Ötən gecədən şimala qar yağdığını eşidən turistlər bu gün səhərdən Qubaya axın edirlər. Turistlərin və yerli sakinlərin rahatlığını təmin eləmək üçün yolların səhər tezdən qardan təmizlənməsinə başlanılıb.
Bİzim.Media-nın məlumatına görə, yol təsərrüfatının işçiləri Quba-Xınalıq yolunun ən çox qar yağdığı 35-ci kilometrliyindən başlayaraq təmizlənməsini həyata keçiriblər.
Mart ayında 15 sm-dən çox qar yağan yolun təmizlənməsi texnikalar və işçi qüvvəsinin köməyi ilə həyata keçirilib.
Turistlərin nəqliyyat vasitələri ilə Xınalıq və digər istiqamətlərə normal hərəkəti təmin edilib.
Aytəkin Alxaslı, Bizim.Media
- A-
- A
- A+
Multimedia
14:24 / 12.03.2022
Turistlər qara görə Qubaya axın etdi, yollar təmizləndi – FOTO/VİDEO
Hazırda oxunan: Turistlər qara görə Qubaya axın etdi, yollar təmizləndi – FOTO/VİDEO
Hazırda oxunan: Turistlər qara görə Qubaya axın etdi, yollar təmizləndi – FOTO/VİDEO
64419
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.