Moderator.az Azərbaycan Aşıqlar Birliyinin yeni sədri, əməkdar elm xadimi, professor, ədəbiyyatşünas, folklorşünas Məhərrəm Qasımlı ilə müsahibənin ikinci hissəsini təqdim edir.
Müsahibənin birinci hissəsini bu linkdən oxuya bilərsiniz---moderator.az/news/130326.html
- Saz həm də müqəddəs alət hesab edilir, həmçinin saz səsini azan səsi ilə eyniləşdirirlər. Bu eyniləşdirmə sazı urvata mindirmək üçün düşünülüb, yoxsa ki, gerçəkdən də belədir?
- Şübhəsiz ki, Dədə Qorqud zamanında da qopuz və Dədə Qorqud dünyası ilahi aləm ilə bağlı idi. Sazda da həmin ilahilik var, saz, aşıq haqqın dərgahına xa0bağlıdır. Əbəs yerə haqq aşığı, ilahi eşqin aşiqi deməyiblər ki. Aşıq sənətində ilk növbədə haqqın dərgahında olmaq, haqqın dərgahına hesabat vermək məsələsi var. Aşıqlar ilahi aləm tərəfindən himayə olunurlar, qorunurlar və bütün hərəkətlərinə görə də ora cavabdehdirlər. Qədim aşıqlar əllərinə sazı alanda istədikləri havanı çalıb, oxumazdılar. Mütləq haqqın dərgahına üz tutub “Ya İlahi, ya Rəsul, ya Mövlam, ya Rəsul, ya xa0Şahi Mərdan, səndən mədəd”x9d sözləri ilə məclisə başlamağa rüsxət istərdilər, müqəddəslərdən mədəd dilərdilər. Aşıqlığın qapısı “Baş divani”x9ddir, bu zaman aşıq dini, ürfani sözlər oxuyur və çalır. Aşıq bu zaman özünü haqqın divanında hiss edir, baş divan haqqın divanıdır, ona görə də aşıq birmənalı şəkildə “Baş divani”x9d oxumalıdır, haqqa üz tutmalıdır. Şübhəsiz ki, sazın üzərində haqqın nəzəri və himayəsi var və bunu danmaq olmaz.xa0
- İndiki gənc aşıqlar sazın bu müqəddəsliyini qoruya bilirlərmi? Efirlərdə müştəbehlik edən aşıqlar sazın müqəddəsliyinə xələl gətirmirmi? xa0
- Hər bir aşıq sazın müqəddəsliyini qorumağa borcludur. Bəzilərini başa salıram ki, sazla istədiyiniz kimi davrana bilməzsiniz. Həmin kəslərə xəbərdarlıq da etmişəm ki, saz sizi cəzalandıra bilər, çünki saz haqqın dərgahına bağlıdır və o cəza Tanrıdan da gələ bilər. Diqqətli olsunlar, hər ucuz məsələyə getməsinlər, sazla akrobatik hərəkətlər etməsinlər, yüngül adamların bayağı zövqünə uyğun şəkildə davranmasınlar. Aşığın danışığı ölçülü-biçili olmalıdır, loru dillə danışıb sazı, sözü gözdən salmamalıdırlar. Aşıq el anasıdır, el anası da necə danışmalıdırsa aşıq da elə danışmalıdır, nümunəvi davranmalıdır. Ustadımız Aşıq Ələsgər də deyir ki, “Arxasınca xoş sədalı gərəkdir”x9d. Yəni elə oturub-durmaq lazımdır ki, arxasınca başqa söz danışılmasın. Özünü yüngül aparmaq düzgün deyil. Mən bilirəm siz bu sualı verməkdə nəyi və kimləri nəzərdə tutdunuz, çünki elələrini özüm də görmüşəm. Heç kimin adını çəkmirəm, amma xatırladıram ki, efirdə bir aşıq o birinin üzərinə un üfürür, başqa birisi corabları yığıb paltaryuyan maşına atır, digəri başqa yüngül hərəkətlər edir. Belə olmaz, aşıq oturuşuna-duruşuna çox diqqətli olmalıdır, xüsusən də danışığına. Bir çox hallarda aşıqların danışığında qüsurlar olur, amma çox usta aşıqlarımız da var. Məsələn, Mahmud Məmmədovun, İsfəndiyar Rüstəmovun, Ədalət Nəsibovun, Ulduz Quliyevanın, Solmaz Kosayevanın, Gülarə Azaflının danışığına heç bir irad tuta bilmərəm, çox ölçülü-biçilidirlər. Gənclərin arasında da ölçülü-biçili aşıqlar çoxdur. Bayaq siz özünüz mənim yanıma gəlmiş cavan aşıqları gördünüz və onların ədəb-ərkanının şahidi oldunuz. Ramin Qarayevdən tutmuş Şəhriyar Qaraxanlıya qədər bir çox aşıqlarımız nəinki burda, eləcə də efirdə, çöldə-bayırda ədəb-ərkanlarını qoruyub saxlayırlar. Və hər bir aşıq etik qaydalara mütləq riayət etməlidir. Gəlişi gözəl, özlərini bayağı aparanlara meydan yoxdur və əmin olsunlar ki, elələrinin axırı olmayacaq. Biri saz çalaraq kolbasanı qabağına qoyub reklam edir, utansın həmin adam. Sazla qazanmaq istədikləri çörək onlara haram olsun, olacaq da. Gedib hansı yolla nə istəyirlərsə etsinlər, ancaq sazla bunları etmək olmaz.xa0
- Attestasiya zamanı saza, sözə qara ləkə olan həmin şəxslər barədə hansısa tədbirlər görüləcəkmi?
- Hamısını Aşıqlar Birliyinin sıralarından uzaqlaşdıracağıq və sabahkı gün də özünü urvatsız aparanlar olanda da bəyanat verəcəyik ki, onların Azərbaycan Aşıqlar Birliyi ilə heç bir əlaqəsi yoxdur, birliyimizi təmsil etmirlər. Aşıqlar Birliyinin biletini cibində gəzdirən, bu təşkilatın adını daşıyan adam çox ölçülü-biçili olmalıdır. Nə qabiliyyətləri varsa sənətləri ilə göstərsinlər. Sənəti olmayanlar, sənətlə ortaya bir iş qoya bilməyənlər efirlərdə əcaib hərəkətlərə əl atırlar. Sənəti olanların belə ucuz reklama ehtiyacları yoxdur. Görün heç Ədalət Nəsibovun buna ehtiyacı varmı, əlbəttə ki, yoxdur, çünki sənəti güclüdür, gözəldir. Ömrüm boyu görməmişəm ki, Kamandar Əfəndiyev, Hüseyn Saraclı, Əmrah Gülməmmədov, Əkbər Cəfərov, İmran Həsənov, Şakir Hacıyev kimi sənətkarlarımızı bir dəfə olsun belə artıq-əskik hərəkət etsinlər. Aşıq Məhəmməd Sadaxlı bu yaxınlarda rəhmətə gedib, ruhu şad olsun, o qədər nurlu, ölçülü-biçili adam idi ki. Mən ondan yaşda 30 ildən də çox kiçik idim, ancaq mənim otağıma gələndə çox abırla, həyayla içəri girirdi. Əlbəttə ki, o, nur idi, əsl sənətkar, əsl ağsaqqal, əsl ustad idi. Belə olmaq lazımdır.xa0
Efirlərdə, məsliclərdə bayağılıq nümayiş etdirənlər barədə xalq özü də tədbir görməlidir. Xalqın zövqü elələrini dəniz zibili qırağa atan kimi geri atmalıdır və həmin adam da görməlidir ki, bu ümmanda, bu dəryada ona yer yoxdur. İndi zövq aşağı düşüb, zövqlərdə bayağılıq yaranıb, bu xa0bayağılıq da elələrinə meydan verir. Birinci növbədə elə etmək lazımdır ki, zövqlər yüksəlsin. Mən AzTV-də dörd il “Musiqi xəzinəsi saz”x9d verilişini aparmışam. xa0Həmin verilişə milyonlara tamaşaçı baxırdı və sizə deyim ki, sazın, sözün saflaşıb durulaşmasında o verilişin böyük rolu oldu. Görün bu proses bütövlükdə olsa nə baş verər. Tamaşaçılar görürdülər ki, özünü bayağı aparanın mənim verilişimdə yeri yoxdur. Elələrini verilişə çağırmırdım, hətta babat oxusalar belə. O anlamda bu ölçülər qorunmalı, davam etdirilməlidir və inanıram ki, inşaallah yaxşı olacaq.xa0
- Efirdən söz düşmüşkən, əvvəllər AzTV-nin efirində qadın aşıqlarımızdan ibarət Aşıq Pəri Məclisi vardı və hər kəs bu verilişi izləyirdi, bəyənirdi. Aşıq Pəri Məclisinin yenidən bərpası mümkündürmü?xa0
- Aşıq Pəri Məclisinin yenidən təşkili, ümumiyyətlə yeni kollektivlə təqdimi məsələsi gündəmdədir. Bu yaxınlarda xanım aşıqlarla bağlı iclas keçirəcəm və həmin qadın aşıqlarımızı orda toplayıb yaradıcılıq problemlərini, qayğılarını öyrənməyə çalışacam. İnşaallah Aşıq Pəri Məclisinin xoş sorağı davam edər.xa0
- Aşıq Pəri Məclisi fəaliyyətə başlayarsa o məclisə layiq kifayət qədər qadın aşıqlarımız varmı?xa0
- Bəli, var. Hazırda Azərbaycan aşıqlığının xanım aşıqlar qanadı kifayət qədər istedadlıdır. Yaxşı gənc yetirmələrimiz də var və onlara ümidim böyükdür. Həmin gənclərin təsiri ilə başqa xalqların nümayəndələri belə saz çalmağı, ifa etməyi öyrəniblər. Marta Lauri deyilən bir amerikalı xanım sazda çox gözəl çalır və hətta oxuyur da. Tiflisdə Nargilə Borçalı adlı aşıq var, o, Tiflisdə aşıq məktəbi açıb, gürcülərə, ingilislərə sazda ifa etməyi öyrədib. Ona demişəm ki, bir gün həmin ingilis, gürcü tələbələrini bura gətirsin, AzTV-də çalıb, oxusunlar və xalqımız da onları görsün, tanısın. Azərbaycan sazının, xüsusilə də qadın aşıqlarımızın təmsil etdiyi sazın gücü çoxdur, qadın aşıqlarımızın yaxşı gələcəyi var. Keçmişdə də bizim xanım aşıqlarımız olub, indi də bu belədir. Bizim xanım aşığımız Ulduz Quliyeva prezident təqaüdçüsüdür, Gülarə Azaflı əməkdar mədəniyyət işçisidir, Aşıq Samirə əməkdar mədəniyyət işçisidir. Aşıq Zülfiyə, Aşıq Solmaz, Kəmalə Qubadlı, Familə Göyçəli xa0də istedadlı xanım aşıqlar sırasındadır. İndi adlarını çəkmədiklərim də ola bilər, istedadlı aşıqlarımız çoxdur və biz onlara güvənirik. Gülarə Azaflının qızlardan ibarət “Çeşmə”x9d folklor qrupu var, həmin qrupun çox böyük gələcəyi var.xa0
- Rəhmətlik Aşıq Xanların oğlu, gənc və istedadlı aşıq Azərin səhhətində ciddi problemlər yarandı. Aşıqlar Birliyi Azər Xanlaroğluna nə kimi yardım göstərdi?xa0
- Azər Xanlaroğlunun səhhəti ilə həmişə maraqlanmışıq. Türkiyəyə müalicəyə yola düşməmişdən qabaq Altay Məmmədli ilə onun yanına getdik, bacardığımız səviyyədə dəstək də olduq. Allahdan arzu edirik ki, Azər tezliklə sıralarımıza qayıtsın, Türkiyədən tam sağlam gəlib sənətinə davam etsin. Azər böyük ustad Xanlar Məhərrəmovun yadigarıdır və özü də çox istedadlı, qeyri adi istedada malik olan ifaçıdır. Bacardığımız qədər köməklik göstərmişik və bundan sonra da ona qarşı həssas olacağıq. Biz Azəri çox istəyirik, istedadını da yüksək dəyərləndiririk.xa0
- Otağınıza xa0daxil olarkən çox xoş bir hadisəylə qarşılaşdım. Gənc aşıqlarımızla bərabər aşıqlarımız üçün yeni geyim forması seçirdiniz. Və gördüm ki, keçmişə, müqəddəsliyə, tarixə bağlı bir insan olduğunuz qədər həm də novatorçusunuz. Aşıqların geyimlərinə yenilik gətirməyə çalışırşısınız. İstərdim bir qədər də bu barədə danışardınız.
- Bu məsələni geniş müzakirə etmək istəyirik və Mədəniyyət Nazirliyi də bu işdə maraqlıdır. İstəyirik ki, bir yerdə böyük bir komissiya şəklində bugünkü aşıq geyiminin necə olması ilə bağlı müzakirə aparaq və bir qərara gələk. İndi sizin gördüyünüz də həmin variantlardan biri idi və bu variant mənim də təqdirimi qazanıb. Bu formada mətləbə çox yaxınıq. Əvvəllər heç xanəndələrin də konkret bir geyimi yox idi, amma indi onların butalı geyimi var və bu geyimin də xanəndə geyimi olduğunu hər kəs qəbul edir. Aşıqların da yeni geyimi olmalıdır, geyim çuxadan, köynəkdən və xa0şalvardan ibarətdir. Bu forma həm müasirdir, həm də ənənəvidir, ikisinin vəhdətidir, gözə də çox xoş gəlir. Düşünürəm ki, qəlfeyi şalvar və uzunboğaz çəkmə tarix içində qalıb. Aşıqlar qəlfeyi şalvarı ata minmək üçün, uzunboğaz çəkmələri isə çöl şəraitində 7-8 saatlıq məclis aparmaq üçün geyinirdilər. Amma bugünkü aşığın daha çox tarixi məzmunu ifadə edən yeni bir geyiminin olması məsləhətdir. Həmin formanı müasir düşüncəli gənclərə də göstərdik və çox bəyəndilər. İnanıram ki, uğurlu bir nəticə əldə edəcəyik.xa0
- Məhərrəm müəllim, siz həm də Azərbaycan ədəbiyyatı tarixindən on cildlik kitablar yazmısınız, Novruz ensiklopediyası hazırlamısınız. Və bildiyim qədər Ozan-aşıq ensiklopediyası da hazırlayırdınız. Aşıqlar Birliyinə sədrlik sizi yaradıcılıqdan ayırmayıb ki?
- Ozan-aşıq ensiklopediyası artıq hazırdır, Mahmud Allanmallı, Kamilə Dadaşzadə, İradə Köçərli ilə bir yerdə hazırlamışıq və mən baş redaktoram. İki cilddən, hər cildi də təxminən 700-800 səhifədən ibarətdir və hazırda nəşriyyat işləri gedir, yəqin ki, bu il hazır olar. Çox əzəmətli bir iş oldu və böyük bir qrup bu işdə əziyyət çəkdi.xa0
Ədəbiyyat İnstitutundakı fəaliyyətimi davam etdirirəm. Azərbaycan ədəbiyyatı tarixi çoxcildliyinin birinci cildini akademik İsa Həbibbəylinin rəhbərliyi altında yenidən hazırlamışıq. Birinci cilddə də ozan, aşıq mədəniyyəti çox geniş yer alıb. Onun da səbəbi odur ki, mən ordayam. 2004-cü ildə çıxan birinci cildin yeni və təkmilləşdirilmiş, dolğunlaşdırılmış nəşrini hazırlamışıq. Ümid edirəm ki, bu il o da nəşr olunacaq və müsbət qarşılanacaq.xa0
- Saz çalmağı bacarırsınızmı?xa0
- Aşıqların yanında o cəsarəti göstərmərəm. Mənim saz çalmağıma dınqıldatmaq deyərlər. Amma düşünürəm ki, ümumiyyətlə musiqi duyumum, musiqi zövqüm, musiqi biliyim pis deyil.xa0
- Saz ürəkdən su içir deyirlər. Sizin ürəyinizə, könlünüzə daha çox hansı saz havası yatır?xa0
- Əslində saz havalarının hamısı gözəldir və hər birinin öz gözəlliyi var. Ancaq ən çox sevdiyim hava “Qaraçı”x9d və “Ruhani”x9d havalarıdır. “Qaraçı”x9d melodik baxımdan çox zəngin, “Ruhani”x9d də çox möhtəşəm və əzəmətli, ruhumuzu ifadə edən bir havadır.xa0
Rumiyyə MİRASLANxa0




































































































