“Mənim haqqımda deyiblər ki, Fikrət Qocanın savadı yoxdur”x9d - MÜSAHİBƏ

Hazırda oxunan: “Mənim haqqımda deyiblər ki, Fikrət Qocanın savadı yoxdur”x9d - MÜSAHİBƏ

141060

Azərbaycan Yazıçılar Birliyinin I Katibi, xalq şairi Fikrət Qoca ilə sənət, ədəbiyyat, cəmiyyət mövzularında rəngarəng və maraqlı söhbət etdik. 

Moderator.az saytı həmin müsahibəni oxuculara təqdim edir:

-Bu gün Fikrət Qocanın səhhəti, yaradıcılğı, Azərbaycan Yazıçılar Birliyindəki işləri necədir?

-Həyat varsa, sağlamlıq yerindədirsə işlər də, yaradıcılıq da yaxşı olacaq. Hələ gəncliyimdən bəri mən belə olmuşam - işləyə bilirəmsə yaxşıyam, xoşbəxtəm. İnsan xəstələrə baxıb durumuna şükr edir, yaşdan asılı olmadan işləmək, yaşayıb, yaratmaq arzusunda olur. İnsan qarşısındakını anlamalı, özünü onun yerinə qoymağı bacarmalıdır. Yazıçılar Birliyi də həmin o, yerdir ki, buradan dəyərli şəxsiyyətləri tutub aparıb güllələyiblər. Mənim 80 yaşım var, artıq gördüyüm işləri də hamı bilir, tanıyır. Sadəcə insan baxışları fərqlidir. Hər insan Fikrət Qocanı bir prizmadan yanaşıb tanıya bilər .

-Bu gün Fikrət Qocanın fikrincə, bu gün Azərbaycan cəmiyyətində qələmin hörməti nə qədərdir?

-Mən 28 mayda Dövlət Mükafatına layiq görüldüm. Mənlə birlikdə 4 alim də mükafatlandırıldı. Onlar Coğrafiya İnstitutunun alimləri idi. Birlikdə kitab yazmışdılar. Qələmin hörməti elə o verilən mükafatlar qədərdir. Ədəbiyyatın mükafatı qələm adamlarının dəyəri onların tanınması, hörmət olunması, cəmiyyətdəki yeri qədərdir. Ədəbiyyat o vaxt zəngin olur ki, orada fərqli fikirlər, fərqli yazarlar, fərqli janrlar olsun. Bu rəngarənglik ədəbiyyatın buketidir. Ədəbiyyat dağ başındakı cürbəcür ətirli çiçəklər kimidir .

Gənc nəsil bu gün biri digərini bəyənmir, tənqid edir. Bu normal haldır. Hamı bir-birini bəyənə dəstəkləməyə də bilər.

-Lakin bu barədə bəzən ifarata da varılır. Təəssüflər olsun ki, sizə olan münasibətdə də bəzən ifrata varan fikirlər eşidirik. Bəs siz özünüz bu barədə nə düşünürsünüz?

-Sizə bir kiçik misalla cavab verim. Bu yaxınlarda mənim haqqımda deyiblər ki, Fikrət Qocanın savadı yoxdur və s. Məndən soruşdular bu sözlərə bəs sən nə deyəcəksən? Deyirsə, deməli savadım azdır, gərək ki, savadımı, biliyimi artıram. Kimlərəsə görə savadsız, kimlərə görəsə çox isdedadlı görünə bilərəm. Bu normal haldır, insan gənc nəsil də olsa tənqidi və təqdiri qəbul etməyi bacarmalıdır.

-Bu gün gənc nəslə aid hansı yazarların əsərlərini bəyənirsiz?


-Mənim bəyəndiyim, dəstəklədiyim gənc nəslin çox sayda yazarları var. Mənim yaşım çoxdur, mənə görə onlar gəncdir. Lakin reallıqsa belədir ki, onlar gənc də olsa isdedadlı, qabiliyyətli ürəyi sözlə dolu olan yeni nəslimizin nümayəndələridir. Bunlardan İlqar Fəhmini deyə bilərəm. Mən İlqar Fəhmiyə hər zaman inanmışam. Hansı ki, çox istedadlı və örnək, çalışqan gənclərimizdəndir. Şairlik ata-ananın yardım edə biləcəyi sənət deyil. Gərək bu insanın qəlbində, ruhunda olsun . Yaradıcı gənclərimiz çoxdur, ad çəkmək düzgün olmaz. Mən onların hamısını tanımaya, qabiliyyətinə bələd olmaya da bilərəm. Ona görə kimisə qabardıb, bir başqasını damğalamaq olmaz. Amma reallıqdır ki, gənc nəslin çox gözəl yaradıcı yazarları yetişməkdədir. Məsələn, Əyyub Abbasov 1950-60-cı illərdə tez-tez uşaq şeirləri yazırdı. Çox da yaxşı yazdığını demək olmazdı. Elə söz adamları arasında adı çəkiləndə sevinərdi ki, onu da tanıyan, sıraya qatan var. Lakin son 10-15 ildə o, “Zəngəzur”x9d adlı çox gözəl bir roman yazdı. Onu tənqid edənlər artıq bunu edə bilmədi. Bəzən insanı tanımadan tənqid etmək olmaz. Heç bəyənmədiyim gənc bir gün elə yazı yazar ki, isan özündən utanar, işlətdiyi ifadədən xəcalətlənər. İnsan gərək elə yaşıya ki, vicdanına hesabat verə bilə. İnsan çox qəliz, bir neçə mərtəbədən ibarət varlıqdır, gərək kiminsə adını çəkmədən öncə onu tanıyasan”x9d.

-Yazıçılar Birliyinin binası çox qədimdir. Burada vaxtilə çox hadisələr baş verib. Bu gün bu divarlar sizə kimi xatırladır?

-Bu bina bizə 1934-cü ildə verilib. “26-lar bağı”x9d da Qardaşlıq məzarı idi. Burada çox hadisələr baş verib. Nə qədər sənət adamları represiyaya məruz qalıb. Bizim Yazıçılar Birliyində heykəllərdən o şəxslərə muzey düzəldilib. Mən inanıram ki, o divarlardakı səsləri, o yazarların duyğularını gün gələcək yazmaq mümkün olacaq. Mən bu divarlarda o yazarların səslərini eşidirəm. Ona görə də gələcəkdə onların səslərinin, ah-nalələrinin duyulacağına inanıram. Yazıçılarımız illərlə toplanıb bu bağda dərdləşiblər. Bu bağın adını ona görə dəyişmirlər ki, burada yaşanmış tarix var, keçmiş var, gələcək nəsillərə ötürüləcək məlumatlar var. Yaddaşımız silinsə, tarixi faktlar qalar, biz olmasaq da bu kimi bağlar, abidələr o reallıqları daim yaşadacaq. Günü bu gün də torpağın altında qədim tarixi abidələr yatır.

-Sizin repressiya haqqında məqalələr, bədii publisistik yazılarınız var? Əgər varsa orada hansı mövzulara toxunmusunuz?

-Mənim konkret olaraq represiya haqqında deyil, Hüseyn Cavid haqqında çoxlu yazılarım, şeirlərim var. Hansı ki, o zamanlar heç kəsə Hüseyn Cavid haqqında danışmağa izn yox idi. Bax o dövrlərdə mən Cavidi qələmə almışam, onun ruhunu yansıtan şeirlər yazmışam. Kamçatkaya gedəndə 1962-1963-cü illərdə Hüseyn Cavidə yazdığım şeirlər var”x9d.


-1982-ci illərdə Cavidin məzarının Bakıya gətirilməsini, o illəri necə xatırlayırsınız?

-Hər şey Əlyazmalar İnstitutunda oldu. Heydər Əliyev bizi topladı və mən orda Cavid haqqında şeirlər səsləndirdim. O çox fərqli insan idi, dəfələrlə eyni məclisdə olmuşam. Dərin düşünüb, təmkinli, məntiqli qərar verən bir insan idi. Orada Cavidin harada dəfn olunmasından söhbət gedirdi. Hamı öz fikrini səsləndirdi. O hamını dinlədi və sonda “elə yerdə dəfn edək ki, Azərbaycanın mərkəzi olsun”x9d dedi. Heydər Əliyevin qərarı Naxçıvan oldu. O çox uzaqgörən adam idi. Naxçıvan hər tərəfdən mərkəzə düşürdü. Yəni Cənubi Azərbaycan, Şimali Azərbaycanının- hər tərəfin mərkəzi. Hələ o zamanlar bunu düşünməkböyük məntiq, zəka tələb edirdi. Mən hələ o zamanlar bu cür şeirlər yazırdım. Araz axır Koreyadan Uzaq Viyetnam elindən”x9d.

-“Formula-“ yarışları ölkəmizə xeyirlə yanaşı çətinlik gətirirmi?

-Bizim ölkənin tanıdılması üçün bu yarışlar zəruridir. İşləyən, işləmək istəyən hər durumda işləyəcək. Bu oyunlar ölkəmizin xeyrinədir. İnsanlar arasında bir qısqanclıq var. Paxıllıq var. Hamı vəzifə axtarır, lakin işləmək istəyən, özünə ruzi tapar, bu bəhanələr tənbəl adama yarayar, yarış problem gətirir, aclıq gətirir və s. Belə şeylər düzgün deyil. Düzdür, ölkədə maaş azdır, lakin iş var, qabiliyyəti olan insana hər yerdə həmişə çörək var. İnsan gərək təvazökar olar”x9d.

Kəmalə Yusifli

Elmin Nuri
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin