Azərbaycanın milli-fəlsəfi yaddaş sisteminin əsasını təşkil edən hürufilik təriqətinin sirləri, gizli, batini mənaları bu gün də tam olaraq araşdırılmayıb. XV əsrin birinci yarısında bu təriqətin iki nəhəng siması Fəzlullah Nəimi və İmadəddin Nəsiminin şəriət qanunlarına əsasən edam olunmaları hürufizmin gələcək taleyinə kölgə saldı. Amma Azərbaycanda bir yer oldu ki, sonradan Fəzlin müridləri hürufiliyi orada təbliğ etdilər. Həmin yer hürufilərin atası, “cismini özü ilə aparsa da ruhunu, beynini çoxdan müridlərinə köçürdüyünü “ deyən Nəiminin edam olunduğu Əlincə qalası yaxınlığındakı yerdir. Fəzlin parça-parça olan bədəni sonradan müridlər tərəfindən toparlanıb 14 il nəhəng fateh Əmir Teymura qarşı vuruşan Əlincə qalası ətrafındakı xanəgahda basdırılır. Bu gün də həmin xanəgah abidə kompleksi kimi qorunur. Xanəgah Abidələr Kompleksinin direktoru Kamal Xanəgahlı Moderator.az saytı vasitəsilə bir çox qaranlıq mətləblərə işıq tutub:
Xanəgah şeyxinin Əmir Teymurdan xahişixa0
Deyilənlərə görə, özünü dünyanın fatehi elan etmək istəyən Əmir Teymur “kafər”x9d Fəzlullahın edamı üçün bilərəkdən Əlincə ətrafını seçir. Çünki qalanın əsas gücü hürufilərdə idi. Onlar ideologiya ilə silahlanaraq Əlincəni 14 il qoruya bilmişdi dünya “Div”x9dindən... Kamal müəllim də ilk olaraq elə o barədə bəzi məsələlərə aydınlıq gətirir:
- Xanəgahlar türk dünyasının elm, irfan ocaqlarıdır. Təkcə Əlincə qalası yox, bu coğrafiyada yaranan bütün xanəgahların əsas məqsədi islamın əsas mahiyyətini insanlar arasında yaymaq olub. Onlar IX əsrdən etibarən sanki öz-özünə, ilahi bir təcəlla ilə yaranırdı. Mədrəsələrin verdiyi quru və sxolastik dini təhsil çox da faydalı deyildi.
Əlincə çay xanəgahı da orta əsrlərdə yaranıb. Fəzlullah Nəimi Əlincə yaxınlığında Teymurilər tərəfindən qətlə yetiriləndə artıq bu xanəgah mövcud idi. Rəvayətə görə Fəzl faciəli şəkildə edam olunandan sonra, yəni, məşhur “Nəsimi”x9d filmində də göstərildiyi kimi bədəni müxtəlif parçalara ayrılandan sonra xanəgah şeyxləri ilə Fəzlin müridləri onun parçalarını yığaraq burada dəfn edirlər və onun məzarının üzərində Nəimi türbəsini tikirlər. Deyilənlərə görə, hətta xanəgahdakı sufi şeyxlərinin ən nüfuzlusu Fəzlin burada dəfn olunması üçün şəxsən Əmir Teymurun yanına gedir və icazə alır. İndi hal-hazırda Əlincə çay xanəgahının tikilmə tarixini bildirən daş kitabə giriş qapısının üzərindədir. Təəssüflər olsun ki, kitabənin son yazıları pozulduğu üçün onun nə zaman tikilməsi dəqiq bilinmir. Həmin türbənin Nəiminin məzarının üzərində salınmasını təsdiqləyən xeyli faktlar var. Oradakı mehrabda hürufiliyə aid olan simvollar yetərincədir. Məscidin giriş hissəsində, onun tikiliş tarixini bildirən yazıların ətrafında iki günəş təsviri var. O təsvirlər Nəiminin “Cavidannaməsində olan hesablama sistemi ilə tamamilə oxşardı. Bütün faktlar onu göstərir ki, Nəimi öldürülüb burada dəfn ediləndən sonra onun müridləri xanəgaha axışdı və buranı hürufi ocağına çevirdilər. xa0
Daha bir rəvayət
- Buranın digər adı “Şeyx Xorasan”x9ddır. El arasında Şıx Xorasan da deyilir. Yerli əhali arasında başqa bir xa0rəvayət də olub: Fəzl edam olunandan sonra xa0müridləri Teymuri əsgərlərindən gizli olaraq onun parçalarını toplayır və dəfn üçün xanəgaha gətirir. Amma Teymurilər xəbərdar olur və cəsədi aparan müridlərin qarşısını kəsirlər. Onlar “bu kimdir, hara aparırsınız”x9d deyə soruşduqda, müridlər “Şeyx Xorasandır”x9d xa0cavabını verirlər. O zaman Xorasan bütün yerlərdə elmin və irfanın mərkəzi sayılırdı, onlar da bu nüfuza görə müridləri buraxırlar. Məhz bu səbəbdən xanəgahın ikinci adı Şeyx Xorasan adlanır.
Gizli simvollar məxfi rəmzlər...
Bu gün də Xanəgahda və oradakı Nəimi xa0türbəsində xeyli sayda gizli rəmzlərə, simvollara rast gəlmək olar. Təbii ki, sıradan bir adam üçün onlar qətiyyən diqqət çəkməyəcək. Lakin bir müddət öncə xanəgahın həyətindən tapılan daş üzərində qalaktikanın indiki hərəkətetmə forması ta o zaman müxtəlif rəmzlərlə həkk olunmuşdu.Yaxşısı budu, Kamal müəllim özü bu haqda danışsın:
- İstərdim ki, xanəgahda olan hürufilik simvolları haqqında da məlumat verim. Xanəgahın bu günə qədər qalmış ən dəyərli töhfələri elə bu simvollardır. Xanəgahın giriş hissəsindəki xa06 sütun da rəmzi məna daşıyır. Bu sütunlar bir-birindən müstəqil halda yerləşir. Üçü bir, üçü isə ayrı-ayrı sırada yerləşir. Altı rəqəminin sirləri “Cavidannamə”x9ddə də əks olunub. Zaman və məkan kateqosiyasına aid gizli mənalara varır. Çünki hürufilikdə hərflərlə yanaşı rəqəmlərin də batini mənaları var. Giriş hissəsindəki 6 sütunun da özünün yalnız hürufilərə xas olan batini mənaları var. Burada 1 həyatı yaradana, yəni Allaha aiddir. Burada mütləq qeyd edim: Hürufilərin özləri də bildirirdilər ki, Allahı heç bir simvolla ifadə etmək olmaz. Yalnız hərflə əlaqələndirmək olar və yuxuda İlahi nur vasitəsilə duymaq olar. Nəsiminin də bəzi qəzəllərində bunu görə bilərik. 2 rəqəmi isə bir olanın hər şeyi ikidən yaratmasına işarədir. Həyatda olan nə varsa iki daxilində öyrədilir: cisim ”“ruh, gecə gündüz... xeyir ”“şər... və s. 3-riyazi baxımdan törəmə kimi qəbul olunur. Burada diqqəti xüsusi də eşq və nəfs haqqında deyilənlərə yönəltmək lazımdır. Cisim yarananda eşq və nəfs yaranır. Eşq ruhun, nəfs isə cismin hərəkətverici qüvvəsidir. Bu baxımdan təsəvvüf alimləri və sufi şeyxləri eşqlə nəfsi tərs mütənasib hesab edirdilər. Nəfsi azaltmaqla eşqi yüksəltməyi düşünürdülər. Bu da riyazi baxımdan belə izah olunur ki, iki tərs mütənasib ədədin hasili sabit ədədə bərabər olur. Bu cür riyazi formaya qədər sufi şeyxləri öz fikirlərini izah edirdilər, eşqi və nəsfi üçlük formasında törəmə sayırdılar.xa0
4 rəqəmi təbii ki, xa0həyat ünsürlərini bildirir. Hürufilik 4 ünsürə çox böyük önəm verir. Onlar düşünürdülər ki, 4 ünsür-od, su, hava, torpaq Allaha aiddir. Bu dördlükdən yaranan insan kiməsə qul olmamalıdır! Yəni nə günəşi, nə suyu, nə torpağı və havanı insan özününküləşdirə bilmədiyi kimi bu dörd ünsürün ümumi cəmi olan insanı da kimsə özününküləşdirə bilməz. Teymurilərin Şirvana yürüşü zamanı İbrahim şahla bağlı olan məşhur 9 qul əhvalatını hürufilər buna görə xa0tənqid edirdilər. Çünki o zaman İbrahim şah Teymurun hüzuruna 8 qulla gedərək 9 qul olduqlarını, doqquzuncusunun isə özü olduğunu bildirmişdi. Hürufilər o zaman onu çox tənqid etdilər. Onların düşüncəsinə görə insan Allaha məxsusdur və o heç bir insana qul ola bilməz. Hətta Teymura da! Nəimi özü “Cavidannamə”x9d “əsərində bu dörd ünsürlə bağlı xüsusi hesablamalar da aparıb.xa0
5-insanın duyğu üzvləri ilə bağlıdır. İnsanı heyvanat aləmindən fərqləndirən əsas cəhətlərindən biri də 5 duyğu orqanının daha kamil olmasıdır. Hürufilikdə insanın beş duyğu orqanı vasitəsilə məna aləminə vaqif ola bilməsi əks olunur. Bir çox orta əsr mütəsəvvifləri, filosof və şairləri öz əsərləri beş dairəsində yəni mükəmməllik dairəsində çatdırmağa çalışırdılar. Nəiminin əsərləri də Nizaminin “Xəmsə”x9dsi dıə beşlik dairəsində yaranıb.
6 rəqəmi isə hürufilikdə xüsusi məna kəsb edir. Allahın “ol”x9d deyərək kainatı yaratdığı zaman ilkin maddənin yaranmasından sonra meydana gələn zaman və məkanı xarakterizə edir. Altıya qədər olan rəqəmlər insanın ruh və şüur aləmində kamilləşmə işini aparır. Amma 6 xa0artıq nəticədir, xa0o ruh və şüurla həmahəng olan ilkin maddəni zaman və məkana görə əsaslandırır. Bildiyimiz kimi məkan daxilində insan 6 tərəfə sahib olur- sağ , sol, arxa, qabaq, aşağı və yuxarı. Yəni o hansı məkanda olmasından asılı olmayaraq 6 daxilindədir. Zamana gəldikdə isə indinin indisində də xa0bu anlayışı 6 rəqəmi idarə edir. Hər dəqiqədə 60 saniyə, hər saatda 60 dəqiqənin olması da 6-dan törəmə kimi izah olunur. Bütün bunları hamısı bir ideoqram xa0 şəklində xanəgahın giriş qapısında əks olunub. O zaman xanıgaha gələn dərvişlər, müridlər də öncə bu simvolları öyrənirdilər.xa0
Söhbətin bu yerində “madam ki, xanəgah özündə bu sirləri gizlədir. Ora gələn insanlar hansı məqamlara daha çox heyrətlənirlər”x9d sualını veririk. Müsahibin sözlərinə görə ziyarətçilər, turistlərin bir qismi ilk olaraq buranı yuxuda gördükdən sonra xanəgaha gəlirlər:
- Mən özüm iki ildir ki, xanəgahda çalışıram. Hazırda buranın direktoruyam. Amma onu sizə də deyim ki, özümün də bura gəlişim hanısa ilahi sirrin, hikmətin göstəricisidir. Burada elə simvollara rast gəlirəm ki, onların mənalarını heç bir kitabda rast gəlmək olmaz. Bu sadəcə mümkün deyil. Bura çox adamlar gəlir. Amma ən çox diqqətimi çəkən onların əksəriyyətinin yuxudan sonra gəlişidir. Eləsi var deyir ki, mən Nəiminin qəbrini də yuxuda görmüşəm və onunla bağlı olan təsvirləri türbəni heç görmədən belə düzgün sadalayır. Yuxu faktoru buranın ziyarətçilərində daha çox rast gəlinir. O adamlar gəlib gözləri ilə gördüklərinə təəccüblənirlər. Deyirlər, yuxuda bizlərə bunlar artıq deyilmişdi.xa0
“Özüm də çox sirləri yaşamışam”x9d. Bu cümlə mənə yox, Kamal müəllimə məxsusdur. Hər gün oranın batini enerjisində, sirli aurasında yaşayan direktor özünün bəzi yaşantılarını ilk olaraq bizə deyir:
- Mənim özümü də bura çox sirlər gətirdi. İlk dəfə olaraq sizə deyirəm. Öncə yuxu amilini demək istərdim. Bilirik ki, təsəvvüfdə yuxuya dərin və batini məna verilir. Məni də bura gətirən hikmətlər, sirlər var ki, onların əsasını gördüym yuxular təşkil edir. Təsəvvüfdə Yunus Əmrənin şeirlərində, Hacı Bektaş Vəlinin, Mövlanənin fikirlərində, Nəsiminin qəzəllərində rast gəlinən hadisələr olub ki, onları sonradan mən yaşamışam. Təsəvvüfdə yuxu görmələr barəsində ikili münasibət var: Yuxu görənlərin bəzilərinə yuxunu açmaq üçün icazə verilir, bəzilərinə isə yox. Mən təbii ki, yuxuların məzmununu danışmayacağam. Bunlar mənimlə İlahi arasındakı mənəvi sirdir. Amma onu deyim ki, mən əvvəllər təsəvvüflə maraqlanmamışam. Amma özümü yuxularımı Nəsiminin qəzəllərində özüm üçün aşkar edirdim. Seyid Yəhya Bakuvinin bir neçə il bundan əvvəl “Sufiliyin sirləri”x9d adlı əsəri əlimə keçdi. xa0Sanki mənim həyat yolum burada əks olunub. Orada yazılır ki, xanəgahlar heç zaman tək buraxılmır. Hər zaman missiya olaraq ora kimsə ilahi tərəfindən göndərilir. Necə göndərilir, nə üçün göndərilir hamısı yazılmışdı.. Və inanın mən özümü, xanəgaha gələn yolumu sanki o sətirlərdə oxudum.
Söhbətin bu yerində Kamal müəllimə daha bir sual veririk. Nəimi xanəgahı, ümumlikdə, hürufilik bu günün Azərbaycanına hansı səbəbdən və nə dərəcədə vacibdir? Kamal müəlllimin cavabı isə da özünü çox gözlətmir:
- Düşünürəm ki, Azərbaycan xalqının özünüdərk prosesi hürufiliyin əsasında keçməlidir. Hürufilik həm elmi, həm də irfai bir təlimdir. Bu gün onu araşdıranlar da belə müəyyən xətalara yol verirlər. Amma təsəvvüfdə, hürufi lüğətlərində “hökm”x9d sözü ilə “əmr”x9d sözünün tamam ayrı məna çalarları var. Çox təəssüflər olsun ki, bu günün insanları nəinki hürufilik kimi dərin bir sahəni, hətta İslam şəriətində adi məsələləri belə səhv anlayırlar. Halbuki bir zamanlar hürufilər çox asanlıqla həmin mərhələni keçiblər. Amma gördüyümüz kimi İslam dünyası bu gün hələ də şəriət mərhələsini adlaya bilmir.xa0
Başqa bir məsələ də “hər insan bir kainatdır”x9d ideyasıdır. Xanəgah bu gün milli yaddaş sistemindəki insan kiçik kainatdır tezisini əsaslandıracaq çox mühüm yerlərdən biridir. Bura hamı üçün açıq olan bir süfrədir. Hamı buradan qidalana bilər.Təbii ki, əgər könlündə ilahi eşq, irfani məhəbbət varsa... Hər bir insan həm də öz məqsədinə gedən oxdur. O istəsə bu xanəgahı özünə aparan kaman kimi istifadə edə bilər. xanəgah kaman kimi onun əlindədir..İstəsə özünü ox edib hədəfinə çata bilər.
“Ay ilə Günəş üzün heyranıdır,xa0
Müşk ilə ənbər saçın tərxanıdır”x9d
Nəsiminin ilkin baxışda sadə görününən beyti əslində kosmoloji sirləri özündə daşıyır. Kamal müəllim də xanəgahın həyətində dolaşarkən həyətdə iki daş parçası tapır. Güman edir ki, bu daş ta uzun əsrlər bundan əvvəl mürid babalardan bir nişanədir. Özü də nə daş:
- Xanəgahda o qədər sirli şeylər olur ki... Saymaqla qurtarası deyil. Elə xa0şeylər olur ki, onlar bəlkə də mənim üçün sirdir.. başqaları üçün adi bir şeydir. Nəsiminin “Ay ilə Günəş üzün heyranıdır, Müşk ilə ənbər saçın tərxanıdır”x9d beyti ilə başlanan qəzəlinin təsiri altında Xanəgahdan çıxıb evə gedirdim. Qəfildən yolda bir daş diqqətimi çəkdi. Qaldırıb gördüm ki, daşın bir tərəfindı Günəş əks olunub. Sabahısı gün başqa bir daş gözümə sataşdı. Qaldırıb görürəm ki, bunun o biri tərəfində Ay şəkli var. İnanın, bu gün burdakı xanəgahın bəlkə də hər bir daşı gizli rəzmlərlə zəngindir.
Bura hərdən çox ciddi adamlar gəlir. Bütün ölkənin ciddi bir şəxs kimi tanıdığı insan deyir ki, mən Fəzlullah Nəiminin türbəsini yuxumda görmüşəm və türbənin yanında da filan rəmzlər var... İnsan təəccüblənməyə bilmir.xa0
xa0
İsa Hüseynov buranın gizlin kitabələrindan istifadə edib
Nəsimi və hürufilik haqqında ən çox məlumatı məşhur “Nəsimi”x9d filmindən alırıq. Amma Kamal Xanıgahlı bildirir ki, İsa Hüseynov “Məşhər”x9d əsərini yazarkən xanəgahdakı gizli və sonradan yoxa çıxan kitabələrdən istifadə edib. Amma filmin də ciddi xətaları var:
- Mən “Nəsimi”x9d filminə çox baxmışam. Gözəl filmdir. Məzmunu ilə müəyyən qədər razıyam. Amma dərvişlərin təsviri məncə xətalıdır. Dərviş çox zaman inzivada olan və gəzərgi olsa da belə öz fiziki və batini təmizləyinə xüsusi diqqət edən adam olub. Amma burada dərvişlər və onların prinsipləri, həyat tərzi səhv təsvir edilib.xa0
Başqa bir səhv “Mən Allaham”x9d sözü ilə bağlıdır. Əslində heç bir hürufi özünə Allah demir, o özünü Allahda görür. Nəsiminin “Həqq mənəm, həqq məndədir həqq istərəm”x9d misralarının tamam ayrı dərin mənaları var. Bu deyim vəhdəti-vücuda söykənir və elmi yolla əsaslandırılır. Amma filmdə isə tamam ayrı kontekstdə deyilir.
Elmin xa0NURİxa0
































































































