Kremençuqda ticarət mərkəzində ölənlərin sayı 10-a çatdı - YENİLƏNİB – FOTO-VİDEO

Hazırda oxunan: Kremençuqda ticarət mərkəzində ölənlərin sayı 10-a çatdı - YENİLƏNİB – FOTO-VİDEO

81206

Poltava vilayət hərbi administrasiyasının rəhbəri Dmitri Luninin sözlərinə görə, Rusiyanın Kremençuqdakı ticarət mərkəzinə endirdiyi zərbənin qurbanı ən azı on nəfər olub.

Bizim.Media xəbər verir ki, Ukrayna Dövlət Fövqəladə Xidməti əlavə edib ki, 40 nəfər tibbi yardıma müraciət edib, onlardan 19-u xəstəxanaya yerləşdirilib.

Xilasedicilər ticarət mərkəzində baş verən yanğını söndürməkdə davam edir.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı Kremençuqa raket hücumunun Rusiya Federasiyasının Kursk vilayəti ərazisindən həyata keçirildiyini bildirib.

Məlumatda qeyd olunur ki, uzaqmənzilli X-22 raketləri Tu-22 M3 bombardmançılarından atılıb. Təyyarələr Şaykovka aerodromundan havaya qalxıb, atışlar isə Kursk vilayətindən həyata keçirilib.

*** 20:25

Kremençukda Rusiyanın raket hücumuna məruz qalan ticarət mərkəzində baş verən yanğın yerində 115 yanğınsöndürən və 20 texnika işləyir. Ukrayna Dəmir Yollarının yanğınsöndürən qatarı yanğın yerinə gedir.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Fövqəladə Hallar Dövlət Xidməti yayıb.

Xidmətin məlumatına görə, yanğının sahəsi 10 min kvadratmetrdən çoxdur. Ukrayna prezidentinin dəftərxanası bildirib ki, hazırda bütün yaxın ərazilərdən xilasedicilər Kremençuka gəlir.

Prezident Administrasiyası Aparatının rəhbərinin müavini Kirill Timoşenko “Telegram”da yazıb: 

"Biz zərərçəkənlərə mümkün qədər tez yardım göstərmək üçün əlimizdən gələni edirik. Hadisə yerinə təcili yardım maşınları göndəririk, yaralıları qəbul etmək üçün regional xəstəxanaları hazırlayırıq".

*** 19:07

Bazar ertəsi axşam, iyunun 27-də Rusiya Federasiyası Poltava vilayətinin Kremençuq şəhərindəki Amstor ticarət və əyləncə mərkəzinə raket zərbəsi endirib. Zərbə zamanı orada minə yaxın insan olub. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ukrayna mətbuatı yayıb.

Mənbə çoxlu sayda zərəçəkənlərin olduğunu deyir. Hazırda 20 nəfərin yaralandığı məlumdur. Onlardan 9-nun vəziyyəti ağırdır, 2 nəfərin öldüyü bildirilir.

Faktı Ukrayna Prezidentinin Aparatının rəhbərinin müavini Kiril Timoşenko təsdiq edib.

* * * 18:32

Rusiya hərbçiləri Poltava vilayətinin Kremençuk şəhərinə raket zərbəsi endirib və həmin an mindən çox dinc sakinin olduğu ticarət mərkəzini vurub. 

Bizim.Media xəbər verir ki,  bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Telegram-da yazıb.

"Ticarət mərkəzi yanır, xilasedicilər yanğını söndürür, qurbanların sayını təsəvvür etmək mümkün deyil", - Ukrayna prezidenti ticarət mərkəzinin yandığını göstərən videonu yayıb.
Zərbə nəticəsində neçə nəfərin yaralandığı və öldüyü hələlik məlum deyil. "Rusiya ordusu üçün bunu heç bir strateji dəyəri yoxdur. Məqsədləri yalnız insanların öldürməkdir”, deyə Zelenski vurğulayıb.

* * * 17:31

Ruslar yenidən Kremençuqa raket zərbəsi endirdilər. Poltavada da partlayış səsləri eşidilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Poltava vilayətinin rəhbəri Dmitri Lunin məlumat verib.

“Təfərrüatlar sonra veriləcək. Biz sığınacaqlarda qalırıq!”, Lunin yazıb. Poltava meri Oleksandr Mamay bildirib ki, şəhərdə partlayış səsləri eşidilib.
"Poltava sakinləri, şəhərdə partlayış səsləri eşidilir. Sığınacaqlarda qalın. Biz təfərrüatları öyrənirik", - Mamay qeyd edib.

Bizim.Media


 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin