Qara dəniz üzərindən “taxıl dəhlizi”ni işə salmaq üçün təkcə Rusiya Federasiyasından təhlükəsizlik zəmanəti tələb olunmur.
Bizim.Meda xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenskinin İsveçin baş naziri Maqdalena Anderssonla görüşdən sonra keçirdiyi mətbuat konfransında verdiyi açıqlamada bildirir:
"Hazırda Türkiyə tərəfi və limanlarımızdan taxılın çıxışının təhlükəsizliyinə cavabdeh olan BMT, nümayəndələrimizlə danışıqlar aparırıq. Amma çox vacib məqam odur ki, bizə taxıl yükləməyə gələcək kimsə müəyyən ölkələrin gəmilərinin təhlükəsizliyinə zəmanət versin. Güvənmədiyimiz Rusiyadan başqa".
Xatırladaq ki, daha əvvəl bildirilmişdi ki , BMT Təhlükəsizlik Şurası iyulda "taxıl dəhlizi" ilə bağlı sazişi təsdiq edə biləcək iclas keçirməyi planlaşdırır.
Gözlənilir ki, tərəflər Ukrayna taxılının ixracı ilə bağlı İstanbulda keçiriləcək görüşdə razılığa gəlsinlər, lakin bunun nə vaxt baş tutacağı hələ bəlli deyil.
Bizim.Media
- A-
- A
- A+
Multimedia
23:20 / 04.07.2022
Zelenski “taxıl dəhlizi\"ndən danışdı - VİDEO
Hazırda oxunan: Zelenski “taxıl dəhlizi\"ndən danışdı - VİDEO
Hazırda oxunan: Zelenski “taxıl dəhlizi\"ndən danışdı - VİDEO
82292
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.