“Müalicəvi”, “pəhriz üçün” və bu tipli digər etiketlərin artıq qida məhsullarının üzərində yapışdırılması qadağan ediləcək. Qida Təhlükəsizliyi Agentliyinin hazırladığı yeni qanun layihəsində bu qərar əksini tapıb.
Bizim.Media xəbər verir ki,qurumun aparat rəhbəri Elxan Mikayılov deyir ki, layihədə iki tələb xüsusi əhəmiyyət kəsb edir.
Bunlardan biri məhsulun üzərində ona məxsus olmayan qida xüsusiyyətlərinin göstərilməməsidir.
Qida eksperti Ağa Salamov da qida məhsullarının üzərinə bu cür etiketlərin yapışdırılması doğru hesab etmir. Çünki, bu, müxtəlif xəstəliklərdən əziyyət çəkən insanların həyatı üçün təhlükə yarada bilər.
Psixoloq Esmira Qafarova isə qeyd edir ki, məhsullar üzərində “pəhriz”, “müalicəvi” kimi sözlərin yazılması insanların şüuraltına təsir etmək məqsədi daşıyır.
Psixoloqun fikrincə, qida məhsullarının üzərindəki şəkillərə də nəzarət edilməlidir. Çünki son vaxtlar bəzi un məmulatlarının üzərinə çəki ilə əlaqədar fotolar vurulur.
Mövzu ilə bağlı "Xəzərxəbər"in hazırladığı materialı təqdim edirik:
Bizim.Media