"Burnumda nəfəslə bağlı quruma gedirdi. Məhz bu səbəbdən həkimə müraciət etdim və yenidən burnumda plastik əməliyyat keçirdim. İlk burun əməliyyatım 15 il bundan əvvəl olub. Peşəkar həkim tərəfindən burun əməliyyatım icra olunsa da, nəfəs almaqda çətinlik çəkirdim, problem yaşayırdım".
Bizim.Media xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva "Şourum" maqazin verilişinə müsahibəsində deyib.
Sənətçi təkcə burnunda (rinoplastika) deyil, eyni zamanda göz qapaqlarınıda (blefaroplastika) əməliyyat etdirdiyini açıqlayıb.
"Göz qapaqlarımdan da əməliyyat olundum. Çünki gözlərimin qapaq hissəsi ətli idi. Qərar verdik ki, onları da əməliyyat yolu ilə düzəldək".
"Həyatda riski sevən xanımam" deyən Fətəliyeva "gözəllik qurban tələb edir" deyimi üçün hər an riskə hazır olduğunu bildirib.
"Həyatımla risk oyunu oynayıram. Güzgüyə baxanda öz əksimi gözəl görmədiyimdə, səhnədə olduğu zaman neqativ dolu hisslərimi tamaşaçıya ötürə bilərəm. Amma gözəl görünəndə, komplekslərim olmayanda, pozitivlik ötürərəm tamaşaçılara".
Xalq artisti Aygün Kazımovaya pərəştiş etdiyi söyləyən Fatimə getdikcə xarici görünüşü ilə yanaşı səsinin belə ona bənzədiyini deyib.
"Mən Aygün xanımı çox sevirəm, getdikcə də ona oxşamağa başlayıram. İnsanlar mənim ona bənzədiyimi deyirlər. Aygün xanımın doğum günündə iştirakı mənə dünyanı bəxş elədi. Aygün xanımın kumiriyəm. Onun həyatı çox maraqlıdır. Həyatımızda belə nələrsə oxşayır".
Rəqqasənin doğum günü məclisindən xeyli zaman keçsə də, hələ də orada baş verən hadisələr eninə-boyuna müzakirə olunur. Sənət yoldaşlarını başına toplayıb özünə təmtəraqlı məclis quran Fatimə xüsusi qonaq qismində iştirak edən Aygün Kazımova ilə digər xanım müğənnilərin əlindən yaxın ünsiyyətdə ola bilmədiyini dilə gətirib.
"Özünə "mənəm-mənəm" deyən müğənnilər mənə imkan vermədilər ki, Aygün xanımla rəqs edim. Özüm kənara çəkilib, baxırdım. Bir az rahat olmadı. Amma düz 49 dəqiqə Aygün Kazımova mənim doğum günü məclisimdə çıxış etdi".
Rəşad Əliyev, Bizim.Media