Ötən gün güclü qasırğanın Xaçmazın enerji sistemini iflic vəziyyətinə saldığı, gün ərzində rayon ərazisində elektrik enerjisinin olmaması barədə məlumat vermişdik.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, külək nəticəsində Xaçmazın bir sıra yaşayış məntəqələrində yerli sakinlər üçün problemlər yaranıb.
Sakinlər enerji ilə yanaşı, içməli su sarıdan da çətinlik yaşayıblar. İçməli su sistemləri enerji ilə işlədiyindən isti yay günündə əhali içməli su problemi ilə üzləşib.
Strateji əhəmiyyətli obyektlər, özəl çörəkbişirmə müəssisələri generatordan istifadə etməklə çətinliyi dəf edə biliblər. Güclü küləyin əsasən enerji sahəsinə ciddi ziyan vurması barədə məlumatlı olduğumuzdan “Azərişıq” ASC-nin mətbuat katibi Vaqif Aydınoğludan baş verənlərlə bağlı münasibət öyrəndik.
Həmkarımızın açıqlamasına görə, çox nadir hallarda müşahidə edilən güclü külək Xaçmaz rayonunun enerji şəbəkəsinə ciddi zərbə vurub:
“Qasırğa nəticəsində 4 istiqamətdə yüksək gərginlikli magistral elektrik şəbəkəsinin üzərinə ağaclar aşıb. Zərər görən şəbəkə sistemi heç də köhnə deyil, hamısı yenilənmiş, izolyasiyalı kabellər və avadanlıqlardır, külək bütün sistemi bərbad hala salıb.
Bu səbəbdən sistemi aşan ağaclardan təmizləmək, xətti nizamlayıb enerji vermək çox vaxt aparıb və axşam saatlarında – 21:00-dan sonra enerji verilişini bərpa etmək mümkün olub”.
Vaqif Aydınoğlu məlumatında onu da bildirib ki, bu bir təbii fəlakət idi, dünyanın hər yerində belə hadisələr olur:
“Elektriklərimiz də imkan daxilində ötən gün optimal müddətdə işığın verilişini bərpa etdilər”.
Qeyd edək ki, avqustun 11-də Xaçmazla yanaşı, şimal bölgəsinin Quba, Qusar, Şabran, Siyəzən rayonlarında da analoji problem yaşanıb və görülən tədbirlərlə ərazilərə enerji verilişi bərpa edilib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Multimedia
15:13 / 12.08.2022
Güclü qasırğa Xaçmazın enerji sistemini İFLİC ETDİ – VİDEO
Hazırda oxunan: Güclü qasırğa Xaçmazın enerji sistemini İFLİC ETDİ – VİDEO
Hazırda oxunan: Güclü qasırğa Xaçmazın enerji sistemini İFLİC ETDİ – VİDEO
88262
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.