Şuşada keçirilən Beynəlxalq Kulinariya Festivalından ÖZƏL GÖRÜNTÜLƏR

Hazırda oxunan: Şuşada keçirilən Beynəlxalq Kulinariya Festivalından ÖZƏL GÖRÜNTÜLƏR

73087

Mayın 5-dən 8-dək Heydər Əliyev Fondu və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada müxtəlif ölkələrin kulinarlarını bir araya gətirən  ilk Beynəlxalq Kulinariya Festivalı keçirilir.

Festivalın əsas məqsədi Şuşanın qədimliyi, gözəlliyi fonunda Azərbaycan xalqının qonaqpərvərliyini bir daha nümayiş etdirməkdir.

Festivalda Almaniya, Avstriya, Çin, Fransa, Gürcüstan, İndoneziya, İran, İsrail, İtaliya, Malayziya, Türkiyə və Yaponiyadan kulinarlar qonaqları ölkələrinin təamları ilə tanış olmaq imkanı qazanıblar. 
Kulinariya festivalında Azərbaycanın Abşeron-Xızı, Bakı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Lənkəran-Astara, Mərkəzi Aran, Naxçıvan, Qarabağ, Quba-Xaçmaz, Şəki-Zaqatala və digər iqtisadi rayonları da təmsil olunacaq. Festival günlərində 11 milli, 11 xarici pavilyon qurulacaq, qonaqlar Azərbaycanın bölgələrinin, eləcə də dünya mətbəxinin nümunələrinin dadına baxa biləcəklər.Həmçinin Azərbaycanlı aşpazlar tərəfindən yerli yeməklərimizin hazırlanması ilə bağlı xarici qonaqlar üçün ustad dərsləri keçirilməkdədir.

Tədbirə Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, İtaliya, İsrail, Kanada, Koreya, Rusiya, Türkiyə və digər ölkələrdən qida sahəsi üzrə beynəlxalq ekspertlər, bloqerlər də qatılıblar.

Festival günlərində qonaqlara incəsənət ustalarının iştirakı ilə bədii proqramlar, xalq oyunları və maraqlı tamaşalar təqdim edilir. Artıq bununla bağlı tamaşalar sərgilənməkdədir və bir çox teatrlarımızın yaradıcı heyyəti Şuşadadır.İstirahət və əyləncə zonasındakı pavilyonlarda tamaşalar, konsert və sərgilər təşkil olunur.

Həmçinin Azərbaycanın milli sənətkarlıq nümunələri də sərgilənir.

Festival çərçivəsində mayın 5-dən 9-dək Şuşada 30-dan çox Azərbaycan rəssam və heykəltəraşının iştirakı ilə “Şuşa. Bahar əfsanəsi” adlı plener keçiriləcək. Təbiət qoynunda yaradılacaq əsərlər vaxtı ilə işğal altında olmuş bir şəhərin hazırkı vəziyyətini, füsunkar təbiətini canlandırır.
Şuşa Beynəlxalq Kulinariya Festivalı işğaldan azad olunan şəhər və rayonlarımızın dirçəldilməsi, otuz ildən sonra bu torpaqlara yenə ruzi və bərəkətin, əmin-amanlığın qayıtmasının rəmzi ifadəsidir.

Leyla Şah, Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin