“Qurani-Kərimi anlamaq istəyən insan məaldan imtina etməlidir”x9d

Hazırda oxunan: “Qurani-Kərimi anlamaq istəyən insan məaldan imtina etməlidir”x9d

145676

ADP sədri Sərdar Cəlaloğlu Qurani-Kərim, onun dərki, mənimsənilməsi üsulları, bu qavrayışın İslam dünyasına gətirəcəyi yeniliklər və s. ilə bağlı Moderator.az-a müsahibə verib. Həmin müsahibənin dördüncü hissəsini oxucuların diqqətinə çatdırırıq. (III hissə burada - //moderator.az/news/144339.html ).

 

-Niyə bu vaxta qədər bu cəhalətdən xilas olmamışıq?

 

-Iki cür büdpərəstlik var. Bunlardan biri İslamdan kənarda olan büdpərəstlikdir. Tutaq ki, biri geddib hansısa bir keçiyə və ya bir inəyə inanır. Bir də islamın daxilində olan büdpərəstlik var. Allaha, peyğəmbərə, kitaba inanadan sonra ondan aşağı bir inanc sistemi yaradılır. Imamətlik və ya səhabəlik sistemi...  “Aşağıda”x9d yaradılan bu sistem insnaların “yuxarıdakı”x9d sistemə keçməsinə mane olur. Məsələn, gəlin küçəyə çıxaq və istənilən şiədən 12 imam haqqında soruşaq. Onlar bu imamların adın da, həyatın da, tarixin də deyəcək. Lakin onlaradan Quranın müəyyən bir ayəsini soruşun, onlar bunu bilməyəcək. Istənilən şiə aliminə deyin ki, Quranın iki ayəsini eyni prinsiplə şərh elə, onlar bunu bacarmayacaq. Ayələrin birində özünə lazım olanı bir məntiqlə izah edəcək,  başqa ayədə özünə gərəkli olan başqa məntiqlə izah edəcək.

Sünni alimləri və onların yanaşması da insanların doğru yolla getməsini təmin etmir. Bunun ən böyük təsdiqi məallardır. Sünnilərin məalları ilə şiələrin məallarını oxuyan və İslam haqında heç bir məlumatı olmayan insana elə gələcək ki, iki dənə Quran var. Bunların birini sünnilər əsas götürür. Buna sünni məalı deyirlər. Digəri isə şiələr əsas götürür və buna şiə məalı deyilir. Məal istiqamət vermək deməkdir. Məsələn, şiələr hər hansı bir ayəyə məal verərək deyir ki, bu, peyəmbərin qızına, bu, özünə, bu nəslinə aiddir və s. Sünnilər isə məallarla ayələri belə yozur ki, bu, səhabələrə aiddir, bu peyğəmbərin sünnətinə aiddir və s. Halbuki, nə o məal, nə də bu məal düz deyil. Quranın özü düzdür. Buna görə də Qurani-Kərimi anlamaq istəyən insan məaldan imtina etməlidir.

 

-Dediklərinizdən belə anlaşılır ki, məal insanları yanlış  yönləndirməkdən başqa heç nəyə xidmət etmir?

 

-Bəli. Məal Quranın yolunu bağlayan bir üsuldur. Necə ki, insanları məscidə getməyə, namaz qılmağa qoymarsınız, dinə gələnlərin yolunu bağlayarsınız, müsəlmanların da İslama gəlməsinin yolunu bağlayan Quranın məallarıdır. Quranı dərk etməyə imkan verməyən Quranın məallardır. Quranın məalları yığışdırılmayana qədər müsəlmanlar heç vaxt İslama gəlməyəcək. Təriqət və məzhəblər heç vaxt aradan qaldırılmayacaq. Təriqət və məzhəblər aradan qaldırılmayana qədər müsəlmanlar cəhalətdə olacaq, təfriqə içində olacaqlar. Çünki təfriqənin səbəbi cəhalətdir. Bu gün təriqətlər bir-biri ilə vuruşur, bir-birinə qarşı cəbhə alır. Çünki onların ikisi də Qurandan kənardadır. Halbuki, hər bir hesab edir ki, o, Qurandadır. Əgər Qurandadırlarsa, niyə Quran yox, məal oxuyurlar? Quranda Allah deyir ki, sizi həqiqətə mən istiqamətləndirirəm. Hidayət bu deməkdir. Quran oxuyan bir insanın Qurandan müəyyənq ədər bilik almasını Allah müəyyənləşdirir. Allah baxır ki, sən vələduznasan, kafirsən, sənin Qurandan nə isə anlamağına imkan vermir. Baxır ki, ağıllı, vicdanlı insnasan, ondan faydalanmağına imkan verir. Hidayət budur. Hidayət Allaha məxsusdursa, məal Allahın əvəzinə hidayət etmək deməkdir. Kimsə bunu başqa cür izah edə bilməz. Hər bir məal Allahın hidayətini almaq yolunda bir maneədir. Quranı oxuyan zaman məala çatanda Quran ayəsi tamamilə dəyişilir. Başqa ayə olur. Məsələn, tutaq ki, ayədə “Ey peyğəmbər”x9d ifadəsi yoxdur. Ayə birbaşa belə başlayır. O zaman ki, mən sənə ruh verdim... Məalda mötərizə içərisində yazır ( Ey Peyğəmbər). Burdan aydın olur ki, bu ayə peyğəmbərə aiddir. Əgər siz “Ey peyğəmbər”x9d sözünü götürsəniz, o zaman məlum olacaq ki, Allah qeyri-müəyyən bir şəyə müraciət edir. Bizdə qeyri-müəyyən olan isə ruhdur. Deməli, ruha müraciət edir. Ruh isə hamıda var. Deməli, bu ayə hamıya aiddir.

Yaxud başqa bir ayədə yazılır: “Ey möminlər”x9d. Bu ayədə “ey möminlər”x9d sözü yoxdursa, həmin ayə Qurandan oğurlanması deməkdir. Allah-təala deyir ki, alimlər bu Qurandan ayələri çıxarıb bura başqa ayələrə qoymaqla Quranı təhrif edirlər. Qurandan ayəni necə çıxartmaq olar? Quran Qurandır. Quranan ayələri yalnız məal yazmaqla çıxartmaq, dəyişdirmək olar. Məal yazmaqla Allahın ayəsini dəyişmək mümkündür. Bunu şiələr də, sünnilər də edir və beləliklə də Qurani-Kərimdən uzaqlaşırlar.

Qurani-Kərim elm kitabı, hikmət kitabıdır. Hikmətin dünya elmindən fərqi budur ki, həm inanların əxlaqını, həm də ağlını kamilləşdirir. Lakin məallar insanları bu imkandan məhrum edir.

 

-Sərdar bəy, Qədr gecəsi, bu gecənin əhəmiyyəti ilə bağlı düşüncələriniz nədən ibarətdir?

 

-Qədr gecəsi haqqında Quranda “o gecə onu nazil elədi”x9d yazılır. Bu ayədə “onu”x9d sözünün qabağında məal qoyub mötərizədə “Quran”x9d yazırlar. Guya bu ayə o deməkdir ki, Allah təla o gecə Quranı nazil edib. Indi Quranın özünə qayıtsaq, məlum olacaq ki, “o gecə”x9d mütləq qeyri-müəyyənliyi ifadə edir. Çünki o, mütləq qeyri-müəyyənlikdir. Sən deyə bilmərsən ki, bu nədir. Bu, Qurandır, insandır, dünyadır və ya digər şeydir. Onda Qurani Kərimdə bizə biliyi verilən şeylərin hamısını bir yerdə “o”x9d-nun içinə qoymalıyıq. Qurana ümumi şəkildə baxanda görünür ki, Quran Allahın 4  nurunun işi ilə bağlıdır. Birincisi bu dünyadır, ona bu dünyanın nuru deyilir. İkincisi, səmavi kitablar, yəni 4 kitabın nurudur. Üçüncü, insanın, ruhun nuru, dördüncüsü isə mələklərin nurudur. Qədr gecəsi ilə bağlı ayədə “o gecə”x9d ifadəsinin yerinə bu 4 şeyi qoyanda məum olacaq ki, həmin gecə nazil olunan bu dünya, Quran, ruh və məlləklərdir. Bu dördünün bir yerdə nazil olması isə yaradılış deməkdir. Çünki Allah bu dörd nuru ilə yaradılışı həyata keçirib. Deməli, o gecə mövcud olan dünyaya işarədir. O isə bu dörd nurdan əmələ gələn şeylərə işarə edir.

 

-Bəs niyə yaradılışla bağlı “o gecə”x9d ifadəsi işlədilir?

 

Müsəlmanlar Quranı anlamadıqları üçün bunu gecə kimi, yəni bizim anladığımız gündüz və gecə kimi başa düşürlər.  

Məsələ bundadır ki, əgər bir şeyi bilmirsənsə, o şeyin bilinəninin əksikliyindən bunu bilə bilərsən. Məsələn, mən sənə şirin bir şey göstərirərm və səndən bunun nə olduğunu soruşuram. Sən isə deyirsən ki, bu, şirindir və dərhal da beynində fikirləşirsən ki, bu, acı deyil. Həmçinin eyni zamanda acını dərk edirsən. Bu, əksikliklərdən idrak üsuludur. Biri bilinəndən, görünəndən, digəri isə beyindən dərk olunur. O gecənin nə olduğunu bilmək üçün onun əksikliyi olan “o gün”x9də müraciət etmək lazımdır. “O gün”x9d nədir? Qurani-Kərimdə “o gün”x9d qiyamətdir. “O gecə”x9ddən fərqli olaraq “o gün”x9d haqqında Quranda aydın biliklər verilir. Bu, Qurani-Kərimdə qiyamətin əlamətləri adlanır. Hansı ki, bu, İncildə də geniş şəkildə şərh olunur. Ulduzların axıb tökülməsi, günəşin sönməsi, ayın günəşə düşməsi, insanların, canlıların ölməsi, bütün dünyanın nizamdan çıxıb toz halına dönməsi və yox olması. Qiyamət budur. Bunun əksikliyi yaradılış deməkdir. Deməli, “o gecə”x9d qiyamətin yaradacağı hadisələrin olmadığı bu mövcud dünyadır. Hansı ki, o gün gələndə o əlamətlər bu gecəni aparacaq. Allah deyir ki, and olsun gecəni bürüyən gündüzə, gündüzü bürüyən gecəyə. Gecəni bürüyən gündüz qiyamətdir, gündüzü bürüyən gecə yaradılışdır.

Allah deyir ki, mənim xalis nurlarımdan yaratdığım aləm axirətdir, bunları gizlədən, özündə ifadə edən formalar puçluq aləmi isə bu dünyadır. Allah deyir ki, siz puçluq aləmindəsiniz. Axirət aləmi əsas aləmdir. Əgər iki aləmi də Allah-təala yaradıbsa, hansının fani, hansının əbədi olduğunu da o bilir. Allah deyir ki, bu dünya puç və fanidir, axirət əbədi və gözəldir.

Beləliklə, məlum olur ki, Qədr gecəsi Allahın bu dünyanı yaratmasına işarədir. Surənin sonrakı ayələri də mənim dediklərimi sübut edir.

 

Seymur Əliyev

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin