Zaur tanınmış cərrahın anasının qarşısında DİZ ÇÖKDÜ: “Onu bağışla” – VİDEO  

Hazırda oxunan: Zaur tanınmış cərrahın anasının qarşısında DİZ ÇÖKDÜ: “Onu bağışla” – VİDEO  

69916

“Ümumi cərraham. Anam gözümün nuru, başımın tacıdır. Zaur bəy anamla məni barışdırın. Anamı götürüm, gəlim evimə. Anam məni qəbul etsin. Mən anama yalan sözünü yaraşdırmıram. Anam yaşlı qadındır. O, nələrisə düz deməyə bilər. Bəlkə də mən onun yaşına çatanda, ondan da betər olacağam”.  

Bizim.Media xəbər verir ki, bu sözləri “Bizimləsən” ictimai-sosial proqrama telefon vasitəsi ilə qoşulan, tanınmış cərrah deyib.  

Verilişə pənah gətirən cərrahın anası Firuzə xanım canlı efirdə səsləndirdiyi “Ata mülklərini əlimdən alıb, satmaq istəyir. Mən oğlumdan imtina edirəm” ittihamlarına qarşı tərəf cavab verib.
“Böyük bacımı mən oxutdurmuşam. İki bacımı atamla mən ərə vermişəm. Atam mənimlə fəxr edib. Anamın bacıları ilə münasibətləri pisləşəndə, problem yarananda hamısı mənə müraciət edir ki, oğul sən bizdən yaşda kiçiksən, amma biz səni böyük kimi bilirik. Bizi barışdır”.  

Proqramın aparıcısı Zaur Baxşəliyev cərrahın səmimiyyətinə inandığını, onun anası Füruzə xanım qarşısında diz çökərək, oğlunu bağışlamasını rica edib.  

Firuzə xanım isə “O mənim ləyaqətimi tapdaladı. Atasının yasından sonra mənə qaş-qalaq etdi. Onunla necə barışım, iş məhkəmədədir. Məni Ali məhkəmə ilə qorxudur. Deyir ki, mən sənə qalib gələcəyəm. Mən onu bağışlasam da, bundan sonra onunla birgə yaşamaram”.  

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin