Rusiyanın “Birinci kanal”ında yayımlanan “Vremya” verilişinin canlı efiri zamanı kameralar qarşısında əlində “Müharibəyə yox” sözləri yazılmış plakat açan redaktor Marina Ovsyannikova məhkəmədən sonra ilk dəfə danışıb.
Bizim.Media xəbər verir ki, o, jurnalistlərə açıqlamasında dindirilmə prosesinin 14 saatdan çox davam etdiyini bildirib.
MÖVZU İLƏ BAĞLI:
Rusiya telekanalında baş verən insident araşdırılır – Redaktor saxlanılıb
“Hər kəsə dəstəyə görə təşəkkür etmək istəyirəm. Həqiqətən də, çox çətin günlər oldu. İki günü sözün əsl mənasında yuxusuz keçirdim, sorğu-sual 14 saatdan çox çəkdi. Ailəmlə və dostlarımla əlaqə saxlamağa icazə verilmədi, mənə hüquqi yardım göstərilmədi” – deyə Ovsyannikova qeyd edib.
O, 30 min rubl cərimələnərək sərbəst buraxılıb.
Bizim.Media