AXP sədri Pənah Hüseynin Moderator.az - a verdiyi müsahibənin üçüncü hissəsini təqdim edirik:
Əvvəlini bu linkdən oxuya bilərsiniz---moderator.az/news/123939.html
- Dediyiniz kimi, anti ”“ böhran tədbirləriniz davam edir. Düzdür, sizin təbirinizcə desək, “xor”x9d olmasa da, ən azından bir görüntü var. Ordakı çıxışımda bir söz işlətdim ki, Əli Kərimli, Cəmil Həsənli, İsa Qaəmbər, Arif Hacılıı-filan, özləri gəlmirlərsə, bu birilər getsinlər onların dalınca. Əslində indi bunu eləmək böyüklük əlamətidir və bu “bəy-gəlin maşını”x9d-zad deyil ki, gedib pul verib düşürəsən, söhbət gerçəkdən də milətin və dövlətin taleyindın gedirsə. Həm də onları bu prosesə cəlb eləmək mümkün olmayacaqsa, dediyiniz o kütləviliyi hələ uzun müddət təmin eləmək mümkün olmayacaq. Gəldikləri andan etibarən isə, əgər gələrlərsə, o zal gerçəkdən azlıq edəcək və bu da meydanın yolunu açacaq. Ən azı o baxımdan, bunu niyə eləmirsiniz ki?
- Heç cəhdlər olmayıb və olmur demək olmaz, amma hələlik bir nəticə yoxdur və mənim də bu cür məsələlərdəki acı təcrübəm onu göstərir ki, ortada uğurlu sayılacaq bir işartılar olmayana qədər, xüsusi canfəşanlıq eləməyə dəymir. Həm də bəzi siyasətçilərimizdə bu cür təşəbbüslər və onların mahiyyəti haqqında təhrif olunmuş təsəvvürlər formalaşıb. Mən son dövrlərdə bir neçə dəfə təkrar elədiyim bir fikri sizə də demək istəyirəm. Mənim fikrimcə bu cəmiyyətdə hazırda gözlənilən və mənim fikrimcə labüd olan siyasi fəallıq, həmin qüvvələri bir araya gəlməyə, ya da gətirməyə vadar edəcək. Yəni bu qüvvələr bir araya gələcək. Bir araya gəlməyənlər də, elə həmin siyasi aktivliyin nəticəsində siyasətdən kənara atılacaqlar. Ona görə, hələ bir qədər də gözləmək lazım gələcək. Amma burda gözləmək məsələsi bir az şərti anlamda işlənilir. Yəni siz də bunu sözün o adi mənasında başa düşməyin və biz də burda qapı-qapı gəzib kimlərisə inandırmağa çalışmırıq. Məncə, buna elə bir ehtiyac da yoxdur. Proseslərin özü artıq bu istiqamətdə müəyyən qərarların qəbul edilməsini diqtə edəcək və artıq etməkdədir. Bizim son toplantının yayılan bəyanatında da, hansını ki, mən təqdim elədim, bəndlərdən biri xüsusi olaraq müxalifətdaxili münasibətlərə aid idi və xüsusilə də siyasi partiyalara aid idi və siyasi müxalifət təşkilatlarının arasındakı münasibətlərinin arzuolunan səviyyədə olmaması qeyd olunurdu. Orda tövsiyyə də olundu ki, o qüvvələrin, o şəxlərin ki, Azərbaycanda yeni hakimiyyətin yaranmasında maraqları üst-üsə düşür, həmin şəxslərin və qüvvələrin arasında müəyyən danışıqların getməsinə və müəyyən razılıqların əldə olunmasına ehtiyac var. Bu baxımdam, vəziyyətin olduqca çətin olduğunu söyləməklə yanaşı, mən həm də heç ümidsiz də deyiləm. Şəxsi münasibətlərimizdə kifayət qədər problemlər olsa da, həmin təşkilatlarda dostlarımız da var və bu da onu deməyə əsas verir ki, müxalifətin içində gözlənilən çevik qərarları qəbul etməyə gücü yetəcək insanlar var. Bütün hallarda baxaq görək nə olur və bundan sonra nələr olacaq. Mənə belə gəlir ki, bu yaxın bir neçə ay ərzində ölkədə yeni situasiya yaratmaq mümkün olacaq.
- Baxın, vəziyyət gerçəkdən yaxşı deyil. Xüsusən də Rusiya tərəfindən ölkənin və dövlətin müstəqilliyinə qarşı təhdidlər var. Bu baxımdan, hakimiyyətdə təmsil olunan və müstəqilliyimizim itirilməməsində maraqlı olan bəzi şəxslərlə, bəlkə də qruplarla hər hansı formada təmaslarınız varmı? Həm də müxalifətin indiki vəziyyətdə maliyyə və hərəkət imkanlarını möhkəmləndirə bilmək üçün zəruri olan belə addımlara gedənlər varmı və siz özünüz bu cür yanaşmanı necə dəyərləndirirsiniz? Bəs özünüzün necə bu cür təmaslarınız varmı, ola bilərmi, olmalıdırmı?
- Bu məsələlərdə bizdə, bir az da qeyri-sağlam meyl və düzgün olmayan bir münasibət var. Çünki həmişə ciddi siyasi bir proses gedəndə, o prosesin bir qütbü iqtidar olur və bu da görünməmiş bir şey deyil. Əgər siyasi proses gedirsə də, həmin qütbu tam “iqnor”x9d eləyən peşəkar siyasət də aparmaq mümkün deyil. Amma bu 2014 və 2015-ci illərdə, seçkilər ərəfəsində, hətta seçkilərdən xeyli əvvəldən başlayan bir təcrübəmiz də oldu. Sonradan məlum oldu ki, bu, cəmiyyətdə doğrulmayan bəzi gözləntilər yaratmışdı. Həmin təcrübə xeyli uğursuz oldu. Yəni söhbət, iqtidarın siyasi iradəsinin olacağı bir şəraitdə, ölkədəki proseslərin razılaşdırılmış və müəyyən kompromisslərə söykənən əsaslar üzərində aparılacaq islahatlar və dəyişikliklər şəklində davam etməsinə olan ümidlərdən gedir. Mən sizə açıq deyim ki, bu barədə çoxlu söz-söhbətlər də gəzməsinə baxmayaraq, şəxsən mənim içərisində olduğum proseslərdə, iqtidar tərəfindən heç kəs, konkret olaraq heç bir məsələ ilə, o cümlədən də seçkilər və digər əhəmiyyətli mövzularla bağlı hər hansısa vədlər verilməyib. Ümumiyyətlə bu mövzuda müzakirələr aparılmayıb.
- Vədlər yox, müzakirə də yox, bəs nədən danışırdınız ki?
- Amma vədlər olmasa da, müzakirələr aparılmasa da, necə deyərlər, sözsüz də bir şeyləri anlamaq və müəyyən qənaətlərə, bəzi nəticələrə gəlmək olur. Axırda da məlum oldu ki, indiki iqtidar və onun birinci vəzifəli şəxsi olan İlham Əliyev bu cür dəyişikliklərə və bu cür islahatlara getmək, yəni siyasi müxalifətin, hətta hakimiyyətə və onun özünə nisbətən loyal olan hissəsi ilə də nə hesablaşmaq, nə də onları siyasi tərəfdaş kimi qəbul etmək ovqatında deyil. Bu, Azərbaycan siyasəti üçün çox ciddi bir problemdir. Yəni mənim fikrimcə, biz indi burda sosial-iqtisadi və onun ardınca gələcək siyasi böhrandan danışırıq. Əslində elə hamı da bundan danışır. Bəlkə də hakimiyyət bu arada fərqli bir siyasi kurs seçsəydi, başqa ovqat və başqa təsəvvürlər olsaydı, məncə proseslər başqa cür də gedə bilərdi. Bilirsiniz ki, hətta 2011-ci ildən sonrakı dövrdə də “Ərəb baharı”x9d deyilən inqilabi proseslər başlamışdı, o vaxt siyasi müxalifət, İctimai Palatanın şəxsində, demokratiyaya yumşaq keçid xətti elan eləmişdi. Bu da yenə, iqtidarın qüvvələri ilə bir yerdə, dəyişiklikləri, islahatları nəzərdə tutan bir kurs idi. Etiraf eləmək lazım gəlir ki, bu kurs, xeyli dərəcədə real və aktual olacaq bir siyasi xətt kimi, öz cəlbediciliyini xeyli dərəcədə itirib. İctimai rəydə və cəmiyyət içərisində, bunun ümumiyyətlə mümküm olmamaq rəyi hazırda hakimdir. Və bu da təsadüfi deyil ki, bu yaxınlarda İsa Qəmbər yenə də börrandan çıxışla bağlı yol xəritəsi elan elədi. Mən onun müzakirəsində iştirak edirdim, başqa cür başa düşülməsin deyə, bir neçə dəfə vurğulandı ki, biz bu sənədi iqtidara deyil, xalqa, cəmiyyətə ünvanlıyırıq. Hər halda mən belə başa düşdüm ki, bu, həmin sənədlə ortaya gələnlərin bir mövqe nümayişiydi. Bütün hallarda, bizdə bu inqilab sözünü çox ehtiyatla işlədirlər, Amma inqilab, əslində, heç də həmişə xaos demək deyil. Bəzən bunu bizə irad kimi də tuturlar. Amma düzünü demək lazımdır ki, biz inqilabçılar olmuşuq. Biz bir nəsil kimi həmişə inqilablara can atmışıq. Amma bizdə indi zaman dəyişib, zamanla bərabər formasiya da dəyişib və ölkəmiz müstəqil olub. Müstəqil bir dövlətin də məsuluyyəti bir qədər daha fərqlidir. Indi dağıdıcılıqdan daha çox quruculuq haqqında düşünmək və məsələlərə də bu prizmadan yanaşmaq lazımdır və bütün hallarda bu cür yanaşma prioritet təşkil etməlidir. Bu arada yaş məsələsi də var və otən illər ərzində, təsəvvürlər, əhval - ruhiyyələr də dəyişib. Amma məncə, hər halda görünən də budur ki, inqilabsız olmayacaq və bu gözlənilən siyasi islahatlar və dəyişmələr inqilabi yolla baş verəcək.
- İnqilabçı olduğunuzu deyirsiniz, o zaman belə bir sual yaranır - tutaq ki, Əbülfəz Elçibəy xaricində o inqilabçıların hamısı sağdılar. Allah qapısını açsın, Nemət də həsxanadadır. Necə düşünürsünüz, bəlkə dediyiniz o inqilabçılarla bir araya gəlməyi dənəmək olmazmı? Hər halda bu, cəmiyyətə də müsbət çalarlı ajiotaj yarada və proseslərə fəqli yonlərdən baxmağa gətirib çıxara bilər. Bu haqda heç düşünmüsünüzmü?
Sərdar Əlibəyli
Davamı var...































































































