Azərbaycan parlamentinin eks-spikeri, hazırda ABŞ-da mühacirət həyatı yaşayan tanınmış siyasətçi Rəsul Quliyev ölkənin ictimai-siyasi həyatında baş verənlər barədə “Cümhuriyət”x9d qəzetinə müsahibə verib.
Moderator.azxa0həmin müsahibəni təqdim edir.xa0
- Rəsul bəy, Azərbaycanda hazırkı ictimai-siyasi vəziyyəti necə dəyərləndirirsiniz?xa0
- Ölkə təlatüm qabağı çalxalanmağa başlamış dənizə bənzəyir. 10 illərlə daxili və xarici siyasətin ancaq bir faktor - neft istehsalı və satışı üzərində qurulması bu sektorda baş vermiş kardinal dəyişikliyin nəticəsində ölkəni iflasın astanasına gətirib çıxarıb. Mən 1994-cü ildən bu günə qədər bu siyasətin törədə biləcəyi fəsadların ağır olacağı barədə yüzlərlə yazı və ən azı 3 kitab yazmışam, ancaq nəinki hökumətimiz bunları qəbul etməyib, hətta bunları paxıllıqdan, düşmənçilikdən yazılmış məqalələr, kitablar hesab edib. Yeraltı sərvətlərdən əldə edilən gəliri özünün şəxsi xidməti hesab edən həm iqtidarların, həm də ölkələrin axırı tarix boyu həmişə iflasla qurtarıb. Hökumətin apardığı siyasət nəticəsində kiçik və orta biznes strukturları yaranmayıb. Korrupsiya və rüşvət istənilən biznesi ağıllı, fərasətli, bacarıqlı insanlar üçün yasaq edib. İndi həmin korrupsiya, rüşvət torunda hökumətin özünün yaratdığı məmurlar, cib “biznesmenləri”x9d çabalayırlar. Əslində, istənilən məmurun düşə biləcəyi bu tor yeni qurbanlar gözləyir. Hələ tora düşməyənlər bir az öncə əməkdaşlıq etdiyi, “krışa”x9dlıq adamları itələyib tora salmaqla özlərinin kənarda qalacaqlarına ümid edirlər. Daxili siyasət nəticəsində dövlət büdcəsinin 70-80%-i neftin satışından əldə edilən vəsaitin hesabına formalaşdırılıb. Vətəndaşlara əmək haqları (müxtəlif qruplara müxtəlif səviyyədə) artırılaraq 6 milyard dollar səviyyəsinə çatdırılıb. Bu əmək haqlarının demək olar ki, 5 milyardı dövlət büdcəsindən verilir. Azərbaycanda normal olaraq bu rəqəm 1 milyarddan yuxarı olmamalı idi. Əslində, 4 milyard əmək haqqı ölkədə yaradılmasının vacib olduğu orta və kiçik biznesdən əldə edilməli idi. Hökumət öz siyasəti ilə bu mənbəyin üzərindən xətt çəkib dövlət büdcəsindən daha doğrusu, neft pulundan ödəyir. Məqsəd camaatı total şəkildə özündən asılı vəziyyətə salmaqla mütiləşdirməkdir. Gördüyünüz kimi, bu gün bu məqsədə uğurla nail olublar deyə bilərik. Ancaq bu mütiliyin həddi, sərhədi məlumdur. Nə vaxt hökumət camaatın qarşısında götürdüyü öhdəliyi yerinə yetirə bilməsə, dediyim o təlatüm başlayacaq. Artıq maaşlar yubanır, iş yerləri ixtisara düşür, yəni dəniz çalxalanır.
- Leyla və Arif yunusların azadlığa çıxmasından sonra Qərbdən hakimiyyətə dəstəyin gələcəyi gözlənilirdi. Lakin ABŞ gözləntilərin əksinə olaraq, hakimiyyətə qarşı sanksiyaları gündəmə gətirdi. Nə baş verir? xa0 xa0 xa0xa0
- Leyla Yunusun azad edilməsi hökumət üçün pozitiv haldır. Onun və ərinin azad edilməsində Avropa parlamentinin və xüsusilə Almaniyanın kansleri Merkelin təzyiqlərinin əsas rol oynamasına baxmayaraq, hökumətə qarşı neqativ münasibət Avropada bir qədər zəiflədi. Bilirsiniz heç Stalin repressiyası vaxtı belə insanları düşüncələri, fikirlərinə görə ittiham etməyiblər. Həmin fikirlərin arxasında dayanmış real addımlara görə həbs ediblər. Qərbdən hakimiyyətə dəstəyin gələcəyini heç kim gözləməli deyildi. Hökumət əgər həmin günün səhəri həbs etdiyi siyasi dustaqların hamısını azad etsəydi, ona qarşı münasibət bir qədər istiləşə bilərdi. ABŞ-ın və Avropa İttifaqının belə addımlar atacağı gözlənilən idi. Türkiyədə keçirilən G-20 toplantısında Ərdoğan Azərbaycan prezidentini dəvət edib onu Qərb dövlətlərinin liderlərinə yaxınlaşdırmağa cəhd etdi. Onun ardınca prezidentin Fransaya səfəri xəbərlərini oxuyub, televizorlara baxan çox bəsit düşüncəlilər belə, Azərbaycana sivil ölkələrin münasibətinin tam dəyişdiyini, faktiki izolyasiyaya salındığını görməyə bilməzdi. 20 illik siyasətin nəticəsi olaraq Avropa qitəsində qalmış cəmi 2 totalitar rejimli ölkədən (ərazisi 100 faiz Avropa qitəsində yerləşəm ölkələrin sayı 47-dir.) biri Azərbaycandır. Avropa ərazisində yerləşən ən yuxarı ranqlı korrupsiyası olan cəmi iki ölkədən biri (digəri Ukrayna) Azərbaycandır. xa0Avropa qitəsində yerləşən ən aşağı demokratiya ranqlı iki ölkədən biri (digəri Belarus) Azərbaycandır. Bu dediklərim tanınmış, obyektivliyi qəbul olunmuş, bir neçə hörmətli beynəlxalq təşkilatların hesabatlarındandır. Fərqli təşkilatlar olmaqlarına baxmayaraq, gəldikləri nəticələr üst-üstə düşür. Bu hesabatların obyektivliyini şübhə altına almaq, ancaq istehzaya səbəb ola bilər. Çünki bu təşkilatlar Avropanın hegemon ölkələri Almaniya, İngiltərə, Fransa və ya ABŞ-ı, məsələn, Skandinaviya ölkələrindən aşağıda yerləşdiriblər. Onların bizə paxıllığı tutur kimi əcaib, ağılsız fərziyyələr irəli sürmək ayıbdır, çünki ağılsızlığın ifrat həddinə dəlalət edir. Məsələn, “siz xa0varlı, cah-cəlalla yaşayan tanıdığınız nazirlərdən birinin xa0körpünün altında qul bazarında dayanıb bir neçə saatlıq iş axtaran birisinə paxıllığı tutarmı”x9d - sualına necə cavab verərsiniz, maksimum “insanlığı varsa, yazığı gələr”x9d - deyərsiniz. Mən bir dəfə qeyd etmişəm, bir daha qeyd edirəm bizim paxıllıq ediləsi heç bir şeyimiz yoxdur. xa020 il müddətində biz addım-addım bugünkü vəziyyətimizə doğru irəliləmişik. Biz bu gün 20 il əvvəlkindən qat-qat fərqliyik. Neft dollarlarını havaya sovurub modern binalar tikməkdən başqa bütün sahələrdə o cümlədən mənəviyyat xa0və əxlaq göstərcilərinə görə dərənin dibindəyik və oradan çıxmağımıza xa0nə ölkə daxilində, nə də xaricdə artıq heç kim inanmır. Bizim mənəvi erroziyamızın göstəricilərindən biri ölkədə donosbazlığın artmasıdır. Azərbaycanda donosçuluq 1930-cu illər Mir Cəfər Bağırov dövründəki səviyyədən bir neçə dəfə yuxarı qalxıb. Fikirləşirəm ki, bir çoxları danosçuluqla başqasının qeyri-qanunu hərəkətləri barədə xəbər verməyin fərqini bilmir. Donosçuluq öz maraqları və ya qorxudan başqasının görmədiyi, etmədiyi işlər barədə yalan məlumatlar verməkdir. Müasir zamanda qəzetlər vasitəsilə (bu gün Azərbaycanda yayılmış və genişlənən formadır) donos xarakterli, bədii emosional yazıların çap olunması geniş vüsat alıb. Məhkəmə sisteminin olmadığı ölkədə hökumətin xoşuna gəlmək (süfrədən qalmış tör-töküntülərə sahib olmaq üçün) və ya şantaj, reket yolu ilə pullulardan pul qoparmaq naminə inzibatı orqanlara qəzet səhifələrindən donos yazan jurnalistlər, o qəzetlərin redaktorları xalqın mənəviyyat və əxlaqını puç etdiklərini anlamırlar.xa0
Sovet dövründə də ifrat yaltaqlığı və donosçuluğu ilə yuxarı eşolonda yerləşmiş Azərbaycan 20 illik daxili siyasət nəticəsində tam amorf vətəndaşlı bir ölkəyə çevrilib. Kimyada katalizator anlayışı var, yəni istənilən bir prosesi sürətləndirmək üçün istifadə edilən material. Azərbaycanda xalqın mənəviyyat və xa0əxlaqının itirməsində katalizator rolunu çox təəssüf bir sıra jurnalistlər, qəzetlər və onların redaktorlarının rolu daxili siyasəti formalaşdıran hökumət rəhbərlərindən heç də geri qalmır. Hakimiyyətin məqsədi xalqı manqurtlaşdırmaq yolu ilə problemsiz və istədiyi kimi idarə etmək üzərində qurulub. Bir çoxlarımız müqavimət göstərmək əvəzinə katalizator rolu oynamağımızı özümüzə şərəf hesab etmişik. Manqurtlaşma prosesinin pionerlərinə çevrilmişik. İş elə gətirib ki, bir-birindən fantastik donoslar düzəldib onu ucuz qiymətə satmaq üçün növbəyə durmuşuq.xa0
- “Neft erası başa çatdı və Azərbaycan artıq Qərbə lazım deyil”x9d kimi fikirlər paylaşılır. Yəni Azərbaycan Qərbə, o cümlədən ABŞ-a sırf enerji amilinə görə lazım idi?
- Bu həddən artıq primitiv yanaşmadır. Azərbaycan neftinin heç vaxt elə bir strateji əhəmiyyəti olmayıb. Özünüz fikirləşin, Azərbaycan maksimum gündə 700 min barrel neft bazara çıxarıb. Bilirsiniz, dünyada gündə neçə barrel neft çıxarılır? 100 miliyon barel. ABŞ-ın embarqo qoyduğu İran gündə 3 milyon barel xa0neft eksport edirdi, yəni Azərbaycandan 4 dəfə çox. Azərbaycanın ən çox neft istehsal etdiyi illərdən biri 2005-ci il idi. Bu ildə ABŞ-ın demokratik parlament seçkiləri keçirilməsinə verilən dəstək ən yüksək səviyyədə olub, heç bir neft faktoruna məhəl qoyulmadan. 2005-ci ildən sonra ABŞ və AB Azərbaycan müxalifətinin heç bir iş görməyə qadir olmadığı qərarına gəldi. 2008, 2010-cu illər seçkilərində əsasən hökuməti dilə tutmaqla nəyəsə nail olmaq istədi. Qərb 2013-cü ildə yenidən bir qədər aktivləşdi, hətta senator və konqresmenləri Bakıya göndərib prezidenti “Rüstəm İbrahimbəyovu seçkiyə buraxacağam”x9d deməyə məcbur etdilər. Yəni onu seçkilərə buraxmamaqla qeyri-legitimlik presedenti yaranacaqdı. Ancaq bəzi müxalifət liderlərinin tutduğu mövqe bu ümidi də alt-üst etdi. Müxalifətin sonradan keçirdiyi 150-500 adamlıq mitinqlər Azərbaycan xalqına olan ümidləri yerlə-yeksan etdi. Nəticədə insanların hüquqlarının müdafiəsini Krist Smit kimi insanlar öz üzərinə götürdü. Konqresmen Smit üçün neft faktorunun heç vaxt heç bir əhəmiyyəti olmayıb.
- Rəsul bəy, sizə də məlum olduğu kimi, keçmiş prezident Ayaz Mütəllibov həmkarı Əbülfəz Elçibəyi “primitiv siyasətçi”x9d adlandırdı. Buna münasibətiniz necədir?
- Əbülfəz Elçibəyin necə siyasətçi olması barədə fikir söyləmək fikrim yoxdur. Ancaq söhbət müqayisə etməkdən gedərsə, əgər Mütəllibov özünü siyasətçi hesab edirsə, deməli, Əbülfəz bəy dahi siyasətçi sayılmalıdır.
- Mütəllibovu başqa necə xarakterizə edərdiniz?
- Kimisə xarakterizə etməyin əsas şərti o adamın şəxsiyyətxa0olmasıdır. Ona görə də onu xarakterizə edəcək sözüm yoxdur.
- Sağ mərkəzçi qüvvələrin yerini dini radikal qüvvələr almağa başlayıb. Nardaran proseslərinə münasibətdə bir sıra siyasi partiyalar da dindarları dəstəkləyən mövqe ortaya qoydular. Bu, Azərbaycana nə vəd edir?
- Azərbaycanda haradan bu ibarəli ifadələr “sağ mərkəzçi qüvvələr”x9d ortaya çıxır başa düşmürəm. Kim o sağ mərkəzçi qüvvənin nə demək olduğunu izah edə bilər? Azərbaycanda nə sağ, nə sol mərkəzçi yoxdur və bunun nə olduğunu bilən də yoxdur. Daha doğrusu, sual “Azərbaycanda olmayan müxalifətin yerini xa0dindarlar doldura bilər”x9d şəkilində olmalıdır. Cavab birmənalıdır, bəli, tuta bilərlər. Dini inqilablar mahiyyətcə həmişə əksəriyyətin haqlarının tapdalandığı ölkələrdə baş verir. Hökumət bu inqilabın qarşısını almağın yeganə yolunu repressiyalarda görür. Bu repressiyaları müxalifətə qarşı tətbiq etməklə tamamilə aradan çıxara bilməsi onu yolun düz olduğu qənaətinə çatdırıb. Təəssüf ki, dinçilərlə müxalifətin fərqini görmək istəmir və bu da həm onlar üçün, həm də bütövlükdə Azərbaycan üçün faciəli qurtara bilər. Müxalifətdən fərqli olaraq, onların ideologiyası var və bu ideologiyanın kifayət qədər daşıyıcısı var. İkincisi, dəmir nizam-intizamları və fanatik olmaqları onların gücünü birə on artırır. Ona görə də onları fiziki aradan götürməyin əvəzinə bu radikallığı yaradan səbəbləri aradan götürmək lazımdır.
- Fikrinizcə, son seçkilər Azərbaycan müxalifətinin yenilənməli olduğu zərurətini yaratmadı?
- Azərbaycan müxalifəti 2005-ci il parlament seçkilərindən sonra yenilənməli idi. 10 ildən sonra yenilənməyə bir şey qalmayıb. Artıq müxalifət yoxdur, müxalifət imitasiyası yaradan bir neçə qəzet və ya internet səhifəsi var.
- Rəsul bəy, bəs müxalifətdə görməyə adət etdiyimiz siyasi liderlər niyə yerlərini başqalarına verməkdə çətinlik çəkirlər?
- Həyatda məşğul ola biləcəkləri heç bir sənət qazana bilmədikləri üçün.
Mənsur Rəğbətoğlu































































































