“Hakimiyyət çevrilişi seçkilərə qədər baş tutmalıdır"

Hazırda oxunan: “Hakimiyyət çevrilişi seçkilərə qədər baş tutmalıdır"

162601

Moderator.az xa0seçkilər yaxınlaşdıqca xa0Rusiyada baş verən siyasi proseslərin oxucuların marağına səbəb olacağını nəzərə alıb məşhur politoloq-publisist Andrey Piontkovskinin sonuncu müsahibəsini diqqətinizə çatdırır.

- Aleksey Navalnı prezident seçkilərində iştirak edəcəyi barədə verdiyi bəyanat cəmiyyətdə birmənalı qarşılanmadı. Siz bu haqda nə deyə bilərsiniz?

- Hər şeydən əvvəl onu bilmək lazımdır ki, Navalnı əslində nəyə hazırlaşır. Onun rəsmi, hətta deyərdim ki, parad versiyası bundan ibarətdir ki, RF konstitusiyasına əsasən, 2018- ci ildə xa0Putinin, başqa namizədlərin , Navalnının da iştirak edəcəyi prezident seçkiləri keçiriləcək və o bu seçkilərdə Putinə qalib gəlməyə hazırlaşır. Amma, ona sual verəndə ki, o bu seçkilərdə necə iştirak edəcək, seçkiyə kim onu buraxacaq, xa0tamamilə yayğın şəkildə Avropa məhkəməsinin qərarından, özünün konstitusiya hüququndan və s.-dən danışmağa başlayır. Yəni, sadəcə xa0cavabdan yayınır. Bununla bərabər tibbi fakta görə Putin 2018-ci ilin martına kimi yaşasa, Navalnının iştirakı ilə heç bir seçki, Navalnının da qələbəyə hansısa şansının olacağı, aydındır ki, olmayacaq.
Putin kimi diktatorlar heç vaxt seçkilər nəticəsində hakimiyyətdən getmirlər
Bir versiyaya görə Navalnının bu seçkilərdə rolu , keçmişdə Moskva şəhər merinin seçkilərində olduğu kimi, xa0əvvəlcədən uduzacağını bilə-bilə xa0əhalinin və beynəlxalq ictimaiyyətin gözləri qarşısında iştirakı ilə Putinin prezidentliyini legitimləşdirməkdir. Amma mən inanıram ki, bu olmayacaq, ona görə ki, bu nə Putinə, nə də Navalnıya heç lazım deyil. Rejim indiki vaxtda elə bir vəziyyətdədir ki, ( növbəti ilyarım ərzində xa0bu durum yalnız pisləşə bilər) söhbət hakimiyyətdən gedirsə Putin kiçicik risqə belə getməz. xa0O yaxşı bilir ki, onun üçün hakimiyyətin saxlanması , həyatının saxlanmasının sinonimidir. Ona görə də Putin, hətta ən idarə olunan, hesablanmış variantda, bərabər olmayan start şərtlərilə, KİV imkanları ilə belə Navalnının seçkilərdə rəqibi olmasına heç vaxt getməz. İlk növbədə ona görə ki, bu qərarın yüz faizlik nəticəsinə inanmaq mümkün deyil. Əgər Putin tamhüquqlu diktator kimi qalmaq istəyirsə , hansısa əlavə psixoloji legitimlik xa0heç vecinə də deyil və “hansısa Navalnı”x9d ilə seçkidə konkurensiyaya girmək onun üçün sadəcə xa0qəbuledilməzdir.

Image


- Deyirsiniz ki, əgər Putin həqiqətən hakimiyyətdə qalmaq istəyirsə ona heç bir əlavə legitimlik lazım deyil, belədirsə Navalnının burda nə marağı var?

- Bəli, bu Navalnıya heç lazım deyil. Yeri gəlmişkən, mən onun Kreml başbilənlərinin kütləvi, sistemli talançılığını ifşa etməsini tamamilə uğurlu və çox xa0xeyirli hesab edirəm. Aydındır ki, onun bu fəaliyyətinə hakimiyyətdəki müəyyən xa0klanların biganə qalmayacağı bəllidir, o klanlar ki, xüsusi xidmət orqanları ilə əlaqəlidirlər və Putinə inanmırlar, ya da onun simasında mütəəssir olublar. Navalnı bu dairələrdən informasiya alır, həm də hansısa formada dəstək görür. Və düşünürəm ki, Rusiya elitasında Putinin fəaliyyətilə bağlı təəssüf hissi xa0və səssiz narazılıq xa0gücləndikcə , onun Ukrayna və Suriyadakı siyasətinin iflasa uğradığı dərk olunduqca ”“ bu dəstək yalnız böyüyəcək.
Bundan başqa, Qərblə az-çox normal münasibətlər olmadan ölkədə nə kreditlər, nə texnologiya olacaq. Putin məhz Qərblə Rusiyanın münasibətlərinin pisləşməsinin xa0səbəbkarı, eyni zamanda bu əlaqələrin bərpa edilməsi yolunda başlıca maneə olan şəxsdir.
Axı, bu “Dzyudoxeriya”x9dda( Piontkovskiyə məxsus bu termin hakimiyyətdə yalnız ”x9dblatnoy”x9d dzyudoçuların olmasına ironik yanaşmadır) xa0Putinin rolu stabilliyin, status-kvonun və kapitalın qorunmasının qarantı olmaq idi. Bu gün isə onun bütün ətrafı görür ki, xa0yumşaq desək, Putin xa0səlahiyyət həddini aşıb və avantyurası ilə onların vəziyyətini Qərbdə ciddi şəkildə gərginləşdirib, hansı ki, orda ailələri yaşayır, kapitallarıı saxlanır. Və belə bir situasiyada ”“Akela etimadı doğrultmadığı üçün(Kiplinqin “Mauqli”x9d əsərində canavar sürüsünün başçısı Akelanın ovu əldən qaçırması nəzərdə tutulur-tərc) xa0sistemin, şəxsi kapitalın və mövqeyin saxlanması planları qaçılmazdır, fəqət xa0başqa brendlə.
Bununla əlaqədar Navalnı brendi heç də başqalarından pis deyil, xa0marağı olan şəxslər üçün alternativ kimi baxıla bilər və çox vacib deyil ki, bu planları Navalnı ilə açıq şəkildə müzakirə etsinlər. ƏSAS ODUR Kİ, ÇEVRİLİŞ SEÇKİLƏRƏ QƏDƏR BAŞ TUTSUN.
Bizim tarixdən məlumdur ki, nomenklaturanın kollektiv qərarı ilə Stalin aradan götürülüb, Xruşşov uzaqlaşdırılıb, hətta Qorbaçovdan can qurtarmaq üçün SSRİ ləğv edilib. Elə buna görə də Navalnının istənilən seçkidə xa0iştirakından əvvəl saray çevrilişi olmalıdır. Bunu “B”x9dplanı adlandıraq və Navalnının “B planı”x9d çərçivəsində özünü perspektiv Rusiya prezident kimi göstərməsi çevrilişi məntiqli edir.

- Hesab etsək ki, həqiqətən "B planı" mövcuddur - deməli hansısa hazırlıq görülməlidir?

- Aydın məsələdir ki, heç kim Navalnı ilə gizli yerlərdə, bağlı kabinetlərdə çevriliş planlarını müzakirə etmirlər.Belə olmur və zərurət də yoxdur. Onların öz planı var və anlayırlar ki, Putin onların qarantından çox birbaşa təhlükəyə çevrilir və vəziyyət günü gündən ağırlaşır. Və Putinin aradan götürülməsini tezliklə həll etmək lazımdır ki, sonra gec olmasın. Güclü və ambisiyalı siyasətçi olan Navalnının öz planı var və həqiqətən prezident olmaq istəyir. Amma, Putin hakimiyyətdə olsun və seçkidə Navalnı ilə yarışsın ”“bu heç vaxt olmayacaq.

-Tutaq ki, Putin uzaqlaşdırıldı, ya aradan götürüldü, prezidentliyə əsas namizədlər kim olacaq?

- Əgər Putin aradan götürülsə ,ya hakimiyyətdən uzaqlaşdırılsa bütöv bir yelpazə sayı qədər namizədlər və variantlar olacaq, kimi Medvedyevi, kimi Navalnını, üçüncüsü İvanovu, dördüncü Kudrini dəstəkləyəcək. Ancaq, əvvəlcədən dediyim kimi, “ X günü”x9d baş verməlidir.
Navalnının unikal ambivalentliyi ona imkan verir ki, “X günü”x9dndən sonra həm müxalifətin başçısı kimi , həm də saray çevrilişinin önündəki kişi rolunda çıxış etsin.
P.S. Bu gün səhər KİV Administrasiyadakı mənbəyə əsaslanaraq xəbər verdi ki, Kremldə Navalnının seçkidə iştirakını zərərli hesab ediblər. Beləliklə Andrey Piontkovskinin proqnozu gün ərzində özünü doğrultdu.xa0


Tərcümə edən - İLHAM İSMAYIL

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin