Səbuhi Rəcəb: “İnsanın bir mövqeyi olmalıdır”x9d

Hazırda oxunan: Səbuhi Rəcəb: “İnsanın bir mövqeyi olmalıdır”x9d

113092
Həyat paylaşınca gözəl olur...
Ehtiyac zamanı insanların əlindən tutana və əldən düşənə kömək edənə Allah axirətdə əvəzini verəcəkdir...
... Mənim xətrimə yoxsul və ehtiyacı olanları razı salın. 
Məhəmməd Peyğəmbər (ə.s.)

... Onu görməsəm də, yaxından tanımasam da daim xeyirxah işlərindən xəbərdaram və hər dəfə də qəzetimizdə bu barədə məlumat veririk. Çünki Qızıl Aypara Cəmiyyətinin rayon bölmələrində tez-tez “12 May”x9d şirkətinin maliyyə dəstəyi ilə müxtəlif tədbirlər keçirilir. Ya internat məktəblərində, ya imkansız, tənha, xəstə insanlara ərzaq yardımında bu şirkətin xüsusi xidməti olur. Bu qədər xeyriyyəçilik edən bu insanla görüşmək istəsəm də nəsə müəyyən səbəblərdən alınmamışdı. Nəhayət bu günlərdə həmin görüş baş tutdu... 

Haqqında bəhs etdiyim xeyriyyəçi insan “12 May”x9d şirkətinin prezidenti, Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti, Türkiyə Sport Kombat Sambo Federesiyasının 1-ci vitse-prezidendi Hacı Səbuhi Rəcəbdir. 

Onunla görüşümüz gözəl bir məkanda ”“ “İmperator İbo”x9d restoranında oldu. Bura Səbuhi Rəcəbin rəhbəri olduğu məkanlardan biridir. Beləliklə, müsahibim Hacı Səbuhi Rəcəbdir.

- Sizi yaxından tanımaq istərdik. Səbuhi Rəcəb kimdir?

- Sadə bir Azərbaycan oğluyam. 1982-ci ildə Bakı şəhərində anadan olmuşam. Əslim Cənubi Azərbaycana gedib çıxır, babalarımın yurdu sayılır. Uşaqlığım, məktəb illərim Bakı şəhəri Qaradağ rayonunun Sahil qəsəbəsində keçib. 1999-cu ildə qəsəbədəki 228 saylı orta məktəbi əla qiymətlərlə bitirmişəm. Elə həmin il Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olmuşam. 2003-cü ildə bakolavrı fərqlənmə diplomu ilə bitirib, magistraturaya qəbul olmuşam. 2005-ci ildə magistraturanı da fərqlənmə diplomu ilə bitirmişəm. 2005-2006-cı illərdə hərbi xidmətdə olmuşam. Sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində İnzibati və Cinayət Hüququ şöbəsində mütəxəssis, böyük mütəxəssis vəzifəsində çalışmışam. Daha sonra o işdən ayrılmışam və sahibkarlıqla məşğul olmağa başlamışam. Azərbaycan Sahibkarlar Konfedarasiyasının üzvüyəm. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin donoruyam. Həm də könüllü olaraq müraciət etmişəm. Bu barədə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanovla birgə əməkdaşlıq müqaviləsi də imzalamışıq. Mən bunun üçün Novruz müəllimə minnətdaram. Azərbaycanda mənim rəhbərlik etdiyim şirkətlərdən daha nüfuzlu, daha böyük şirkətlər var ki, belə əməkdaşlıq müqaviləsi yoxdur. Mən Qızıl Aypara Cəmiyyəti ilə əməkdaşlıqdan çox məmnunam. Bu Cəmiyyətin həyata keçirdiyi humanitar və xeyirxah tədbirlərdə məmnuniyyətlə iştirak edirəm. Bizi bir əqidə birləşdirir. Əqidəmiz isə daha imkansız insanlara yardımçı olmaqdır. 

- Çox gənc yaşınızdan sahibkarlıqla məşğul olmağa başlamısınız. Halbuki dövlət qurumunda normal vəzifəniz var idi, hansı ki, çoxları sizin yerinizdə olmaq istərdi. Necə oldu ki, belə bir işi buraxıb sahibkarlığa meyl etdiniz?

- Sözün düzü, uşaq vaxtımdan xarici filmlərə baxanda iş adamlarına, restoranları olan adamlara həsədlə baxırdım. Hətta uşaq vaxtı kazinoları olan adamları görəndə mənim də kazinom olsun deyə düşünürdüm. (gülür). Amma bizim dində kazino sevilmədiyinə görə ona meyl etmədim. Həqiqətən, 19-20 yaşlı gənc bir oğlanın ilk iş yeri Konstitusiya Məhkəməsi kimi möhtəbər bir qurumun olması çox böyük şərəfdir. Amma ticarətdə çalışmağım, mən belə başa düşürəm ki, yəqin mənə ulu babalarımdan keçib. Atam da ticarətçi olub, atamın atası da. Çalışdığın işdə uğur əldə edəndə də, o sahədə çalışmağa həvəs bir az da artır... 

- Bu işdə özünüzü tapdınızmı? Restoran sahibi oldunuzmu?

- Bəli, çox rahatam. 10 gündən sonra 6 il tamam olacaq ki, mən sərbəst ticarətlə məşğulam, yəni parfumeriya mağazalarımız, restoranlarımız var. Ticarətdə özünü qoruyub saxlamaq çox çətin bir şeydir. Deyim ki, bu günə qədər vergi orqanları ilə heç bir problemimiz olmayıb. Vaxtlı-vaxtında vergimizi düzgün ödəyirik. Həqiqətən düzgün çalışırıq, işimizə haram qatmırıq. Bax, oturduğunuz bu məkana bir çox tanınmış insanlar gəlir, həm də təkrar-təkrar. Onları burada görəndə fikirləşirəm ki, demək buradakı xidmət, dad, ləzzət, təmizlik, nəsə onları çəkib ki, həmişə buraya gəlirlər. Bu iş sahəsində çox mühümdür. 
İndi şirkətimiz xaricdə də tanınır. Xarici ölkələrdə olan iş adamları bizi dəvət edirlər. Orada Azərbaycanımızı yüksək səviyyədə təmsil edirik. Eyni zamanda, orada gördüklərimiz yaxşı nə varsa gəlib burada, öz işimizdə tətbiq edirik. Dünya gör-götür dünyasıdır. Düzdür, bir az gəncəm, amma özümü bu sahədə çox yaxşı hiss edirəm... 

- Siz söhbətinizin əvvəlində dediniz ki, bu şirkəti ananız yaratmışdır...

- Bəli, ancaq 2012-ci ildən artıq bu şirkətin təsisçisi mənəm. Anam indi təhsil sahəsində çalışır. “İbrahim 2010”x9d MMC, “Gövhər media”x9d qrupu və çox sadalamaq istəmirəm, bir neçə şirkətimiz var. Amma yalnız “12 May”x9d şirkəti daha çox fəaliyyətdədir. Həm də gördüyümüz işin 90 faizi xeyriyyəçilik istiqamətindədir. 

- Xeyriyyəçilikdən söz düşmüşkən, burada bir yazı diqqətimi cəlb etdi: “Şəhid ailələrindən, müharibə veteranlarından və Milli Qəhrəman ailələrindən burada hesab alınmır”x9d. Bu doğurdanmı belədir?

- Necə deyim, insanın bir mövqeyi olmalıdır. Bir yola çıxırsansa, xeyriyyəçilik edirsənsə konkret mövqeyin olmalıdır. Bu işi Azərbaycanda ilk dəfə biz başlamışıq. Hər gün buraya nə qədər adam gəlirdi. Sonra baxdıq ki, artıq oturmağa yer yoxdu salonda. Onda biz gələn insanlardan vəsiqə göstərməyi xahiş etdik. Çünki, gördük ki, bunlar nə Qarabağ qazisi, nə də şəhid ailəsi deyil. Ona görə də məcbur olub vəsiqə göstərməyi xahiş etdik... 
Bir dəfə Tibb Universitetinin tələbəsi olan bir qız burada yemək yeyərkən həmin yazını oxudu və təəccüblə soruşdu ki, doğrdanmı siz burda şəhid ailəsindən olanlardan hesab almırsınız? Dedik əlbəttə. Onda vəsiqəsini göstərdi ki, mən də şəhid qızıyam, atam Qarabağ döyüşlərində şəhid olub. Həmin gündən biz o tələbə qızdan buraya gəldiyi zaman nə yesə, hesab almırdıq. Sonradan hətta ona burada bir ad günü də keçirdik... 
Bəzən internet səhifəsində hərə bir şey yazır. Məsələn, özünüzü reklam edirsiniz deyirlər. Bu cür düşünənlər üçün bir haşiyə çıxmaq istəyirəm. Bizim bir rus dili müəllimimiz var idi - Əliheydər Kazımov - bizim sevimli müəllimlərimizdən biri idi. O zaman da dövr ürəkaçan deyildi, müharibə şəraitində yaşayırdıq. Elə oldu ki, bir gün Əliheydər müəllim növbəti dərslərindən biri zamanı bizə “uşaqlar, bilirsiniz, Qarabağda savaş var, bu durumda, bu vəziyyətdə, Ana vətənə lazım olduğum bir vaxtda mən artıq müəllimlik edə bilmərəm və könüllü olaraq Qarabağa düşmənlə döyüşməyə gedirəm. Sizi çox istəyirəm, dərslərinizi yaxşı oxuyun, biz sizin üçün, Azərbaycanın gələcəyi üçün canımızdan keçməyə gedirik”x9d dedi və bir neçə aydan sonra biz onun şəhid olduğunu eşitdik. Bütün sinif ağlayırdı, çox təsir etmişdi bizə. Elə həmin məktəbə bizim müəllimin adı verildi - Şəhid Əliheydər Kazımov. Mən əziz müəllimimin xatirəsini heç vaxt unutmuram və onun səsi qulaqlarımdan getmir. Daim çalışıram ki, Əliheydər Kazımov kimi şəhidlərimizin xatirinə heç olmasa nəsə bir yaxşı iş görüm. Əgər biz bu gün bir şəhid ailəsinə cüzi də olsa bir işdə kömək etmiş oluruqsa, bu insanlıq borcudu. Tam səmimi deyirəm, mən düşünürəm ki, əgər mən də gedib Qarabağda şəhid olaramsa mənim uşaqlarıma və həyat yoldaşıma kimsə kömək durmalıdır. İstər qohum olsun, istərsə yad. Mən gedib torpaq uğrunda şəhid olurumsa, geridə qalanların borcudur ki, şəhidin ailəsinə kömək olsun. Qiyamət günündə hamımız bir-birimiz ilə üzləşəcəyik. Onda həmin şəhid soruşacaq ki, mən gedib vətən uğrunda döyüşüb şəhid oldum, sən neylədin? Onda şəxsən mənim deməyə sözüm olacaq. Ona görə də bu gün mən öz çalışdığım məkanda bacardığım qədər bu ailələrin üzvlərinə yardımçı olmağı özümə borc bilirəm. Bu reklam üçün deyil. İnsanlığı olan hər kəs bunu etməlidir. Hərdən mənə elə gəlir ki, həmin şəhidlər göy üzündən bizə baxırlar...

- İndi sizdən də çox varı-dövləti, böyük imkana sahib olan adamlar var ki, sizin qədər xeyriyyəçilik işləri görmürlər. İçinizdə olan bu xeyirxah hiss hardan qaynaqlanır?

- Bilmirəm... Mən gözümü açıb belə görmüşəm. Biz çox imkanlı ailə olmuşuq. Anam da xeyriyyəçidir. Bir də elə bilirəm ki, bu işdə dostlarımın da mənə təsiri olub. Uşaqlıqdan çox yaxşı dostlarım olub. Onu da deyim ki, dostlarım həmişə kasıb uşaqları olub. Filmlərdəki kimi, bəzən evdə mən danlanmışam ki, elə uşaqlarla niyə dostluq edirəm. Anam zavod müdiri idi. Mən həmin zavodda sement maşınının sürücüsünün oğlu ilə dostluq edirdim. Həm də çox yaxın dostum idi. Əynimin kutkasını, ayaqabımı verirdim, ad günümə saat bağışlayırdılar, mən tez aparıb ona verirdim... Yəni onu demək istəyirəm ki, xeyirxahlıq hissi məndə uşaqlıqdan adət halını alıb. 

- Kiməsə xeyirxahlıq edəndə hansı hissləri keçirirsiniz?

- Xeyriyyəçilik etməkdən zövq alıram. Rahat oluram, özümü çox yaxşı hiss edirəm. 

- Sizin xeyirxahlığınızdan sui istifadə edənlər olurmu?

- Olur. Məsələn, bu yaxınlarda bir xanım facebook səhifəsində yazıb məndən 4 otaqlı ev istəyirdi. Ona başa saldım ki, bu mənim imkanım xaricindədir. Ancaq sənə müəyyən işdə yardımçı ola bilərəm. Məsələn, hər gün hər iş məkanımdan sənə 3 manat yazdıra bilərəm. Hər gününə 10 manat pul edər. Şəhərin istənilən yerində kirayə ev tuta bilərsən. Və hər gün iki uşağın və özün üçün yemək də verərəm...

- Həcc ziyarətində nə zaman olmusunuz?

- 2012-ci ildə, onda 30 yaşım vardı...

- Həcc ziyarətindən sonra özünüzdə hansı dəyişikliyi gördünüz, yəni nə dəyişdi?

- Kəbə evini ziyarət edib gələndən sonra özümlə daha çox danışıram. Hər hərəkətimə ölçülü-biçili baxıram. Mənim ruhum çox rahat olub. Hər xeyirxah bir iş görəndən sonra ruhum rahatlıq tapır. 

- Son günlər manatın dollara nisbətən dəyəri aşağı düşüb. Bir iş adamı olaraq sizin fikrinizi bilmək maraqlı olardı...

- Son baş verən hadisələrlə bağlı fikrim budur: bəlkə bundan sonra Azərbaycanda toylarda masaların üstü insan masasına uyğun şəkildə tərtib olunar. Üst-üstə qablarda elə yeməklər olur ki, əksər toylarda altda olan qabda nə var heç masada oturan toyun axırına qədər xəbər tutmur... Hər cür içkilər, qazlı -qazsız meyvə şirələri, kürülər, yağ-pendir, kolbasa , meyvə, tərəvəz, paytaxt və ya kənd salatı və s. Axı görəsən həqiqətən bu qədər yemək-içməyə ehtiyac varmı? Biz toya və ya nişana nəyə görə gedirik ki ? Məclis sahibini batırmaq üçünmü? Kredit çəkib bahalı restoranlarda məclis təşkil edənlər artıq belə şeylər etməzlər çox güman ki... 
Dollar belə getdi, manat belə gəldi ”“ deyənlər isə bilsinlər ki , bu vəziyyət Azərbaycanda illər əvvəl baş verməli vəziyyətdir... Sadəcə Dövlət bu günkü vəziyyəti bir neçə il gecikdirdi, böyük itkilər vasitəsilə... 
Bu gün dollar qalxıb, sabah manat qalxacaq, məzənnə dəyişəcək, bərabər olacaq...
Yeri -göyü Yaradan Allah ən böyükdür, ruhdan düşməyin, Ya Allah deyin, Allah bütün Azərbaycan xalqına kömək olsun... Amin.

- Siz həm də idmançısınız...

- Bəli, idmana 6 yaşımdan başlamışam - 1988-89-cu illərdə ən məşhur idman növü karate idi. “Brus Li”x9dnin filmlərinə maraq göstərdiyimiz illər idi. Hər kəs özünü “Brus Li”x9dyə bənzədirdi (gülür). Uşaqlıq dövrümüz idi. Bunlar hamısı bu gün xatirədir, təbii ki. Maraqlı və xoş xatirələr. O vaxtı belə hər yerdə zal yox idi, hansısa məktəbin idman zalı var idi və idman dərsləri keçirilirdi. Həmin ərəfədə karate dərsləri başlamışdı. Xüsusi idman formam, geyimim yox idi, lakin özümə geyim tapdım və ilk məşqə də icazəsiz getdim.
Həmin gün hamı məni axtarmışdı, qorxmuşdular ki, itmişəm. Gəlib məşqdə tapmışdılar, düzdü həmin gün danlanmışdım, amma daha sonra yenə gizlin gedirdim məşqlərə.
Sonra 1995-ci illərdən taekvondo çox məşhur olduğundan bu idman növünə başladım.
1997-ci ildə Dinamo idman mərkəzində yenidən karate məşqlərinə başladım. Daha sonra 1999-cu ildə Budokan idman mərkəzində bir neçə dostum ilə taekvondo və kikboksinq ilə məşğul olmağa başladım. Beləcə məndə artıq kikboksinqə maraq yarandı və bu idmanla məşğul olmağı 2004-cü ilə qədər davam etdirdim. 2004-cü ildən 2006-cı ilə qədər boks ilə məşğul oldum və idman fəaliyyətimə idmançı olaraq son qoydum.
Vaxt azlığı, iş-güc və müəyyən səbəblərdən idmana davam edə bilməyəcəyimi düşündüm. Lakin bir müddət idmandan uzaq qaldıqdan sonra müxtəlif professional idman zallarında fitnes, trenajor ilə məşğul olmağa başladım və indi də imkan dairəsində vaxt tapan kimi idmanla məşğul oluram.
Mən həm də o vaxt -2001-ci ildə Azərbaycan Muay Tay və Kikboksinq Federasiyasının idman ustası olmuşam. Bu gün federasiya Azərbaycan Kikboksinq Federasiyası adlanır. 
2014-cü ilin may ayından etibarən Azərbaycan Sambo Federasiyasında Döyüş Sambosu (Combat Sambo) üzrə vitse-prezident olaraq fəaliyyət göstərirəm. Hamı bu və ya digər federasiyalardan maaş aldığımı düşünür və suallar verir, sizin vasitəniz ilə buradan bir daha bildirirəm. Mən heç bir müəssisədən, cəmiyyətdən, federasiya, habelə qurumdan maaş almıram, əksinə, maaş verdiyim insanlar var, çox şükür. 

- Bir neçə ay əvvəl Türkiyədə tədbir keçirildi. Və bu tədbir Türkiyə Sambo Federasiyasında seçimlə bağlı idi. Türkiyə Sport Kombat Sambo Federasiyasına 1-ci vitse-prezident seçildiniz. Necə oldu bu fikir yarandı?

- Birinci ondan başlayım ki, Türkiyə Sambo Federasiyası 2009-cu ildən Qədir Məmmədov tərəfindən yaradılıb. Qədir müəllim də öz həmvətinimizdir. Sambo qardaş Türkiyədə ilk olaraq İstanbulda yaradıldı və bir çox işləri məhz İstanbulda həyata keçirildi.
Türkiyədə Özünümüdafiə klubları birliyi dərnəyi adı ilə ilk rəsmi Sambo dərnəyi yarandı. Samboçularımız Dünya çempionatlarında, Beynəlxalq turnirlərdə iştirak etdilər, bizim zəhmətimiz yerdə qalmadı. Türkiyə Sport Kombat Sambo Federasiyası Baku 2015 Avropa Oyunlarında iştirak edən 6 türk federasiyasından biri idi, bu da sambo idmanının qardaş Türkiyədə necə inkişaf etdiyinin göstəricisidir.
Mənim Türkiyə ilə bir neçə layihəm və əməkdaşlığım olub. Qədir müəllim mənə söylədi ki, mən onlarla bərabər çalışım, məni dəvət etdilər və seçildim. Türkiyə Sport Kombat Sambo Federasiyasının 1-ci vitse-prezidenti olaraq, artıq irəlidə bir neçə planımız var.

- Biz il ayrıcında görüşürük. Bir neçə gündən sonra Yeni ilə qədəm qoyacağıq. Arzularınızı bilmək istərdik...

- Bu il mənim üçün çox uğurlu olub. Azərbaycanlı iş adamı kimi xaricdə bir federasiyanın birinci vitse-prezidenti seçilmişəm. Bu, Türkiyə SPORT KOMBAT SANBO Federasiyasıdır. Bir Azərbaycanlı olaraq oraya birinci vitse-prezident seçilmək məncə çox böyük nailiyətdir. Baxmayaraq ki, mən maaş almıram, əksinə orada yardım edirəm. Ümumiyyətlə, 2015-ci il Azərbaycanımız üçün uğurlu olub. Birinci Avropa oyunlarının Azərbaycanda keçirilməsi də çox böyük nailiyyətdir. 
Qarşıdakı Yeni ildə biz ancaq Qarabağ məsələsinin həll olunmasını gözləyirik. Bu gün hörmətli Ali Baş Komandan İlham Əliyev və Müdafiə naziri, cənab Zakir Həsənovun gördüyü işlər, onların qayğısı, diqqəti bizim üçün qürurvericidir. Hörmətli nazir Zakir Həsənovun əsgərlərə göstərdiyi diqqət bizim hamımız üçün bəsdir, bizi qoruyan əsgərlərimizdir, onlara göstərilən qayğı bizə qarşı göstərilən qayğıdır.
Bir məsələni xüsusi vurğulamaq istəyirəm. Ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyevin xalqla sıx birliyi var. Mən bunu birinci Avropa oyunlarında bir daha gördüm. Yəqin hamının yadında olar, yarışlarda erməni idmançısı qalib gəlmişdi. Hörmətli prezidentimiz qalibləri təltif etməyə çıxanda zalda tamaşaçıların etiraz səsləri ucalanda cənab prezident əli ilə “sakit olun”x9d işarəsi verdi. Bir anda hamı sakitləşdi. Bilirsinizmi, bu çox böyük hadisədir. Xalqın öz prezidentinə göstərdiyi sevgidir, inamdır. Onda mən çox qürur duydum...
Mətləbdən uzaqlaşmayaq qarşıdan gələn yeni ildə bütün xalqımıza əmin-amanlıq, sağlamlıq arzulayıram. Dünya Azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibətilə xalqımızı təbrik edirəm. Hər bir çətinlik arxada qalacaq. Mən buna inanıram. 

Şəmsiyyə Musaqızı




© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin