"Türkiyədə hərbi çevrilişə çəhd ABŞ-ın maraqlarına uyğun gəlirdi"

Hazırda oxunan: "Türkiyədə hərbi çevrilişə çəhd ABŞ-ın maraqlarına uyğun gəlirdi"

144884

Moderator.az Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyev ilə müsahibəni təqdim edir:

-Bu gün dünya mətbuatının diqqəti Türkiyədə baş verən hadisələrə müxtəlif şərhlər verməkdədir. Siz hadisələri neçə şərh edərdiniz?

- Məlum hadisəlir şərh etməzdən əvvəl, xeyli geriyə dönək və bu günə gəlib çıxması səbəblərini izah edək. Türkiyənin indiki prezidenti Ərdoğanın xarici siyasəti uzun müddətdir ki, ABŞ rəsmilərinin maraqlarına uyğun gəlmirdi. İllərdi prezident Ərdoğanın Rusiya ilə münasibətlərini yaxşılaşdırmaq üçün ardıcıl siyasət yeridirdi. Adım-adım məqsədlərinə çatmışdılar, hətta münasibətlər o yerə qədər inkişaf etmişdi ki, Türkiyənin NATO üzvü olmağına baxmayaraq, Rusiya ilə gediş gəliş vizasız olmuşdu. Həm iqtisadi, həm siyasi, həm də mədəni əlaqələr maksumum həddə gəlmişdi. 

Türkiyə rəhbərliyi məlum Ukrayna hadisələrində də ABŞ-ın tələblərinə məhəl qoymayaraq Rusiyaya tətbiq edilən sanksiyalara qoşulmadı, əksinə iki tərəfli münasibətləri bir az da inkişaf etdirdilər. Türklərin Rusiya siyasəti ABŞ-ı narahar edirdi. 

Ona görə də, ABŞ Rusiya-Türkiyə münasibətlərini pozmaq üçün müvafiq idarələrə göstərişlər vermişdi. Bunun nəticəsi idi ki, Rusiyaya məxsus hərbi təyyarənin vurulması məhz ABŞ-ın sifarişi idi, bu sifarişi Türkiyənin keçmiş baş naziri Davudoğlunun əli ilə həyata keçirdilər. Təyyarə vuruldu və faktı prezidentin qarşısına qoydular. Prezident Ərdoğanı fakt qarşısında qaldı və çıxılmaz vəziyətə salındı. Bu hadisələr nəticəsi idiki Rusiya ilə münasibətlər körlandı, Türkiyə miliyardlarla dollar ziyana düşdü. Ərdoğan hadisələrin gedişini anladı və Davudoğlunu istefaya göndərdi, Rusiya ilə münasibətləri yenidən yaxşılaşdırmaq üçün hərəkətə keşdi, nəticədə müsbətə doğru idi.

Prezident Ərdoğanın bu siyasəti ABŞ-ın Xüsusi Xidmət orqanlarını hərəkətə keçməyə məcbur etdi. Bunu Ərdoğanın çıxışlarından da hiss etmək olar. Ərdoğan Fətullah Gülənin timsalında, birbaşa olmasa da dolayısı olaraq, ABŞ-ı bu qiyamın təşkilatçısı kimi ittiham etdi. Fətullah Gülən də etiraf edir ki, onu ABŞ Xüsusi Xidmət orqanları müdafiə edir və qoruyur. Xarici və yerli KİV-lər “Sky News Arabia”x9d telekanalına istinadən bildirir ki, saxlananlar arasında NATO-nun “İncirlik”x9ddəki hərbi bazasının komandiri də var. NATO-nun Türkiyədəki bazası birbaşa ABŞ-ın Hərbi Kəşfiyyat İdarəsinin nəzarəti altında olması sirr deyil. Belə olan təqdirdə Türkiyədə hərbi çevriliş planından ABŞ Xüsusi Xidmət orqanlarının xəbərinin olması, bu barədə Türkiyə rəsmilərini xəbərdar etməməsi onu göstərir ki, bu çevrilişdə ABŞ maraqlıdır. Türkiyədəki məlum hadisələri araşdıran İstintaq Qurupu bu məsələyə mütləq aydınlıq gətirməlidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin