“Bu günkü vəzifə təkcə maddi rahatlıqdır, rüşvətdir, təminatdır, korrupsiyadır”x9d

Hazırda oxunan: “Bu günkü vəzifə təkcə maddi rahatlıqdır, rüşvətdir, təminatdır, korrupsiyadır”x9d

125458
Moderator.az-ın bu dəfəki qonağı Azərbaycanın görkəmli kino xadimi, istedadlı rejissor, sevilən aktyor Şeyx Əbdül Mahmudbəyovdur.

- Şeyx, necəsiniz? Yaşınızın bu çağında özünüzü necə hiss edirsiniz?xa0

- Həyatdan iki cür ləzzət alan insanlar var. Onların birincisi bu həyatın elmi fəlsəfəsini, ilahi qanunları, dəyərləri başa düşən insanlardır. Yəni burada bir mənəvi rahatlıq var. İkincilər isə bu günə, güzərana, dövrə, zamana, ictimai-siyasi formasiyalara baxanlardır. Bir sözlə, birincilər mənəviyyatı, ikincilər isə maddiyyatı üstün tutanlardır. Mən özümü heç vaxt maddiyyat adamı hiss etməmişəm. Həmişə məni məhz mənəviyyat yolunun yolçusu, zəvvarı etdiyi üçün də Allahıma şükr etmişəm. Şükr olsun ki, mən digər məsələlərin arxasınca getməmişəm. Baxmayaraq ki, o vaxt cavan kadr idim, Ədil İsgəndərov, Təhmasib, Moskvada xa0Andrey Tarkovski, Leonid Trauberq, Vasili Şukşin və G. Daneliya məktəblərini keçmişdim, ona görə də mənə çoxlu vəzifələr təklif olunurdu. Ancaq heç birinə getmədim, çünki bu günkü vəzifə təkcə maddi rahatlıqdır, rüşvətdir, təminatdır, korrupsiyadır. İnanın, mən təsəvvür edə bilmirəm ki, insan necə vəzifədə işləyə bilər, iyrənirəm vəzifədən. Bu mənada da sizin sualınızın ən gözəl cavabı budur ki, mənim mənəvi rahatlığım var. Mənəvi dünyamda çox azadam, pisdən, yaxşıdan öz işimlə məşğulam, mənəvi dəyərlərimizlə, tariximizlə maraqlanıram.xa0

- Yaradıcılığınızda nə kimi yeniliklər var? Bir ara demişdiniz ki, Şah İsmayıl Xətai haqqında film çəkirsiniz, səhv etmirəmsə artıq hazırlıqlar da başlamışdı. Ancaq sonradan filmdən səs-soraq çıxmadı...

- Bəlli olmayan səbəblərdən bəzi məmurlar mənə qeyri anormal yanaşma sərgiləməkdədir. Hətta deyərdim ki, mənə düşmən gözüylə baxırlar, səbəbini özüm də bilmirəm və bu barədə dəfələrlə də demişəm. Hansı ki, son iyirmi il mənim ömrümün ən yetkin çağları idi, indiki elmin, mədəniyyətin pis günə qaldığı indiki dövrdə mən çox işlər görərdim. Peşəkar sənət adamı, həm aktyor, həm rejissor kimi mədəniyyətimizə, incəsənətimizə çox xeyir verə bilərdim. Ancaq çox təəssüflər olsun ki, mənə bəlli olamayan səbəblərdən bu gün də həmin o ağrını, acını yaşayıram. Bunu dəqiq bildiyim və səbəbkarını tapa bilmədiyim üçün tədqiqat işləri aparıram, yazı-pozu yaradıcılığı ilə məşğulam. İndiyə qədər Şah İsmayıl Xətai haqqında filmin üçüncü və dördüncü seriallarını bitirmişəm. Milli folklor sənətimizlə, klassik irsimizlə bağlı böyük layihə işləmişəm. Xurşudbanu Natəvan, Ağa Məhəmməd Şah Qacar haqqında böyük tədqiqat işləri aparıb, onlara həsr olunacaq filmlərin ssenarilərini hazırlamışam. O ümidlə ki, bəlkə nə vaxtsa bunların vicdanları oyana, insafa gələrlər. Axı Şeyx Əbdül Mahmudbəyov kimi bir sufidən, dərvişdən hansı pisliyi gözləmək olar ki? Yaddaşımda ilişib qalan bir əhvalat var, xalqa, vətənə, milli dəyərlərimizə dəyən siyasi zərbələrin fövqündə ölkə başçısına müraciət etmişdim. Yazmışdım ki, cənab prezident, mən iş, vəzifə adamı deyiləm, elm, sənət, mədəniyyət, əxlaq, mənəviyyat adamıyam, sizdən xahiş edirəm, bizim elmimizlə, sənətimizlə, əxlaqımızla, milli-mənəvi dəyərlərimizlə bağlı sahələrə südü-qanı bəlli olan adamları rəhbər təyin edin. xa0Bəli, bu gün Azərbaycan elminə, ideologiyasına, təbliğatına içimizdə, ocağımızın başında oturub adı, görkəmi bizdən olan, ancaq bizə xəyanət edən çoxlu adamlar var. Və belə başa düşürəm ki, həmin adamların mənə nifrəti də həmin müraciətdən qaynaqlanıb, bütün dostlar da mənə bunu deyirlər. Başqa topum yox, tüfəngim yox, heç kimə də heç nə etməmişəm.xa0
Bu günlərdə siyasi partiyaların bir neçəsi təşəbbüs qaldırıblar ki, dövlət və dövlətçiliyimizlə bağlı “Şah İsmayıl Xətai”x9d filmi çəkilsin. “Şah İsmayıl Xətai”x9d filminin çəkilməsi ən çox ulu öndər Heydər Əliyevin arzusu idi. Başımızın üstündə dururdu, elə gün olmurdu ki, zəng edib filmlə maraqlanmasın, hər həftə bizi çağırıb tələsdirirdi. O, istəyirdi ki, Azərbaycan dövlətçilik tarixini bütün dünyaya sübut eləsin, 500 illik ana dilli dövlətçilik tariximizi ortaya qoysun. Bütün dünyaya göstərsin ki, biz dünənki müstəqil dövlət deyilik, bu günkü Müstəqil Azərbaycan Respublikası şanlı və şərəfli dövlətçilik tariximizin on yeddincisidir. Adı, özü bəlli olan dövlətçilik, Metədən, Toxtamışdan üzü bəri gələn böyük mədəniyyətdir. Bu siyasi partiyalar da sadəcə işin mahiyyətini bilmirlər, sənət o qədər dəqiq işdir ki, burada patriotizm keçmir, burda peşəkarlıq, elm, savad, maariflənmə keçir. “Şah İsmayıl Xətai”x9d filminin çəkilməsi üçün əvvəlcə maddi-texniki baza bərpa olunmalıdır. Bunu əldə etmək də mümkündür, çünki dünyada texnika, aparatura var və biz də onu alıb gətirə bilərik. Bundan ötrü də əlavə finans, maya lazımdır. Həm də söhbət dörd filmdən gedir, hər biri iki seriyadan ibarət olan iki filmdir. Böyük və rəngli ekran, tarixi film, topu, tüfəngi, qılıncı, qalxanı, atı və s. alınmalıdır, tikilməlidir və bu da çöx böyük sərmayə tələb edir. Burada ikinci bir problem də ondan ibarətdir ki, bizim istehsal edəcəyimiz filmə Azərbaycanda ancaq Nizami kinoteatrında baxmaq mümkün olacaq. Azərbaycanın başqa bir şəhərində, rayonunda, kəndində həmin filmə baxmaq üçün texnika olmayacaq. Belə çıxır ki, bu filmi sandığa qoymaq üçün çəkəcəyik. Kino sintetik sənətdir, özünü hər şeylə bağlayan möhtəşəm bir mədəniyyətdir. Burada hər şey kompleks şəkildə olmalıdır, rəhmətlik Nüsrət Kəsəmənli demişkən biri olanda, biri olmayanda əmələ gəlmir.xa0

- Nəyə görə dörd film, çox deyilmi?xa0

- Heç kəsin ağlına gələ bilməz ki, Şah İsmayıl 13 yaş dörd aylığında genetik varis olmaya-olmaya necə hakimiyyətə gəlib. Şah İsmayıl Xətai iki möhtəşəm qolun nikahından, məhəbbətindən yaranıb. Bir tərəfdə nəhəng Şeyx Səfiəddin İsaq Ərdəbili, Şeyx Cüneydi, Şeyx Heydəri qolu, digər tərəfdən də Sultan Yaqub, Uzun Həsən, Sara Xatun, Aləmşahbəyim. Demək ki, dövlətçilik tariximizdə mənəviyyat tariximizin vəhdətindən belə bir möhkəm genetik xarakter, obraz yaranıb. Bütün dünya da görsün ki, bu, təsadüfi deyil, ot kökü üstə bitib. Həm dünya bizi mənəviyyat baxımından tanısın, həm də dövlətçilik baxımından.xa0
İş prosesində bir yoldaşla tanış oldum və öyrəndim ki, Ağqoyunlu və Qaraqoyunlu dediyimiz tarixi dövlətlərimizi çox eybəcər şəkildə təhrif etmişik. Görün necə gülünc, eybəcər bir şeydir ki, insan, millət, tarixçilər öz millətinə, dövlətinə qoyun desin. Sadəcə bu dövlətlərin camaatı tərəkəmə, əsas məşğuliyyətləri isə əkinçilik, heyvandarlıq idi, ona görə də bayraqlarının üzərində qoyun şəkli çəkmişdilər. Əslində bu dövlətlərin adı Aqqövmlülər və Qaraqövmlülər olub və bunu da filmdə açmışdıq, ancaq yuxarıdan icazə verilmədi. Dünən siyasi partiyaların liderləri ilə görüşümdə onlara ətraflı izahat da verdim. Dedim ki, mənə populizm lazım deyil, mən Şah İsmayıl Xətaiyə görə sovet hökumətindən bəri döyülə-döyülə gələn bir adamam. Hansı ki, bu müddətdə çoxlu kinolar çəkə bilərdim, təkliflər də vardı. Onlara bir neçə konkret fəaliyyət planı verdim və dedim ki, əgər dəqiq iş görmək istəyirlərsə, avtoritetlərindən, nüfuzlarından, dövlətə xidmətlərindən istifadə edib o proqramları yerinə yetirsinlər. Qalan işləri özüm görəcəm. İki gündür ki, bu barədə söhbətimiz olub, nəticəsi necə olacaqsa, onu da inşaallah biləcəksiniz.xa0
Heydər Əliyev rəhmətə getdikdən sonra “Şah İsmayıl Xətai”x9d filminin çəkilişinin dayandırılma səbəbi, kimin dayandırdığı bu gün də mənə bəlli deyil. Hansı ki, filmin çəkilişi üçün bir milyon xərclənmişdi. Yeganə arzum odur ki, heç olmazsa ölənə qədər bu xəyanətin kimdən gəldiyini bilim. Bu xəyanət mənə qarşı deyil, bilavasitə Azərbaycan xalqına, anadilli dövlətçilik, milli mənəvi dəyərlər, yaranış tarixinə xəyanətdir.xa0

- Bu gün televiziya ekranlarında görünməməyiniz də həmin bilmədiyiniz səbəblərdən ola bilərmi?

- Mən bu respublikanın dövlət mükafatı laureatıyam, bu gün sənət aləmində də biz altı-yeddi nəfərik. Onlardan dördü məhz mənim filmimə görə o mükafatı alıblar. Rasim Balayev, Kamil Nəcəfzadə, Kənan Məmmədov və Həsənağa Turabov, sağ qalanları da mən, K.Məmmədov və R.Balayevdi. Hansısa Alışanov adlı televiziyaçılığa heç bir aidiyyatı olmayan bir adam dövlət televiziyasına rəhbərlik edir və dövlət mükafatı laureatını dövlətin televiziyasına buraxmır. Dövlət mükafatını da qoyuram bir kənara, mən əməkdar incəsənət xadimiyəm və bu adı mənə prezident İlham Əliyev verib. Görün nə qədər antaqonizm, özbaşınalıq, Allahsızlıq, haqsızlıq-ədalətsizlik var ki, Alışanov adlı birisi hansısa qüvvələrin hesabına Şeyx Əbdül Mahmudbəyovu televiziyaya buraxmır. Bu çox gülməli işdir, hansı ki, mənim xidmətimin bir pərsəngi, zərrəsi belə ola bilməz, o kimdir ki. 1962-ci ildən 1990-cı ilə qədər Azərbaycanın bütün klassik filmlərində rejissor, aktyor, ikinci rejissor kimi adım, soyadım, iştirakım var. “Dəli Kür”x9d, “Axırıncı aşırım”x9d, “Nəsimi”x9d, “Qaçaq Nəbi”x9ddən tutmuş “Yeddi oğul istərəm”x9də və s. qədər. Bütün bunların müqabilində Alışanov kimdir axı mənim qarşıma çıxmağa? Yox, əgər bunların imkanları, səlahiyyətləri, yuxarıda əlləri varsa, barı bir qədər obyektiv olsunlar. Arif Alışanov, sən kim, mən kim?! Bu haqda dəfələrlə mətbuata da demişəm, ancaq cavab verən yoxdur. Dilimin bəlasına düşsəm belə yenə də deyirəm və deyəcəyəm ki, bu gün Azərbaycanda qeyri peşəkarlar, oturduğu vəzifəyə heç bir aidiyyatı olmayan şəxslər rəhbərlik edir.xa0

- Bu məqamda “Yeddi oğul istərəm”x9d filmində canlandırdığınız Qasım Mədətoğlu obrazının bir sözü yadıma düşdü: “Mədəniyyət bu gün gördüyün bax bu qara camaata lazımdır. Özü də heç bilirsən necə...”x9d. Siz danışdıqca məndə elə təsəvvür yaranır ki, Qasım o ifadəni elə məhz bu gün üçün deyib.xa0

- Klassik əsər ona görə klassik əsər olaraq qalır ki, bütün zamanlara şamil olunur. M.Ə.Sabiri, Ü.Hacıbəyovu, C.Cabbarlını, H.Cavidi, Mirzə Cəlili necə keçmiş hesab etmək olar ki, onlar əbədi və əzəli müasirlərdir. Ataların bir sözü var, ən yaxşı təzəlik ən yaxşı köhnəlikdir. Təbii ki, harda qaraguruh, nadanlıq, maarifsizlik, özbaşınalıq, qanunsuzluq varsa, sözsüz ki, dahi insanların bizim üçün örnək olaraq dedikləri müqəddəs kəlamlar çox aktualdır, hikmətlidir, zamanın bütün tələblərinə cavab verirlər. Çox şərəfsiz, ləyaqətsiz bir vəziyyətə gəlib çıxmışıq, bu gün adı ilə fəxr etdiyimiz böyük kişilərin yerində mənəviyyatı, şəxsiyyəti, savadı, səviyyəsi bəlli olmayan, təkəbbürlü adamlar oturublar, mənəmmənəlik edirlər. Haradansa özlərini hakim, mütləq hesab edirlər, qanunu saya saymırlar.xa0

- Mənzilinizlə bağlı vəziyyət nə yerdədir, Bakı Şəhər İcra Hakimiyyəti məhkəmələrin vəsatətini təmin etdimi?xa0

- Hamı bilir ki, qanuni yolla, halal zəhmətimlə əldə etdiyim evimi Hacıbala Abutalıbov uçurdub. Yedi nəfər ailə üzvümlə bərabər indinin özündə də orada yaşayıram. İndi yağış yağır, gedib baxsanız görərsiz ki, evə vedrələri düzmüşük. Konstitusiyamızın birinci müddəası odur ki, dövlətin mənbəyi xalqdır və dövlətin də iki qərarverici orqanı var, biri prezidentdir, digəri də məhkəmə. Bu iki orqanın verdiyi qərarlar müzakirə olunmur. Başım çıxmır ki, Hacıbala Abutalıbov kimdir, hansı səlahiyyətin, ixtiyarın sahibidir, hansı fövqəlbəşər bir şəxsiyyətdir ki, üç məhkəmə qərarını icra etmir. Rayon məhkəməsində də, Apellyasiya Məhkəməsində də, Ali Məhkəmədə də uduzub. Bunlardan da əlavə evin dağıdılması haqqında Fövqəladə Hallar Nazirliyinin rəsmi akt sənədi, Prezident Administrasiyasının, bir neçə millət vəkilin məktubları, Məhkəmə Ekspert Komissiyasının, Tikintidə Təhlükəsizlik Komissiyasının rəyləri var. Məhkəmələr, icra strukturları deyir ki, biz əlimizdən gələni etmişik, lazım olan qərarları vermişik, sizi görəndə utanırıq. Özünüz hörmətli adamsız, bizim Hacıbalaya gücümüz çatmır, siz Allah elə etməyin ki, ağrımaz başımıza dəsmal bağlayaq. O cümlədən də Arif Alışanov müəllim, heç bilmirəm ki, o kimdir.

- Şeyx, bəlkə şəxsinizlə bağlı hansısa qəsdi-qərəzlikləri var?

- xa0Birmənalı şəkildə deyirəm ki, xalqın milli-mənəvi dəyərlərini, tarixini, soy-kökünü müdafiə etdiyim üçün mənə qarşı düşmənçilik var. Şəxsimlə bağlı düşmənçilikləri varsa, gəsinlər kişi kimi döyüşək. Kişi kişiylə vəzifə səlahiyyətindən istifadə edib düşmənçilik edər?! Bunlar vəzifələrindən istifadə edib mənimlə düşmənçilik edirlər. Kişi kimi gəslinlər, görüm düşmənçilik edə bilərlərmi. Bu faciəni mən artıq neçə ildir yaşamışam və bu gün də yaşayıram. Hacıbalanın dəstəsi bir ara istədi ki, mən beynəlxalq təşkilatlara müraciət edim. Hansı ki, özü məni görəndə öpüşüb görüşür. Dedim ki, Hacıbala müəllim, bu müstəqil dövlət mənim dövlətimdir, mən bu dövlətdən, müstəqillikdən ötrü can qoymuşam. 20 Yanvar əzabını mən çəkmişəm, güllə çiynimdən girib kürəyimdən çıxıb, lenti belinə bağlayıb Qorbaçovu Kremlə aparan oğlan mənəm. (Bunu ilk dəfə sizə deyirəm, şahidlər, sübutlar var.) Siz gəlib hazırın naziri olmusunuz, Allah işinizi avand eləsin, ancaq adam olun, kişi olun, mən sizə neyləmişəm axı. Çox qəribədir, insan da əbədi olmayan vəzifə səlahiyyətindən istifadə edib kiməsə pislik edərmi? Onların arzularını ürəklərində qoydum, dedim ki, mən Azərbaycanın müstəqilliyi uğrunda can qoyan, qan tökən, tarixini ortaya qoyan adamam. Mən heç bir xarici dövlətlərə, təşkilatlara müraciət etməyəcəm, mənə onların aidiyyatı yoxdur, heç onları saya da saymıram. Mən qanuni, halal haqqımı burda alacağam, xaricə gedib kiməsə yaltaqlanmayacam, yarınmayacam siz də deyəsiz ki, Avropaya getdi. Getməyəcəm, siz öləsiz!

- Bir dəfə danışanda demişdiniz ki, başınıza gətirilənlərlə bağlı ölkə başçısına müraciət hazırlayırsınız. Necə oldu, müraciəti göndərdinizmi, yoxsa vaz keçdiniz? xa0

Ardı var...
Rumiyyə MİRASLAN

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin