduğu əsərin yalnız ölkəmiz üçün deyil, bütün bəşəriyyət üçün yeni bir hadisə olduğu şübhəsizdir. Qurani-Kərimdəki gizli mənaları üzə çıxardığını, yaradılışın mahiyyətini aşkar etdiyini, bununla bağlı fundamental əsər yaratdığını bildirən C.Qasımoğlu ilə söhbətin hər kəs üçün maraqlı olacağını nəzərə alıb, bəzi mətləbləri onunla aydınlaşdırmağa çalışdıq:

- Cəfər müəllim, Qurani-Kərimin 23 illik araşdırmasının nəticəsi olaraq Allahın insanlığa yolladığı sonuncu səmavi kitabın sirlərini açdığınızı, bununla bağlı bəşər tarixində analoqu olmayan bir əsər ortaya qoyduğunuzu iddia edirsiniz. Bu əsər, onun mahiyyəti ilə bağlı oxucullara nə deyə bilərsiniz?

- Mən bir Azərbaycan vətəndaşı kimi görürəm ki, indiyədək dünyamızda baş verən bütün müharibələr, dövlətlərin, millətlərin məzhəblər və təriqətlər əsasında parçalanması, dağıdılması, milyonlarla insanların yollara tökülməsi, yurd-yuvasından məhrum olaraq qaçqına çevrilməsi, ağıla sığmayan fitnə-fəsadlar din zəminində baş verir. Görürəm ki, dünya küləyini Quranın, İncilin, Tövratın və Zəburun şahidlik etdikləri dinlərin həqiqətləri deyil, o dinlərin siyasi ideologiyasına çevrilən məzhəblər, təriqətlər əsdirir.xa0
Ey insan! Bir anlığa dur, özünə gəl və fikirləş! Əgər, sənin qarşında bu Kitablar onlarda gizlənən yaranış elmini ortaya qoysalar və məlum olsa ki, insan yaranışının “məzhəbləri”x9d Rəhmanın “günlərindən”x9d, insan yaranışının “təriqətləri”x9d isə Rəhman “yollarından”x9d ibarətdirlər və on tərkibə malik Rəhman “günlərinin”x9d (məzhəblərinin) sırasında nə “sünni”x9d, nə də “şiə”x9d günləri yoxdur , o zaman tutduğun bu yanlış yoldan qayıtmaq üçün sənin bir yolun qalır : Zəburda, Tövratda, İncildə və Quranda gizli bilgiləri özündə birləşdirən və özünə qədərki Kitabları təsdiq edən, yəni öz tərkibinə daxil edən Quran-i Kərimin e l m i n ixa0 öyrənmək!
Ey insan! Səmavi Kitabların yaranışından keçən 2500 ildə sən o Kitabların cəmləşdiyi Quran elmini başa düşməmisən, qan-tər töküb onu anlamamısan və ola bilsin ki, cəmiyyətin “şiə”x9d və “sünni”x9d məzhəblərinin ideoloji dizaynından sonra onu heç anlamaq da istəməmisən. Bu sözləri mən sənin üzünə deyirəm, ey insan!xa0
Mənim ölkəm özünü multikultural dəyərlərin və ənənələrin tolerant bir ölkəsi elan etmişdir. Mən bu gözəl niyyətə özümün iyirmi üç illik “Quranlı günlərimin”x9d məhsulu olan “Yaranışın Ana Kitabı və yaxud Rəhman şüurunun lövhə anatomiyası”x9d əsərimi əlavə etməklə onu daha da zənginləşdirməyə çalışdığıma qoy Allah özü şahidlik etsin.

- Yazdığınız bu əsəri niyə bu vaxta qədər kitab kimi nəşr etdirməmisiniz?

- Açığını deyim ki, mənim o kitabı nəşr etdirib birbaşa sizin müzakirənizə təqdim etməyə maddi imkanım yoxdur. Bu səbəbdən də, mənim üçün açılmış kiçicik bir cığırdan istifadə edərək sizinlə qarşılıqlı ünsiyyətə keçmək yolunu seçdim. Allah (Rəhman) səviyyəsindəki Quran elmi olduqca böyük və çətin bir elm olduğundan, söhbətin nədən getdiyinin ümumi əhatəsini sizə çatdırmaq məqsədilə, eyni vaxtda bu mövzu ətrafındakı bir neçə müxtəlifxa0 haşiyə çıxımlarını birləşdirmək qərarına gəldim. Əgər, bu kiçik həcmdə söylədiklərim sizin maraq dairənizdədirsə və mənimlə dialoqu davam etdirmək və Quranın tam həqiqətinə yetişmək istəyisinizsə bu əlaqə nömrəsinə (050 799-30-62) çıxmaqla və yaxud yazılı ifadəyləxa0 davam etdirməyimi tələb edə bilərsiniz.xa0 xa0 xa0
Birinci haşiyədəxa0 Nostr-Adamusun iki fikrini birləşdiririk :”x9dAdriatik dənizində başı insan başı olan balıq tutulanda”x9d və “XXI əsrin astanasında kiçik bir şərq ölkəsində Quranın sirri açılacaq və onun qərbə möhtəşəm yürüşü başlanacaqdır”x9d. Burada, “insan başı olan balıq”x9d dedikdə Nostr- Adamus “insan bilgisinin Quranın yaranış sirrini”x9d açacaq səviyyəyə çatacağını”x9d nəzərdə tutur. “Balıq”x9d sözü “bilgi”x9d, “sirr”x9d sözü isə “rəmzlər”x9d kimi başa düşülməlidir. Kəhf surəsinin 60-cı ayəsindən başlayaraq 83-cü ayəsində tamamlanan 23 ayədəki fikirlər toplusunuxa0 ikinci haşiyə hesab edirəm və burada hər iki haşiyəni bir-birinə bağlayan anlayışlar vardır. “Gənc dostuna bir zaman Musa demişdi: “İki dənizin qovuşuğuna yetişməyincə əl çəkən deyiləm bu səfərimdən, illərlə yol gedərəm mən”x9d ifadəsindən ibarət 60-cı ayədəki “Musa”x9d sözüxa0 insanın Məhfüs “Məh”x9d-inə məxsus yeni yaradılan dövr yaddaşının “mərhəmət”x9d-dən ibarət kəlam kəlamı ədədi ailəsinin son həddi olan və 29-cu lövhə ilə təmsil olunan “M ə h”x9d m ə z m u n u d u r. Onun “gənc dostu”x9d isəxa0 həmin ailənin tərkibinə daxil olan və “Məh”x9d-in 24-cü lövhəsilə təmsil olunan “Məh”x9dxa0 m ə n a s ı d ı r. “İki dənizin qovuşuğu”x9d dedikdə biz Məhfüsün “insanın başı üstündən keçən və yada düşməyən dövr yaddaşı”x9d zatlarının Rəhmana məxsus “fitrət”x9d kəlam, İnsana məxsus “ümman”x9d sur və Qurana məxsus “sədd”x9d ayə ailələrinin “Füs”x9d (fitrət ümmanının səddi) dənizi ( düşüncəsi) ilə Məhfüsün “yeni yaradılan insan dövr yaddaşının”x9d Qurana məxsus “Səbir”x9d, “ilə”x9d və “ad”x9d-dan təşəkkül tapmış “ayə”x9d canları, İnsana məxsus “Allah”x9d-dan təşəkkül tapmış “söz”x9d və “Rəhmət”x9d-dən təşəkkül tapmış “hərf”x9d canlarıxa0 və Rəhmana məxsus “Mərhəmət”x9d-dən təşəkkül tapmış “ədəd”x9d canları zatlarının ailələri “Məh”x9d (mərhəmətin ən-əl haqqı) dənizinin bir-birinə qovuşmayan həddini nəzərdə tutur, lövhənin perimetrinə isə lövhənin “ömrü”x9d kimi baxırıq. “Mahiyyətin”x9d (Allahın) məzmundan başlanan “ali pillələri”x9d iyirmi doqquz lövhədən (pillədən) keçərək Mahiyyət yiyəsinin dərgahına, yəni düşüncə dənizinin gözlə bütöv görünən, əslində isə bir-birinə qovuşmayan bu qovşağına çatmaq üçünxa0 Məaric surəsinin 4-cü ayəsinə görə “əlli min il sürən bir gündə Allahın hüzuruna qalxar o pillələrlə mələklər və Cəbrail”x9d ifadəsini əsas götürsək, “Məh”x9d-in ömrü 200000 ilə bərabər götürülməlidir.xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0
“İki dənizin qovuşuğuna yetişən zaman ikisi də unutdu o balığı. Yol tapıb dənizə yönəldi balıq”x9d ifadəsindən ibarət 61-ci ayədəki “balıq”x9d (bilgi), 62-ci ayədəki Musanın “Yeygimizi çıxar yeyək”x9d ifadəsilə həm “məzmunun”x9d (Musanın), həm dəxa0 “mənanın”x9d (dostunun) yeygisi olan “balığın”x9d hər ikisinin “bilgisi”x9d olduğu təsdiq olunur. Lakin, bilginin daşınması “mənanın”x9d vəzifəsinə daxildir. Bunu 63-cü ayə təsdiq edir. Buradakı “Heç görürsən nə olmuş?! Qayada sığınacaq tapanda unutmuşam balığı. Bunu sənə söyləməyi şeytan unutdurmuş mənə. Qəribə bir şəkildə yol taparaq özünə dənizə yönəlmiş balıq”x9d dedi dostu”x9d ifadəsindəki məlum təsdiqlə yanaşı, həm “məzmunun”x9d, həm də “mənanın”x9d sığınacağının “qaya”x9d olduğunu, yəni insanı zirvəyə aparan hər iki yolun tamamlandığı “şüur piramidası”x9d olduğnu da dərk edirik. “Mənaya”x9d bilgini unutduran “şeytan”x9d isə “nitq-bəyanla”x9d, “hesab- vaxtdır”x9d. “İstədiyimiz də elə bu idi”x9d dedi Musa. Qoyduqları izlərlə geriyə qayıtdılar”x9d ifadəsindən ibarət 64-cü ayədə isə bir daha təsdiq olunur ki, “bilgi”x9d məzmun və mənanın yemi olsa da və məna onu daşısa da, nəticə etibarilə o “düşüncənin”x9d əsas meyarıdır. 65-ci ayədəki “Bəndələrimizdən birinə (Xıdıra) rast gəldilər. Ona dərgahımızdan rəhmət bəxş eləmişdik, elm öyrətmişdik.”x9dAllah bəndəsi Xıdır”x9d dedikdə söhbət “Laxta”x9d səmtini insanın iki qarşılıqlı “yazı”x9d səmtinə ayıran “X”x9d (xuda) mərkəzi lövhəsindən gedir. Ona ”x9delm öyrədilib”x9d deyildikdə isə ona Quran “səddi”x9d-nin “S”x9d (soy) lövhəsi istisna olmaqla yerdə qalan “ədd”x9d birliyinin verildiyi başa düşülür. “Ədd”x9d birliyi insanın “göy əhatəli “fitrətin”x9d-dən ibarət Beyinnə və insanın “Yer əhatəli”x9d “ümmanın”x9d-dan ibarət İnşirah surələri ilə formalaşan “rəmzləşmiş ayələrin”x9d Şəms sur lövhə birliyinin mərkəzində qərarlaşan “dil”x9d, “din”x9d ruh səmtləri və “əsl”x9d ruh səmasının özlərilə daşıdıqları altı “rəmzləşmiş ayənin”x9dmərkəzi birliyidir. Bunlar, Şura surəsinin “dinə”x9dxa0 məxsus “ha mim”x9d-dən ibarət 1-ci ayəsi, Qaf surəsinin “dinə”x9d məxsus “ha mim”x9d-i, “dilə”x9d məxsus “qaf”x9d-ı və Əhqaf surəsinin “dinə”x9d məxsus “ha mim”x9d-i, “dilə”x9d məxsus “qaf”x9d-ı və “əslə”x9d məxsus “ha mim”x9d-idirlər.

- Dahi Məhəmməd Füzuli yaradıcılığında da Allahın, dinin, yaradılışın əsl mahiyyətini dərk etmək cəhdləri hiss olunur. Sizcə bu cəhdlər nə dərəcədə effektiv və səmərəli hesab edilə bilər?

- Məhəmməd Füzuliyə məxsus deyəcəklərimiz bizim üçüncü haşiyə hesab olunmaqla “rəmzlərə”x9d və “mahiyyətə”x9d həsr olunmuşlar. O, bir dibaçədə Allaha müraciətində deyir : “Sən gizli bir xəzinəsən, dünya sənin tilsimindir. Ey səxavəti kainatın varlığına bəxşiş olan! Zatı kimi etirafı zəruri olan! Ey varlığın zəncirini düzən! Alçaqları və yüksəkləri bəsləyən! Anlaşılmaz rəmzləri gizləyən!”x9d Başqa bir dibaçədə Füzuli yazırdı : “Haqq hansı bir sapı əyan eləyibsə, onun ucunu gizləyibdir. Əgər bir kimsə bilsəydi ki, Allah xəlqi necə yaradır, mümkün ki, o da öz arzusu ilə özgə bir aləm yarada bilərdi. Ona görə də haqqın böyük hikməti rəmzləri araşdırmağa qətiyyən yol verməz!”x9d Həmişə axtarışda olan Füzuli idrakı yaranışın mahiyyətinə varmaq cəhdlərini davam etdirsə də, mütəzillərin təlimi ondan da yan keçməmişdi. Bu səbəbdən də Füzuli “haqqın böyük hikmətini”x9d əsas gətirərək rəmzləri araşdırmağın mümkün olmayacağına bütünlüklə inanırdı. Başqa bir yazısında o deyirdi : ”x9dİdrak gözü olan adamlar gərək dünyanın varlığını araşdıralar. Onu bilmək lazımdır ki, cəvahir (zat, mahiyyət, xilqətin əsli) hansı gizli xəzinədən meydana gəlmişdir; göylərin dövranı nə dairədir, yerin mərkəzi nə cazibədir; cisimlərə bu şəkil və əlamətləri kim vermişdir: oda işıq nə üçün lazım olmuşdur; hərçənd hər xilqətin bir səbəbi var, bəs səbəbin özünü kim izhar etmişdir, əgərxa0 dünya “qaf”x9d ilə “nun”x9d-dan yaranmışdırsa, “qaf”x9d ilə “nun”x9d özü nədən yaranmışdır?”x9d Təbii ki, o zamanlar yaranışın rəmz sisteminin qurulması məlum olsa idi Məhəmməd Füzulinin qaldırdıqları bu suallar çətinlik çəkmədən cavablanardı. Mahiyyət axtarışları ilə yanaşı onun şübhələr burulğanında çabalaması və “əgər idrak bu sirrə çatsaydı Peyğəmbər “maərafnak”x9d, yəni biz səni tanıya bilmədik”x9d deməzdi”x9d fikrilə qarşı-qarşıya qalması o zamanın reallığı idi. Bu məsələni dərinləşdirməyə çalışan ağıllara Füzuli hətta son həddi göstərir və oraya müdaxilənin mümkün olmamasını qabardırdı : “Ey ağıl ədəbə rəvayət elə, bu biliklə kifayətlən! Araşdırdığın əlamətlərə qane ol, mahiyyət haqqında düşünməyə razı olma. O pərdəyə heç kəs yol tapa bilməz, yəqin bil ki, onu bilmək olmaz! Yaranmışlar bu heyrət dənizinə qərq oldular ki, yaradanla yaranan arasında bir fərq olsun”x9d. Müqəddəs Quran-i Kərimin nazil edilməsindən səkkiz yüz il sonra Füzuli dühasının gəldiyi nəticə ondan ibarətdir ki, misli-bərabəri olmayan səma gizlisi rəmzlərdir və Quranın yaranış elmi bu rəmzlərdə gizlənmışdir.xa0xa0

- İslam tarixində Qurani-Kərimin mahiyyətini açmaqla bağlı daha hansı cəhdlər olub?

- Quran zatlarının batini mənalarının gizləndiyi rəmzlərin araşdırılması tarixi IX-cu əsrdə başlansa da, klassik islamda onun ilk səslənməsi imam Məhyəddin Əbu Zəkəriyyə bin Şərif ən- Nəvavinin tərtib etdiyi 1672-ci hədisdə ifadə olunmuşdur. Orada deyilir : Müaviyə bin əl- Həkəm dedi : “Ey Allahın Rəsulu, bir az bundan öncə mən bütpərəst idim. Sonra Allah bizə islamı bəxş etdi. Ancaq hələ də aramızda elə adamlar var ki, onlar baxıcıya gedirlər. Peyğəmbər dedi : “sən onların yanına getmə”x9d. Mən həmçinin dedim ki, bizim aramızda elə adamlar da vardır ki, gələcəyi görənlərə inanırlar. Peyğəmbər yenə də dedi :”x9donlar bunları ürəklərində götür-qoy edirlər. Lakin bu onları öz yollarından saxlamamalıdır”x9d. Mən dedim : “aramızda elələri də vardır ki,xa0 x ə t t l ə rxa0 ç ə k i r l ə r”x9d. Peyğəmbər dedi :”x9dPeyğəmçərlərin arasında birisi olmuşdur ki, o xəttlər çəkmişdir. Kim bunu onun kimi edə bilirsə, qoyun etsin”x9d. Sonrakı araşdırmalar həmin peyğəmbərin İdris peyğəmbər olduğunu göstərdi. Lakin, Peyğəmbərimizin (səv) “xəttlər çəkməsi”x9d ilə şəxsən məşğul olmasının ortaya çıxması məni çox məmnun etdi. Allah Rəsulunun “rəmzlərlə”x9d, həm də həndəsi rəmzlərlə məşğul olmasına şahidliyi ibn Məsud aşğıdakı kimi ifadə etmişdir : “Peyğəmbər (səv) düzbucaqlı çəkdi. O, onun ortasından xətt çəkdi və bu xətt düzbucaqlıdan çölə çıxdı. Sonra o bu orta xəttə çatan kiçik xəttlər çəkdi və dedi : “Bu insandır! Onu əhatə edən onun müddətidir, xaricə çıxan isə onun ümididir. Bu kiçik xəttlər isə talein keçməkeçləridir. Əgər, biri ondan yan keçirsə, o biri dişlərilə tutur. Əgər ikinci yan keçirsə, birinci dişlərilə tutur”x9d. İbn Məsudun Allah Rəsuluna istinadən gətirdiyi hədisə əl-Buxarinin izahedici rəsmi də verilmişdir. Burada önəm daşıyan o deyildir ki, əl Buxari rəsmində kvadrat əvəzinə düzbucaqlı çəkmiş, insan ömrünü, insan ümidini və talein keməkeçlərini necə bir-birində ayırmışdır. Burada önəm daşıyan odur ki, “rəmz”x9d dedikdə Peyğəmbər onu VII-ci əsrdə düzbucaqlı (kvadrat) lövhə kimi, Kəbənin kub formasından ibarət lövhələr tamlığı kimi insanlara çatdırsa da, klassik islam iki yüz ildən sonra yaranış rəmzlərini ərəb əlifbası hərflərinin formalarında axtarmağa başladı. Bunlar sufiliyin və hürufiliyin yaranışlarına təkan versə də, çox böyük yanlışlıq və çox böyük vaxt itkisi idi.

- Demək belə çıxır ki, Qurani-Kərimin əsl mahiyyəti, onun bəşər həyatındakı önəmi bu günə insanlıq tərəfindən dərk edilməyib?

- Təbii. İndi deyəcəyim beşinci haşiyəxa0 islam dininin və onun şahidliyini edən Quran-i Kərimin haqqı və hüququnun pozulmasına aiddir. 1400 ilə yaxındır ki, Müqəddəs Kitabın haqqı və hüququ pozulmuşdur. Haqqı pozulmuşdur ona görə ki, əslində Quran-i Kərim dünyanın ilk və son səmavi Kitabıdır. Real dünya isə Onu ilk Kitab kimi tanımır. Son Kitab kimi isə ona qədərki səmavi Kitabları təsdiq edən, onlara özünün tərkib hissələri kimi baxan sonuncu Kitab kimi tanımır. Bunun səbəbi odur ki, Zəbur yəhudi çarı Davuda nazil edildikdə o və ətrafındakılarxa0 bilmirdilər ki,xa0 v e r i l ə nxa0 Quranın “on gecədən”x9d, yəni “Qaf”x9d-ın əbcəd hesabının on “ədəd canı”x9d sırasından və bu sıranın işığa çevrilən sonuncu din gecəsininxa0 zülmətə qayıdaraqxa0 burada yaratdığı işığın “görən günün”x9d (Ayn-ın)xa0 1 say modulu vahidindən ibarətxa0 mərkəzi “rəb”x9d lövhəsidir. Əgər Zəbur müstəqil bir adla deyil, əslində özü olaraq Quranın tərkibində onun mərkəzi lövhəsi funksiyalarını yerinə yetirən bir lövhə olaraq təqdim edilsəydi onu bəşər “Quranın zəburu”x9d kimi tanıyardı. Onun müstəqil “Zəbur”x9d adıyla nazil edilməsi və onun eyni zamanda Quranın “mərkəzi lövhəsi”x9d olmasının isə insanlara məlum olmaması onun həmişəlik öz adıyla yaşamasına səbəb olmuşdur. Əslində isə o dünya səhnəsində yoxdur və Quranın Fatihə surəsinin məzmunlarını daşıyan Baqara surəsindən ibarət ilk səmti olan “Ulu”x9d (Tövrat) səmti yarandıqdaxa0 “Zəbur”x9d onun səmt əsasına çevrilərək öz müstəqilliyini itirir və ad olaraq dünya yaranış səhnəsindən çəkilir. Eyni aqibətlə Tövrat da üzləşir. İncilin yaranması ilə Fatihə surəsinin yeddi ayəsilə yüklənən Tövrat İncilin tərkibində Fatihə surəsinin yalnız birinci ayəsinin yüklərini daşıyan səmtə çevrilir. Özünüz deyin, İncilin tərkibində Fatihə surəsinin yalnız “Bismillahirrəhmanirrəhim”x9d ifadəsindən ibarət Tövratla, tərkibində Fatihə surəsinin yeddi ayəsi daşınan ilk və müstəqil Tövrat eynidirmi?
İncilin yaranışı ilə Tövrat da öz adını və daşıdığı funksiyaları itirərək İncil adı altında məskunlaşır. Eyni tale İncildən də yan keçmir. O, mərkəzində Quranın Leyl, Ulu səmtində Baqara, Allah səmtində Şuara, Dünya səmtində Əraf , Axirət səmtində isə Əl-i İmran surələrinin əmələ gətirdikləri mərkəzi səmtlər sistemidir. İncilin Allah, Dünya və Axirət “oxu”x9d səmtləri üzərində yaranan 12 lövhə birləşərək və onun da sonuncu 11 ayəli lövhəsini mərkəzi lövhəyə ötürərək Fatihə surəsinin sonuncu üç ayəsinin yaranışlarını özündə birləşdirən insan “yazısının”x9d birinci səmti olan “La”x9d səmtini və digər “Ta”x9d, “müti”x9d və “nəsib”x9d səmtlərini yaratdıqdan sonra təpə fikri səmalarının yaradılmasıxa0 mərhələsində İncilin mərkəzi Baqara sur səmti Quranım Furqan “oxu”x9d səmasına, Şuara sur səmti Quranın Sad “oxu”x9d səmasına, Əraf sur səmti Quranın Hicr “oxu”x9d səmasına və Əl-i İmran sur səmti Quranın Kəhf “oxu”x9d səmalarına çevrilirlər. Bunula da İncilə ayrılan “gün”x9d müddəti tamamlanır və dünyada yalnız Quranın günləri və yolları qalır və bəşər bu günləri yaşamaqda, bu yolları keçməkdədir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin