Washington Post: “Krım partlayışlarını Ukrayna xüsusi təyinatlıları törədib” - VİDEO

Hazırda oxunan: Washington Post: “Krım partlayışlarını Ukrayna xüsusi təyinatlıları törədib” - VİDEO

87908

Krımın Novofedorovka bölgəsində yerləşən Rusiya hərbi aerodromundakı partlayışlar Ukrayna xüsusi təyinatlılarının əməliyyatı nəticəsində baş verib.

Bizim.Media “The Washington Post” qəzetinə istinadən xəbər verir ki, bu barədə Ukrayna hökumətinin adının açıqlanmayan nümayəndəsi danışıb.

Nəşr xüsusi təyinatlıların hansı bölməsindən söhbət getdiyini dəqiqləşdirməyib.

BBC yazıb ki, Ukrayna Xüsusi Əməliyyat Qüvvələri Rusiya qoşunlarının arxa cəbhəsində, o cümlədən Rusiya ərazisində əməliyyatlar təşkil edir. “The Washington Post”un Ukrayna hökumətindəki həmsöhbəti Krımda hücumun necə təşkil edildiyini açıqlamayıb. 

ABŞ hökumətinin sözçüsü adının açıqlanmasını istəməyən nəşrə bildirib ki, Novofedorovkadakı hücumu, ehtimal ki, Ukrayna həyata keçirib. Əməliyyat zamanı Kiyev Vaşinqtonun verdiyi silahlardan istifadə etməyib.
Çərşənbə günü səhər Ukrayna Hərbi Hava Qüvvələri Novofedorovkada doqquz rus təyyarəsinin məhv edildiyini bildirib, lakin bu məlumatın düzgünlüyünü yoxlamaq mümkün olmayıb.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin