Qaz təchizatından kənar xətt vasitəsi ilə istifadə edən müəssisə aşkar edilib.
Bizim.Media xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyinin Bakı Regional Qazın Satışı Departamentinin Abşeron xidmət sahəsinin əməkdaşları aprel ayının 11-də yeraltı orta təzyiqli qaz xətti vasitəsilə sayğacdan kənar qazdan qanunsuz istifadə edən sahibkarlıq obyekti aşkar ediblər.
MÖVZU İLƏ BAĞLI:
Qazdan istifadədə yeni CƏZA – Xidmət qaydalarını pozanlara hansı qurum NƏZARƏT EDƏCƏK?
Əraziyə baxış keçirdikdən sonra həmin obyektin quşçuluq müəssisəsi kimi fəaliyyət göstərdiyini, müəssisənin istehsalat üçün təbii qazdan qeyri-qanuni birləşmə edərək istifadə etdiyi məlum olub.
Bir daha bütün əhali və qeyri-əhali abonentlərinə müraciət edərək bildiririk ki, bu kimi qaz təchizatına kənar müdaxilə hallarına yol verən hər bir təsərrüfat subyekti haqqında fəaliyyət növündən asılı olmayaraq qəti və təxirəsalınmaz tədbirlər görüləcək.
Ətraflı video materialdan izləyə bilərsiz:
Bizim.Media