Xəbər verdiyimiz kimi, Ukraynada Rusiya hərbçilərinin girov götürdüyü azərbaycanlı tələbə, əslən Neftçala rayonundan olan Hüseyn Abdullayev girovluqdan azad ediliib. O, girov saxlandığı yerdən 130 km kənarda yerləşən Zaporojye şəhərində, Azərbaycan diaspor nümayəndələrinə təhvil verilib.
Bizim.Media sosial şəbəkələrə istinadən xəbər verir ki, bununla bağlı görüntülər yayılıb.
Videoda Hüseyn avtomobildə oturaraq gülümsəyir, azərbaycanlı diaspor nümayəndəsi isə onun azadlığa çıxdığını bir daha xatırladır və yaxın zamanlarda Azərbaycana, yaşadığı Neftçala rayonuna göndəriləcəyini deyir.
Qeyd edək ki, H. Abdullayev ötən ay sığınacaqdan çıxaraq Mariupol şəhərini tərk etmək istəyərkən avtomaşında olan şəxslərlə birgə girov götürülmüşdü.
Bizim.Media
- A-
- A
- A+
Multimedia
15:43 / 13.04.2022
Ukraynada girovluqdan buraxılan azərbaycanlı tələbənin görüntüləri yayıldı – VİDEO
Hazırda oxunan: Ukraynada girovluqdan buraxılan azərbaycanlı tələbənin görüntüləri yayıldı – VİDEO
Hazırda oxunan: Ukraynada girovluqdan buraxılan azərbaycanlı tələbənin görüntüləri yayıldı – VİDEO
69469
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.