Vətən müharibəsinin 68 iştirakçısı və 2 şəhid ailəsi üzvü polisə qəbul edildi - VİDEO 

Hazırda oxunan: Vətən müharibəsinin 68 iştirakçısı və 2 şəhid ailəsi üzvü polisə qəbul edildi - VİDEO 

95301

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və vətəndaşların bölgələrdə qəbulu cədvəlinə uyğun olaraq, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov bu gün Gəncə Şəhər Baş Polis İdarəsində növbəti qəbul keçirib. 

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, Şəhər Baş Polis İdarəsinin inzibati binasında Gəncə, Göygöl, Samux, Kəlbəcər, Daşkəsən, Ağstafa, Tovuz, Gədəbəy, Qazax və Şəmkir şəhər və rayonlarından qəbula gələn vətəndaşların müraciətlərini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin əksəriyyəti yerindəcə həllini tapıb. 
Daha sonra general-polkovnik V.Eyvazov bölgə üzrə polis orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib. 

Sıra baxışında ətraf rayonlarda yaşayan, polis orqanlarında xidmət etmək arzusunda olan gənclər iştirak edib.

Xidmətə qəbulun şərtlərinə uyğun gələn 394 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 68-i Vətən müharibəsi iştirakçısı, 2-si isə şəhid ailələrinin üzvləri olublar. 

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin