Zəncandakı dini məktəbin divarına "Xameneiyə ölüm olsun" şüarları yazılıb - VİDEO 

Hazırda oxunan: Zəncandakı dini məktəbin divarına "Xameneiyə ölüm olsun" şüarları yazılıb - VİDEO 

98118

Zəncandakı “Əz-Zəhra dini-elmi məktəb”-in divarına anti-hökumət şüarları yazılıb. 

Bizim.Media “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir ki, sosial mediada yayılan videoda görünür ki, Zəncan şəhərində etirazçılar “Əz-Zəhra dini-elmi məktəbi”-nin divarına “top, tüfəng, tank ola, molla gərək rədd ola", "Xameneiyə ölüm olsun” şüarını yazıblar. 

Qeyd edək ki, İranda 22 yaşlı Məhsa Əmininin “Əxlaq” polisi tərəfindən döyülərək qətlə yetirilməsi səbəbilə 22 gündür ki, etiraz aksiyaları keçirilir. Nümayişlərdə 100-dən çox insan hökumət qüvvələri tərəfindən öldürülüb.  

Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin