Tehranda polislər 22 yaşlı Məhsa Əminini belə öldürüblər - ANBAAN VİDEO

Hazırda oxunan: Tehranda polislər 22 yaşlı Məhsa Əminini belə öldürüblər - ANBAAN VİDEO

94705

Xəbər verdiyimiz kimi, Tehranda 22 yaşlı Məhsa Əmini polislər tərəfindən öldürülüb. Sosial şəbəkədə Xameneyinin əlaltılarının vəhşiliyi qeydə alınıb.

Bizim.Media həmin görüntüləri sizə təqdim edir.

"IranWire" adlı xəbər saytı Məhsa Əmininin həbsdə olan saxlanılan bacısı Kiaraşın ifadələrini dərc edib. Kiaraşın sözlərinə görə, bacısı ilə magistral yolun kənarında olarkən əxlaq polisinin maşını onların yanında dayanaraq Əminini saxlayıb. Ona bildiriblər ki, bacısı "bir saatlıq maarifləndirilmə"dən sonra buraxılacaq. 
Məhsa Əmininin ailəsi qızlarının sağlam olduğunu və onun qəfil ürək probleminə səbəb ola biləcək heç bir xəstəliyinin olmadığını bildirib.

Qeyd edək ki, İranda bir neçə aydır ki, hicaba qarşı etirazları keçirilir. Fəallar hicab taxmaqdan imtina edərək, ölkədə məcburi hicab tələbinin ləğvini tələb edirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin