“Hərbi kəşfiyyat və Əks-kəşfiyyat İdarələri MTN-nin tərkibindən çıxarılmalıdır”x9d

Hazırda oxunan: “Hərbi kəşfiyyat və Əks-kəşfiyyat İdarələri MTN-nin tərkibindən çıxarılmalıdır”x9d

103849

Ərəstun Oruclu: “Güc orqanları üzərində həm ictimai, həm də çoxpilləli dövlət nəzarəti olmalıdır”x9d

xa0

“MTN işi”x9d ilə bağlı KİV-də yayılan məlumatlar, aşkara çıxan qanunsuzluqlar artıq bir neçə gündür ki, ölkə gündəminin bir nömrəli məsələsi olaraq qalmaqdadır. Sabiq MTN rəhbərliyinin yol verdiyi cinayətlərin miqyası ictimai rəyi o dərəcədə məşğul edib ki, parlament seçkiləri belə baş verən olayların kölgəsində nəzərəçarpmaz olub.

Moderator.az saytı və “Hürriyyət”x9d qəzeti olaraq Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu ilə söhbətimizdə “MTN işi”x9d ilə bağlı bəzi məsələlərə aydınlıq gətirməyə çalışdıq.

xa0

-Ərəstun bəy, MTN-də baş verən son olayları ölkənin müharibə hazırlığı və təhlükəsizliyi baxımından necə dəyərləndirirsiniz? Sizcə MTN rəhbərliyi kütləvi surətdə ciddi qanun pozuntusunda ittiham edilən bir ölkə iqtidar təmsilçilərinin iddia etdiyi kimi, müharibə və zəfərə qadir ola bilərmi?

xa0

-Bu suala həm “hə”x9d, həm də “yox”x9d kimi cavab vermək olar. Bu məsələ bir neçə söz və yaxud bir neçə cümlə ilə izah ediləcək məsələ deyil. Bildiyiniz kimi, düşmən dövlətlər bir-birləri ilə ən müxtəlif sahələrdə rəqabət aparırlar. Bu baxımdan mühüm sahələrdən biri də kəşfiyyat və əks-kəşfiyyat sahəsidir. Tutaq ki, biri digərinin daxilində kəşfiyyat aparır. Daxilində kəşfiyyat aparıran dövlət isə çalışır ki, bunun qarşısını alsın. Əgər dövlətin təhlükəsizlik orqanlarında vəziyyət bərbaddırsa, bu, o deməkdir ki, həm kəşfiyyat, həmdə əks-kəşfiyyət sahəsində vəziyyət qənaətbəxş deyil. Bu gün Azərbaycanın xüsusi xidmət orqanlarının əsas vəzifələrindən biri Ermənistanda kəşfiyyat aparmaq və erməni kəşfiyyatının Azərbaycandakı fəaliyyətinin qarşısını almaqdır. Mən düşünmürəm ki, rəhbərliyi bu qədər cinayətə bulaşmış bir dövlət orqanı bu işin öhdəsindən gələ bilsin. Çünki hər bir dövlət qurumunun fəaliyyətini onun rəhbərliyi müəyyən edir. Əgər rəhbərliyin başı öz şəxsi maraqlarının təmin edilməsinə qarışıbsa, o zaman hansısa ciddi uğurdan danışmaq əbəsdir. Şübhəsiz ki, hərbi aktivlik artacağı halda bizim arxa cəbhəmiz zəif ola bilər. Bizxa0 bu müstəvidə zərbələr ala bilərik. Hesab edirəm ki, Eldar Mahmudov vəzifəyə gətiriləndən sonra MTN-nin strukturunda ciddi səhvlərə yol verilib. Hansı ki, bu səhvlərin aradan qaldırılması da olduqca vacibdir.

xa0

-Sizcə o səhvlər nədən ibarətdir?

xa0

-Bu səhvlərdən biri Hərbi kəşfiyyat və Əks-kəşfiyyatın MTN-nin tərkibinə daxil edilməsi idi. Çünki Hərbi kəşfiyyat və Əks-kəşfiyyat müstəqil olmalıdır. Onlar daha çox Müdafiyə Nazirliyi ilə işləməlidir. Təbii ki, həm hərbi kəşfiyyat, həm də əks-kəşfiyyat MTN-lə də əlaqəli işləməlidir. Lakin onun tabeliyində olmamalıdır. Son və acı təcrübə göstərdi ki, bütün qurumların bir çətir altında birləşdirilməsi və onların faktiki olaraq bir nəfərin iradəsinə tabe etdirilməsi, nəticədə bütün bu qurumların hamısının fəaliyyətini zədələmiş olur. MTN-də struktur dəyişikliyi ilə bağlı prezdentin də sərəncamı oldu. Bu struktur dəyişikliyinin mahiyyəti nədən ibarətdir bunu bilmirəm, ancaq hər halda ümid edək ki, bu amildə nəzərə alınacaq. Bir daha qeyd edirəm ki, bütün bu qurumları MTN-nın tabeliyinə vermək yalnışdır. Bu qurumları bir nazirliyin tabeçiliyinə verməyin daha bir zərərli tərəfi də var. Bu nazirliyin rəhbərliyinə gətirilən şəxs xain olursa, cinayətkar olursa, başqa ölkənin kəşfiyyatına işləyirsə, bu o deməkdir ki, artıq bütün qurum sıradan çıxmış olur.

xa0

-MTN bu günə qədər istər PKK, istərsə də İŞİD təhlükəsiylə bağlı bütün məsələlərin diqqət mərkəzində olduğunu, ölkə daxilində əməliyyat şəraətinə nəzarət edildiyini bildirirdi. Lakin son hadisələr fonunda keçmiş MTN rəhəbərlərinin şəxsi maraqları çərçivəsində İŞİD üzvlərinin, vəhabiləri himayə etdiyi ilə bağlı informasiyalar səslənir. Əgər bu informasiyalar qismən də olsa həqiqətdirsə, o zaman söyləmək olarmı ki, Azərbaycan ikiqat təhlükə altındadır?

xa0

-Mən bu məlumatları nə təsdiq, nə də təkzib edə bilmərəm. Ona görə təsdiq edə bilmərəm ki, bununla bağlı əlimdə hər hansı məlumat yoxdur. Ona görə təkzib edə bilmərəm ki, belə bir mühüm dövlət qurumunun rəhbərliyi korrupsiyaya qurşanıbsa, o zaman biz nəyin ki, ikiqat, onqat təhlükə altındadır. Unutmaq olmaz ki, bu cür təhlükələr sadəcə İŞİD-dən və ya PKK-dan gəlmir. Bu cür təhlükələr, qonşu dövlətlərdən də, eləcə də müharibə şəraitində olduğumuz Ermənistandan da gələ bilər. Mən bəlkə də beşqat təhlükə altında olduğumuzu inkar eləmirəm. Sadəcə, indi bunu dərk edə bilmirik.

xa0

-MTN-lə bağlı hadisələr üzə çıxandan sonra bəzi siyasilər belə bir fikir bildirdi ki, sadəcə keçmiş MTN rəhbərləri deyil, bu quruma nəzarət etməli olan digər dövlət qurumları və ya şəxslər də cəzalandırılmalıdır. Necə hesab edirsiniz, bu gün MTN və ya digər güc orqanları üzərində hansısa dövlət qurumunun nəzarəti mövcuddurmu? Əgər mövcuddursa, o zaman həmim şəxslər də məsuliyyətə cəlb edilməlidirmi?

xa0

-Burada söhbət bir qurumun və ya br şəxsin nəzarətindən getməməlidir. Birincisi, bu tip qurumların hamısının fəaliyyətində şəffaflıq olmalıdır. Bu qurumların fəaliyyətində şəffaflığın təmin edilməsi olduqca vacibdir. Bu qurumlar media üçün açıq olmalıdır. Təbii ki, bu, öz fəaliyyət proqramında, qanaunvericilikdə nəzərdə tutulduğu həddə olmalıdr. İkincisi, bu qurumların üzərində həm də ictimai nəzarət olmalıdır. Insanlar bilməlidirlər ki, onların vergiləri hesabına saxlanılan nazirliklər hansı faəliyyətlə məşğuldur və bu fəaliyyətlə bağlı ictimaiyyət mütəmadi şəkildə məlumatlandırılmalıdır. Verilən sorğulara, suallara cavab verilməlidir. Lakin bu, bizim praktikada demək olar ki, heç vaxt mövcud olmayıb.

Bundan başqa, güc orqanlarına çoxpilləli dövlət nəzarəti də olmalıdır. Yəni bu qurumların üzərində parlament nəzarəti, Prezident Administrasiyasında müvafiq şöbələrin nəzarəti olmalıdır. Azərbaycanda ifrat mərkəzləşmiş idarəetmə sistemi mövcuddur. Buna görə də indiki halda buna cavabdeh olan şəxsləri axtarıb tapmaq, müəyyənləşdirmək kifayət qədər çətin olacaq. Buna kim nəzarət etməlidir, kim cavabdehlik daşıyır, kimlər baş verən qanunsuzluqların qarşısını almalı idi ”“ bu və bu kimi sualların cavabı birmənalı deyil. MTN rəhbərləri müxtəlif nazirləri onlar haqqında ifşaedici məlumatlar toplamaqla təhdid edirdisə, o zaman onlara kim necə nəzarət edə bilərdi? Onlara nəzarəti yalnız prezident edə bilərdi. Amma kimliyindən asılı olmayaraq bir nəfərin bütün dövlətə, bütün dövlət qurumlarına nəzarət etməsi mümkündürmü? Bu gün ən böyük problemlərdən biri dövlət qurumlarının rassional idarə edilməməsi və onlara arasındakı münasibətlər sisteminin pozulmasıdır. Məhz bu səbəbdən də ortaya MTN-dəki kimi dəhşətli olaylar meydana çıxır. Bu gün bu problem MTN-lə bağlı meydana çıxırsa, sabah başqa nazirliklər, dövlət komitələri ilə bağlı da baş verə bilər. Burada problemi önləmək üçün hansısa tələlər, tryuklar qurmaq lazım deyil. Ölkədə hüquqi mexanizmlər işləməlidir. Bu, problemlərin qarşısını almaq baxımından ən effektiv üsuldur. Lakin bu gün ölkədə hüquqi mexanizmlərin işləməsi dövlət rəhbərlərinə, onların mənafeyinə nə dərəcədə cavab verir? Əsas məsələ və problem bununla bağlıdır.

xa0

-Bəzi ictimai-siyasi xadimlər hesb edir ki, əslində ciddi təftiş aparılarsa, o zaman aşağı-yuxarı digər nazirliklərdə də MTN-də kimi acınacaqlı vəziyyətin üzə çıxacağı şübhəsizdir. Bu qənaəti bölüşürsünüzmü?

xa0

-MTN spesifik bir orqandır. Bu, təhlükəsizlik orqanıdır. Bu baxımdan mən deməzdim ki, ordakı vəziyyət eyniylə digər nazirliklərdə də aşkarlanacaq. Lakin bir məqam var ki, bunu qeyd etmək lazımdır. Korrupsiya, özbaşınalıq, işçilərin rüşvət və tapşırıq əsnasında seçilməsi, müxtəlif vasitələrlə insanın sərvətinin, mülkiyyətinin əlindən alınması baxımından düşünürəm ki, digər nazirliklərlə MTN arasında böyük fərq olmayacaq. Sadəcə, MTN-nin bu tip cinayətləri həyata keçirməsi üçün imkanları daha geniş olub. Amma mən də şübhə etmirəm ki, aşağı-yuxarı bütün qüsurlar digər nzirliklərdə də aşkarlanacaq.

xa0

Seymur Əliyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin