İranda etirazçılar dövlət binalarını yandırır – ANBAAN VİDEO

Hazırda oxunan: İranda etirazçılar dövlət binalarını yandırır – ANBAAN VİDEO

96215

Çabahar şəhərində qəzəbli əhali polis komandirinin etnik bəluç qıza təcavüz etməsinə və “Əxlaq” polisi tərəfindən 22 yaşlı Məhsa Əmininin öldürülməsinə etiraz olaraq valilik binasına od vurublar. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Azad İran” Telegram kanalı yayıb.

Etirazlar sentyabrın 27-də keçirilib. Ümummilli etirazların 12-ci günündə axşam saatlarında çabaharlılar nümayişlərə başlayıblar. Narazılar daha sonra yol polisinin köşkünü yandırıb, habelə “Ticarət Bank”ının şüşələrini sındırıblar.
Qəzəbli kütlə valilik binasının önünə toplaşaraq öncə binanı daşa tutub, sonra yandırıb. Polis və xüsusi təyinatlı qüvvələr birbaşa insanlara atəş açaraq bir neçə nəfəri öldürüb və yaralayıb. Yaralıların və ölənlərin sayı barədə dəqiq məlumat yoxdur.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin