Hikmət Hacıyev: “Dünyada Azərbaycan həqiqətlərinin boğulması tendensiyası var”

Hazırda oxunan: Hikmət Hacıyev: “Dünyada Azərbaycan həqiqətlərinin boğulması tendensiyası var”

70941

“Biz nəzərə almalıyıq ki, beynəlxalq informasiya arenasında, təəssüf ki, inhisarçılıq məsələləri var. Beynəlxalq informasiya məkanı heç də ədalətli və obyektiv jurnalistika prinsipiləri, eyni zamanda informasiyanın bölüşüdürülməsi, paylanması üzrə fəaliyyət göstərmir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Şuşada keçirilən Dünya Azərbaycanlılarının V qurultayı zamanı “Diaspor TV”-yə açıqlama verən Prezidentin köməkçisi Hikmət Hacıyev bildirib.

PA-nın şöbə müdiri fikirlərinin davamında Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması zamanı qarşıya çıxan problemlərə də diqqət çəkib:

“Burada ölkəmizə qarşı çirkli kampaniyaların aparılması, Azərbaycan həqiqətlərinin boğulması və dünya informasiya məkanına çıxılmasının qarşısını almaq kimi tendensiyalar var.
Buna baxmayaraq, 44 günlük Vətən müharibəsi təcrübəsi də göstərdi ki, Cənab Prezidentin şəxsən dünyanın aparıcı media orqanları vasitəsilə Azərbaycan həqiqətlərini dünya ictmaiyyətinə təqdim etməsi və tezislərinin, təqdim etdiyi əsas məqamların diaspor fəalları tərəfindən aparılan təbliğat, sosial medianın gücündən istifadə edərək, apardığı təbliğat işləri təqdirəlayiqdir”.

Hikmət Hacıyev erməni diasporunun ölkəmizə qarşı təbliğatlarının davam etdiyini qeyd edərək, qurultayda müzakirə olunacaq əsas mövzulardan birinin, məhz bu olmasının vacibliyini vurğulayıb.

Bizim.Media 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin