“Burada çox populyar müğənnilər var ki, Rusiyada sevilmirlər. Fantastik qonorar müqabilində müğənniləri çağırıblar ki, konsert versinlər. Amma təəssüf ki, zalı doldura bilməyiblər, yerlər boş qalıb”.
Bizim.Media xəbər verir ki, bu sözləri Vəfa Şərifova qonaq olduğu “7 canlı” axşam şousunda deyib.
Müğənni şou-biznesdə “at oynadan” həmkarlarının Rusiyada konsert vermələrinə rəğmən, zalı tamaşaçı ilə doldura bilmədiklərini vurğulayıb.
“Rusiyada kasıb da, varlı da var. 2-3 mahnısı populyarlaşan müğənniyə böyük məbləğdə qonorar verirlər. Amma 2-ci dəfə həmin ifaçını Rusiyaya çağırmırlar. Biri var ki, Rusiyada sənin toyların, konsertlərin, silsilə şəklində çıxışların olsun. Biri də var ki, əlinə şans düşür bir dəfə gedirsən artıqlamasıyla qonorar istəyirsən… Amma növbəti dəfə o təklifi görmürsən (gülür)”.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Multimedia
11:39 / 29.04.2022
Vəfa həmkarlarını məsxərəyə qoydu: “Onları 2-ci dəfə Rusiyaya çağırmırlar” – VİDEO
Hazırda oxunan: Vəfa həmkarlarını məsxərəyə qoydu: “Onları 2-ci dəfə Rusiyaya çağırmırlar” – VİDEO
Hazırda oxunan: Vəfa həmkarlarını məsxərəyə qoydu: “Onları 2-ci dəfə Rusiyaya çağırmırlar” – VİDEO
72011
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.