2024-cü ildə bütün ölkə fiberoptik internetlə təmin olunacaq.
Bizim.Media xəbər verir ki, bunu “Xəzər TV”nin “Xəbər Ertəsi” proqramında qonaq olan “Aztelekom” MMC-nin şöbə müdiri Emin Quliyev deyib.
Bölgələrdə internet xətlərinin çəkilişi ilə bağlı yaranan problemlərə toxunan şöbə müdiri bildirib ki, bunun səbəbi avadanlıqlardakı limitdir:
“Bölgələrdə olan avadanlıqlar evlərin, abunəçilərin sayına uyğun quraşdırlır. Əhalinin sayı artdıqda isə tələbləri qarşılamaq lazım gəlir. Hazırda bölgələrdə olan avadanlıqların əksəriyyətində internet çəkilişi üçün müəyyən limitlər var.
Bu səbəbdən də hər kəsin internetlə təminatı mümkün olmur. Lakin 2024-cü ildə bütün ölkə fiberoptik internet xətləri ilə təmin olunacaq. Bu xətlərdə isə heç bir limit olmur və abunəçilərin əhatə dairəsini istənilən qədər genişləndirmək mümkün olur. Beləliklə, həmin vaxtda istənilən şəxs internetə çıxış əldə edə biləcək”.
Bizim.Media
- A-
- A
- A+
Multimedia
12:36 / 17.05.2022
Azərbaycanda internetlə bağlı əhaliyə ŞAD XƏBƏR: 2024-cü ildən... - VİDEO
Hazırda oxunan: Azərbaycanda internetlə bağlı əhaliyə ŞAD XƏBƏR: 2024-cü ildən... - VİDEO
Hazırda oxunan: Azərbaycanda internetlə bağlı əhaliyə ŞAD XƏBƏR: 2024-cü ildən... - VİDEO
74765
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.