Ukraynada azərbaycanlı biznesmenin evi vuruldu: \"Meyitlər həyətdə qalıb və...\" - VİDEO

Hazırda oxunan: Ukraynada azərbaycanlı biznesmenin evi vuruldu: \"Meyitlər həyətdə qalıb və...\" - VİDEO

64792

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində martın 5-də həlak olan həmyerlimiz Emin Mahmudov, onun həyat yoldaşı və qaynanasının nəşləri hələ də hadisə yerində qalıb. 

Bizim.Media xəbər verir ki, vu barədə “Xəzər Xəbər”ə mərhumun bacısı Samirə Babayeva məlumat verib. 

O bildirir ki, qardaşı və ailə üzvülər Xarkov vilayətinin Çirkun kəndində raketin evə düşməsi nəticəsində həlak olublar. Hazırda həmin ərazilərə giriş təhlükəli olduğu üçün ailə üzvlərinin nəşi həyətdə  qalıb. 

Yaxınları onların nəşinin Azərbaycana gətirilməsini istəyirlər.

Samirə Babayeva deyib ki, qardaşı uzun illərdir Ukraynada yaşayıb və oranın vətəndaşlığını qəbul edib. Ukraynalı xanımla ailə qurub və hazırda 3 övladı var. Hadisə baş verən zaman övladları da evdə olublar. Onların həyətinə 2 raket atılıb. 
Emin Mahmudovun bacısı hazırda qardaşı uşaqlarının vəziyyəti barədə də danışıb.

Daha ətraflı videodan izləyin:

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin