Bakının mərkəzi küçələrindən birində piyada zolağı qaydalara uyğun çəkilməyib. Belə ki, piyada keçidi ağacların basdırıldığı qapalı əraziyə çıxır. Nəticədə də yoldan istifadə edən piyadalar təhlükə ilə üz-üzə qalırlar. Maraqlısı budur ki, zolağın niyə belə çəkilməsi haqda aididyyatı qurumlara sorğu ünvanlasaq da, bildirilib ki, işin hansı qurum tərəfindən görüldüyü məlum deyil.
Bizim.Media xəbər verir ki, zolağın çəkilişində səhvə yol verilib, piyadalar təhlükə ilə üz-üzə qalırlar.
Paytaxtın Tbilisi prospekti 107 ünvanında piyadalar üçün keçid düzgün hazırlanmayıb. Belə ki, piyada keçidi ağacların basdırıldığı qapalı əraziyə çıxır.
Sakinlər bildirir ki, piyada zolağından gün ərzində bir neçə dəfə keçirlər, bu hal isə onların işini çətinləşdirir.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən deyilib ki, piyada keçidinin nə vaxt, hansı qurum tərəfindən çəkildiyi araşdırılır. Nəticəsindən asılı olaraq tədbir görüləcək.
Bizim.Media
- A-
- A
- A+
Multimedia
21:44 / 16.10.2022
Bakıda bu yolda piyada zolağı var, ancaq istifadə etmək olmur - VİDEO
Hazırda oxunan: Bakıda bu yolda piyada zolağı var, ancaq istifadə etmək olmur - VİDEO
Hazırda oxunan: Bakıda bu yolda piyada zolağı var, ancaq istifadə etmək olmur - VİDEO
99600
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.