“Daşnaksütyun” partiyasının davamçılarının Fransadakı səfirliyimizə hücumunun detalları - VİDEO

Hazırda oxunan: “Daşnaksütyun” partiyasının davamçılarının Fransadakı səfirliyimizə hücumunun detalları - VİDEO

79712

Bizim.Media xəbər verir ki,Azərbaycanın Fransadakı Səfirliyi tərəfindən “Şuşa İli” çərçivəsində hazırlanmış Qarabağla bağlı filmin nümayişi zamanı ermənilər təxribat törətməyə çalışıblar.

Azərbaycanın Fransadakı Səfirliyinin paylaşdığı məlumata əsasən “Şuşa İli” çərçivəsində 16 iyun 2022-ci il tarixində Azərbaycanın Fransadakı Səfirliyinin təşkilatçılığı ilə Fransada fəaliyyət göstərən “ERE TV” telekanalının hazırladığı Qarabağ və Şuşa ilə bağlı “Qarabağa gedən yol” adlı filmin ilkin nümayişi baş tutub. 
 

MÖVZU İLƏ BAĞLI:

Müxalifətçilər İrəvan meydanlarını tərk etdilər - Paşinyanın partiyası


Sözügedən filmin çəkilişləri cari ilin yanvar ayında Səfirlik tərəfindən təşkil olunmuş, telekanalın ölkəmizin işğaldan azad olunmuş ərazilərinə səfəri zamanı baş tutmuşdur.

Filmin nümayişi zamanı Fransada yaşayan erməni diasporunun radikal nümayəndələri, aktiv təxribatçı fəaliyyəti ilə tanınan “FRA Nor Seround” assosiasiyasının bir qrup üzvü Azərbaycan Səfirliyinin Mədəniyyət Mərkəzinə hücum edərək filmin nümayişinə mane olmağa çalışıblar. Onlar “Şuşa Azərbaycan deyil”,”Qarabağ bizimdir” kimi təxribatçı şüarlar səsləndirərək, Mədəniyyət Mərkəzinin binasına zərər vurmağa çalışıblar.

Səfirlik tərəfindən fransız polisinə müraciət edilmiş və onların bu cəhdlərinin qarşısı alınmışdır. Fransız polisi təxribatçı dəstənin əsas üzvünü saxlayıb. 

Qeyd edək ki, Fransada fəaliyyət göstərən “FRA Nor Seround”təşkilatı “Daşnaksütyun” partiyasının davamçıları hesab olunur.

Erməni təxribatçılarının cəhdlərinə baxmayaraq, “Qarabağa gedən yol” adlı filmin ilkin nümayişi uğurla baş tutub və  film Fransa ictimaiyyətinin böyük marağına səbəb olub. Sözügedən film iyun ayının sonunda “ERE TV” telekanalında yayımlanılacaq.

Leyla Şah, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin