Əvəz Ələkbərov yeni vəzifəsindən danışdı: “Çətin oldu”x9d

Hazırda oxunan: Əvəz Ələkbərov yeni vəzifəsindən danışdı: “Çətin oldu”x9d

124693

Moderator.az xəbər verir ki, eks-maliyyə naziri Əvəz Ələkbərov yeni işi ilə bağlı modern.az saytının suallarını cavablandırıb.xa0

- Əvvəllər nazir olmusunuz. İndi xa0pedaqoji kollektivlə işləmək sizə çətin gəlmir? xa0

-Bir-iki gün mənə çətin oldu. İndi isə heç bir problem yoxdur. Burada idarəetmə və universitet rəhbərliyi ilə əlaqələrdə heç bir problem yaşanmır. Tədrislə bağlı proseslərə girişmişəm və kollektivə tam alışmışam. Kollektiv məni qəbul edir, hörmət edir. Professor, müəllim heyəti arasında mənim hörmətim var. Onların da mənim kimi bir adamın bu kollektivdə olmasına ehtiyacları var. Artıq kafedramızın iki iclasını keçirmişik. Bir çox məsələlər üzrə işçi qruplar yaratmışıq. Hər şey normaldır, heç bir çətinlik yoxdur.

- Sizin müəllifi olduğunuz kitablar gələcəkdə dərs vəsaiti kimi istifadə olunacaqmı?

- Kitablar maliyyə mövzuları ilə bağlıdır. Mən o kitabları təkmilləşdirəcəyəm və ondan tələbələr istifadə edəcək.

- Hər halda tələbələr keçmiş nazirin onlara iqtisadiyyatla bağlı dərs deməsini maraqla qarşılayar. Elədirmi?

- Açığını deyim ki, mən hələ dərs demirəm. Allah qoysa, sentyabrdan auditoriyalara girib dərs deməyə başlayacağam. Hələlik isə praktika rəhbəri, magistrlərin diplom işinə rəhbərliyi üzərimə götürmüşəm. Belə deyək, hələlik passiv işləri üzərimə götürmüşəm. Proseslər getdikcə, auditoriyalara girəcəyəm. Magistrlərlə iki görüşüm olub, onlar bundan çox razı qalıblar. Müəllimlərin dərslərinə girib tədrisin keyfiyyəti ilə maraqlanıram. Bu yaxınlarda rektorumuzun “Azərbaycan iqtisadiyyatının perspektivləri”x9d mövzusunda çox gözəl tədbiri oldu. Orada iştirak etdim, sual verdim, cavablar aldım. Mən həm də Elmi Şuranın üzvüyəm və onların iclasında da iştirak edirəm. Universitet həyatı idarəetmədən fərqlidir, amma biliklər, təcrübə imkan verir ki, təhsil proseslərində də aktiv olaq.

- Bu aktiv işlərinizi hansı yeniliklərə gətirib çıxaracaq?

- Mən yeniliklərin olması üçün çalışacağam. Mən cəhd göstərəcəyəm ki, nazirliklərlə kafedranın əməkdaşlığı artsın. Elmi-praktiki konfrsanların, təqdimatların çox olmasına çalışacağam. Həmçinin xaricə olan eyniadlı universitet və kafedralarla işgüzar münasibətlərin qurulmasını istəyirəm. İki-üç nəfərin fəlsəfə doktoru olması üçün onların elmi rəhbəri olacağam.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin